hər gün Bu gün o ümidin çırağı söndü Bir qara kostyumda getmişdi oğlun Bir qara tabutda evinə döndü Daha o yollara baxma anacan Ana vətən üçün candan keçənin Anası fəxr edər dərdə bürünməz Daha o yollara qaranlıq çöküb Daha o yolların sonu görünməz Daha o yollara baxma anacan Öp qanlı paltarın ,hər gün üzündən Öpüb göz yaşını silənin gəldi Qoy yollara baxsın yol gözləyənlər Sənin o yollardan gələnin gəldi Daha o yollara baxma anacan Nə vaxtdı bir qızı gözaltı edib Bircə qayıdaydı oğlum deyərdin Evlərin göstərib qohum-qonşuya Baxıb yollarına gileyləyərdin Daha o yollara baxma anacan Sarıl övladının qəbrinə sarıl Al əziz balanı iki qoluna Bu millət yolunda vətən yolunda Bax ər oğlun keçən şərəf yoluna Daha o yollara baxma anacan
MENALI SE'R VE HEKAYELER
:CEYHUN KAMALOV
Ümidlə yollara baxardın
hər gün
Bu gün o ümidin çırağı söndü
Bir qara kostyumda getmişdi
oğlun
Bir qara tabutda evinə döndü
Daha o yollara baxma anacan
Ana vətən üçün candan keçənin
Anası fəxr edər dərdə bürünməz
Daha o yollara qaranlıq çöküb
Daha o yolların sonu görünməz
Daha o yollara baxma anacan
Öp qanlı paltarın ,hər gün
üzündən
Öpüb göz yaşını silənin gəldi
Qoy yollara baxsın yol gözləyənlər
Sənin o yollardan gələnin gəldi
Daha o yollara baxma anacan
Nə vaxtdı bir qızı gözaltı edib
Bircə qayıdaydı oğlum deyərdin
Evlərin göstərib qohum-qonşuya
Baxıb yollarına gileyləyərdin
Daha o yollara baxma anacan
Sarıl övladının qəbrinə sarıl
Al əziz balanı iki qoluna
Bu millət yolunda vətən yolunda
Bax ər oğlun keçən şərəf yoluna
Daha o yollara baxma anacan