Cox dəyişmisən (Ayaz Sabirabadli)

Yaman dəyişmisən bu son zamanlar,
Görsəmdə taniya bilmirəm səni.
Səhv seçim etmişdim, günah məndədir,
Onunçun qinaya bilmirəm səni.
Sən ayrilacaqsan, bir yolnan, önce
Mən səndən ayrilib gedə biləydim.
Heçnə istəmirəm sevdiyim qədər,
Kaş ki, sənə nifrət edə biləydim.
Bu şəhər kiçikdir, haçansa bir gün,
Üz-üzə gələrək keçsəm yanindan.
Sevinmə, üzü ag çixa bilmədin,
Sən ki, məhəbbətin imtahanindan.
İstədim öyrənim həyat dersini,
Bunu məndən yaxşi bilirdin özün.
Sevgi əlifbasin kecməmiş mənə,
Birbaşa öyrətdin ayriliq sözün.
Açib ürəyimi məndəki səni,
Sənə təhvil verib, çixib gedirəm.
Axir ayrildiq, bu münasibətlə,
Mən səni ürəkdən təbrik edirəm.

Комментарии

Комментариев нет.