21 авг 2014

İllərlə baş kəsib, qan içib doymayan bəşəriyyət

Allahu Əkbər! deyib oxunsun Azan dedilər
Daşlanmış qadının fəryadı göyə sovrulanda
Şəriyyətdə belədi qanun buyurub Qur’an dedilər
İnsanları niyə bədbəxt elədiniz? Soruşanda
Bizlərdə nə şərəf var nə də vicdan dedilər
Küçədə yatanların ağrı əzabı gözə görünməz
Sökülən daxma yerinə tikilir fontan dedilər
Dedilər Şəhidlər ölməz guya ki Vətən bölünməz
Satılan Torpaqların şərəfinə şampan dedilər.!

İllərlə baş kəsib, qan içib doymayan bəşəriyyət - 579027016561

Комментарии

Комментариев нет.