28 dekabr 2014 15:06 Bakının məşhur otelində - Cinayət Avtobusda qanlı dava - Sürücü bıçaqlandı + Video Maskalı şəxslər supermarketi qarət edib - Azərbaycanda Əvvəl polis zabitini, sonra isə özünü öldürdü Göyərtəsində 162 nəfər olan təyyarə qəzaya uğradı - DƏHŞƏT SİYASƏT CƏMİYYƏT İQTİSADİYYAT HADİSƏ DÜNYA MƏDƏNİYYƏT İDMAN MARAQLI DİGƏR

34 şəhid, 150 yaralı... - Xankəndinin işğal günü
34 şəhid, 150 yaralı... - Xankəndinin işğal günü
Xaricdə oxuyan tələbələrlə bağlı yenilik
Xaricdə oxuyan tələbələrlə bağlı yenilik
Yeni avtobuslar köhnə sürücüləri yola salır..
Yeni avtobuslar köhnə sürücüləri yola salır..
Yeni qanun layihəsi hökümətə təqdim olundu - Hansı yeniliklər var? - AÇIQLAMA
Yeni qanun layihəsi hökümətə təqdim olundu - Hansı yeniliklər var? - AÇIQLAMA
"Bütün bunlar Ermənistan arxivlərində var" - Sabir Rüstəmxanlı
"Bütün bunlar Ermənistan arxivlərində var" - Sabir Rüstəmxanlı
Xaricdə oxuyan tələbələrlə bağlı yenilik Xaricdə oxuyan tələbələrlə bağlı yenilik
Xəbər Lenti -- 27-dekabr-14 14:58 --
A+ A- A
"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları əvvəlki illərlə müqayisədə daha tez təsdiq olunub.
Bu barədə Aktual Az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub.
Məlumatda bildirilir ki, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib. Namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə müsahibələr aparılıb və obyektiv seçim edilib.
Ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib.
Seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb. 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib. İlk dəfə olaraq, 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb.
Tələbələr əsasən, Türkiyə, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük veriblər. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb. Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.
Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi qaydalarına isə bir sıra dəyişikliklər edilib. Belə ki, tələbənin təhsil aldığı ölkəyə daxil olmasından sonra həmin ölkə üzrə müvafiq təhsil səviyyəsinin standart tədris müddətinə uyğun olaraq, ödəmələr həyata keçiriləcək:
- Bakalavriat səviyyəsi üzrə Kanada və Böyük Britaniya - 8 ay, digər ölkələr - 9 ay;
- Magistratura səviyyəsi üzrə Böyük Britaniya-12 ay, digər ölkələr-10 ay;
- Aspirantura, doktorantura və rezidentura səviyyələri üzrə-12 ay.
Dövlət Proqramı təqaüdçülərini geniş ictimaiyyətə tanıdan “Gəncliyin uğur formulu” layihəsinə start verilib.

28 dekabr 2014 15:06 Bakının məşhur otelində - Cinayət Avtobusda qanlı dava - Sürücü bıçaqlandı + Video Maskalı şəxslər supermarketi qarət edib - Azərbaycanda Əvvəl polis zabitini, sonra isə özünü öldürdü Göyərtəsində 162 nəfər olan təyyarə qəzaya uğradı - DƏHŞƏT SİYASƏT CƏMİYYƏT İQTİSADİYYAT HADİSƏ DÜNYA MƏDƏNİYYƏT İDMAN MARAQLI DİGƏR - 666246232693

Комментарии

Комментариев нет.