Evləndiyi gündən atası onun yanında qaldığı üçün həyat yoldaşı ilə tez-tez mübahisə edirdi. Təbii ki, həyat yoldaşı qocanın onlarla bir yerdə qalmasını istəmir, onun bu evdə artıq olduğunu düşünürdü. Bu mübahisələr bəzən xoşagəlməz həddə də çatırdı. Yenə növbəti mübahisələrdən biri idi. Uzun çək-çevirdən sonra həyat yoldaşı: \"Ya mən evdən gedəcəyəm, ya da atan bu evdə qalmayacaq”, -dedi. O, ailəsini belə asanlıqla itirmək istəmirdi. Çünki atası ilə bağlı baş verən bu mübahisələri nəzərə almasaq, ailəsindən çox razı idi. Həyat yoldaşı ilə evlənmək də ona asan başa gəlməmişdi. Ata- anasını razı salmaq üçün az qala dəridən-qabıqdan çıxmışdı. Üstəlik, onu dəlicəsinə sevirdi... Çarəsizlik içərisində nə edəcəyini düşündü və \"çıxış yolunu” tapdı. Dağların qoynunda illər əvvəl ova gedərkən daldalanmaq üçün tikdiyi balaca bir daxma var idi. Atasını bu daxmaya aparacaqdı. Həftədə bir dəfə yanına gedəcək, beləcə, ailəsini dağılmaqdan xilas edəcəkdi. Atası üçün lazım olan bütün əşyaları hazırladıqdan sonra yataq xəstəsi olan atasını qucağına götürüb maşına apardı. Balaca oğlu: \"Ata mən də səninlə getmək istəyirəm”, -deyəndə çarəsiz qalıb onu da maşına mindirdi. Bir yerdə yola düzəldilər. Qışın lap ortası idi. Dəhşətli soyuq var idi. Qar və çovğundan yolu seçmək çox çətin idi. Balaca oğlu tez-tez atasından \"Ata, biz hara gedirik?” deyə soruşsa da, hec cür cavab ala bilmirdi. Artıq oğlunun onu hara apardığını anlayan yaşlı ata isə gizli-gizli göz yaşı tökür, ancaq bunu bildirməməyə çalışırdı. Uzun və çətin yoldan sonra dağ evinə çatdılar. O, nə vaxt idi ki, burada olmamışdı. Balaca daxma artıq çürüməyə başlamışdı. Üstəlik, tavandan da su axırdı. Daxmanın bir küncünü təmizlədi. Sonra atası üçün gətirdiyi yorğan-döşəyi sərdi. Gətirdiyi əşyaları yerbəyer etdikdən sonra, nəhayət, növbə atasına çatdı. Atasını qucağına götürüb yatağa uzatdı. Külək elə bil daxmanın içində əsirdi. Sanki çovğun bayırda yox, daxmada qopmuşdu. Çarəsizlik içərisində atasına baxdı. Atası elə indidən üşüyürdü. Ürəyində: \"Bir-iki yorğan-döşək götürüb sabah yenə gələrəm”, -dedi. Öz- özünə təskinlik verməyə çalışsa da, bir xeyri olmurdu. Atasının ürəyinə isə sanki xəncər saplanmışdı. O, oğlunu böyüdüb boya-başa çatdırmaq üçün necə əziyyətlərə qatlaşmışdı. Indi isə oğlu onu daxmanın bir küncündə qoyub getmək istəyirdi. Ürəyi ağrısa da, büruzə vermək istəmirdi. Balaca nəvəsi isə nə baş verdiyini heç cürə başa düşə bilmirdi. Əlbəttə ki, babasından ayrılmaq onun üçün asan deyildi. Ancaq əlindən bir şey də gəlmirdi. Artıq getmək vaxtı çatmışdı. Atasının yatağına əyilib onun yanaqlarından öpdü. Sanki gözləri ilə \"ata, məni bağışla” deyirdi. Bir də atasını bağrına basdı. Artıq ikisi də hönkür- hönkür ağlayırdı. O, balaca oğlunun əlindən tutub sürətlə daxmadan çıxdı. Maşına mindilər. Təzəcə yola çıxmışdılar ki: \"Ata, babamı niyə o soyuq daxmada qoyub gəldin”, -deyə ağlamağa başladı. Ürəyindən qara qanlar axsa da, cavab verməyə söz tapa bilmirdi. Birdən oğlu gözlənilmədən: \"Ata sən qocalanda mən də səni gətirib bu daxmaya qoyacağam”, -dedi. Sanki onu ildırım vurdu. Söz oğlunun ağzından qurtarmamış sükanı sürətlə çevirdi. Daxmaya çatar-çatmaz özünü atasının qoynuna atdı. \"Ata, məni bağışla”, -deyib, uşaq kimi hıçqıra-hıçqıra ağlamağa başladı. Atası da ondan geri qalmırdı. Ata-oğul xeyli belə bir-birilərinə sarılı vəziyyətdə qaldılar. Nəhayət, atası dilləndi (bu cavab çoxlarına dərs ola bilər): \"Oğlum, qayıdacağını bilirdim. Çünki mən atamı dağ başında atıb getməmişdim ki, sən də məni burada atıb gedəsən”...
MENALI SE'R VE HEKAYELER
:CEYHUN KAMALOV
Bağışla məni, ata!
Evləndiyi
gündən atası onun yanında
qaldığı üçün həyat yoldaşı ilə
tez-tez mübahisə edirdi. Təbii
ki, həyat yoldaşı qocanın
onlarla bir yerdə qalmasını
istəmir, onun bu evdə artıq
olduğunu düşünürdü. Bu
mübahisələr bəzən
xoşagəlməz həddə də çatırdı.
Yenə növbəti mübahisələrdən
biri idi. Uzun çək-çevirdən
sonra həyat yoldaşı: \"Ya mən
evdən gedəcəyəm, ya da atan
bu evdə qalmayacaq”, -dedi.
O, ailəsini belə asanlıqla
itirmək istəmirdi. Çünki atası
ilə bağlı baş verən bu
mübahisələri nəzərə almasaq,
ailəsindən çox razı idi. Həyat
yoldaşı ilə evlənmək də ona
asan başa gəlməmişdi. Ata-
anasını razı salmaq üçün az
qala dəridən-qabıqdan
çıxmışdı. Üstəlik, onu
dəlicəsinə sevirdi... Çarəsizlik
içərisində nə edəcəyini
düşündü və \"çıxış yolunu”
tapdı. Dağların qoynunda illər
əvvəl ova gedərkən
daldalanmaq üçün tikdiyi
balaca bir daxma var idi.
Atasını bu daxmaya
aparacaqdı. Həftədə bir dəfə
yanına gedəcək, beləcə,
ailəsini dağılmaqdan xilas
edəcəkdi. Atası üçün lazım
olan bütün əşyaları
hazırladıqdan sonra yataq
xəstəsi olan atasını qucağına
götürüb maşına apardı. Balaca
oğlu: \"Ata mən də səninlə
getmək istəyirəm”, -deyəndə
çarəsiz qalıb onu da maşına
mindirdi. Bir yerdə yola
düzəldilər. Qışın lap ortası idi.
Dəhşətli soyuq var idi. Qar və
çovğundan yolu seçmək çox
çətin idi. Balaca oğlu tez-tez
atasından \"Ata, biz hara
gedirik?” deyə soruşsa da,
hec cür cavab ala bilmirdi.
Artıq oğlunun onu hara
apardığını anlayan yaşlı ata
isə gizli-gizli göz yaşı tökür,
ancaq bunu bildirməməyə
çalışırdı. Uzun və çətin yoldan
sonra dağ evinə çatdılar. O, nə
vaxt idi ki, burada olmamışdı.
Balaca daxma artıq çürüməyə
başlamışdı. Üstəlik, tavandan
da su axırdı. Daxmanın bir
küncünü təmizlədi. Sonra atası
üçün gətirdiyi yorğan-döşəyi
sərdi. Gətirdiyi əşyaları
yerbəyer etdikdən sonra,
nəhayət, növbə atasına çatdı.
Atasını qucağına götürüb
yatağa uzatdı. Külək elə bil
daxmanın içində əsirdi. Sanki
çovğun bayırda yox,
daxmada qopmuşdu.
Çarəsizlik içərisində atasına
baxdı. Atası elə indidən
üşüyürdü. Ürəyində: \"Bir-iki
yorğan-döşək götürüb sabah
yenə gələrəm”, -dedi. Öz-
özünə təskinlik verməyə
çalışsa da, bir xeyri olmurdu.
Atasının ürəyinə isə sanki
xəncər saplanmışdı. O, oğlunu
böyüdüb boya-başa
çatdırmaq üçün necə
əziyyətlərə qatlaşmışdı. Indi
isə oğlu onu daxmanın bir
küncündə qoyub getmək
istəyirdi. Ürəyi ağrısa da,
büruzə vermək istəmirdi.
Balaca nəvəsi isə nə baş
verdiyini heç cürə başa düşə
bilmirdi. Əlbəttə ki,
babasından ayrılmaq onun
üçün asan deyildi. Ancaq
əlindən bir şey də gəlmirdi.
Artıq getmək vaxtı çatmışdı.
Atasının yatağına əyilib onun
yanaqlarından öpdü. Sanki
gözləri ilə \"ata, məni bağışla”
deyirdi. Bir də atasını bağrına
basdı. Artıq ikisi də hönkür-
hönkür ağlayırdı. O, balaca
oğlunun əlindən tutub sürətlə
daxmadan çıxdı. Maşına
mindilər. Təzəcə yola
çıxmışdılar ki: \"Ata, babamı
niyə o soyuq daxmada qoyub
gəldin”, -deyə ağlamağa
başladı. Ürəyindən qara
qanlar axsa da, cavab
verməyə söz tapa bilmirdi.
Birdən oğlu gözlənilmədən:
\"Ata sən qocalanda mən də
səni gətirib bu daxmaya
qoyacağam”, -dedi. Sanki onu
ildırım vurdu. Söz oğlunun
ağzından qurtarmamış sükanı
sürətlə çevirdi. Daxmaya
çatar-çatmaz özünü atasının
qoynuna atdı. \"Ata, məni
bağışla”, -deyib, uşaq kimi
hıçqıra-hıçqıra ağlamağa
başladı. Atası da ondan geri
qalmırdı. Ata-oğul xeyli belə
bir-birilərinə sarılı vəziyyətdə
qaldılar. Nəhayət, atası dilləndi
(bu cavab çoxlarına dərs ola
bilər): \"Oğlum, qayıdacağını
bilirdim. Çünki mən atamı dağ
başında atıb getməmişdim ki,
sən də məni burada atıb
gedəsən”...