Xəyalı gələndə gözümə birdən, Edir xoşbəxt məni, edir şən məni, Bir onu biləydim İlahi, hərdən O da düşünürmü görəsən məni? Əzabım bir deyil, beş deyil, mindir. Bizi qısqananlar yaman sevindi, Görəsən hardadır, necədir indi? O da düşünürmü görəsən məni? Baxanda mən sənli rəsmlərə hər, Keçir gözlərimin önündən nələr, Onu xatırladır mənə bu şəhər. O da düşünürmü görəsən məni? Donub ürəyimiz, bağlayıbdı buz, Həyat acımasız, əzabı sonsuz, Mən çox darıxıram, bədbəxtəm onsuz, O da düşünürmü görəsən məni? Onu unutmağı öyrənim necə? Ağlımda, fikrimdə o var sadəcə, Onu düşünürəm hər gün, hər gecə, O da düşürmü görəsən məni?!
MENALI SE'R VE HEKAYELER
:CEYHUN KAMALOV
O da düşünürmü görəsən məni?!
Xəyalı gələndə gözümə birdən,
Edir xoşbəxt məni, edir şən məni,
Bir onu biləydim İlahi, hərdən
O da düşünürmü görəsən məni?
Əzabım bir deyil, beş deyil, mindir.
Bizi qısqananlar yaman sevindi,
Görəsən hardadır, necədir indi?
O da düşünürmü görəsən məni?
Baxanda mən sənli rəsmlərə hər,
Keçir gözlərimin önündən nələr,
Onu xatırladır mənə bu şəhər.
O da düşünürmü görəsən məni?
Donub ürəyimiz, bağlayıbdı buz,
Həyat acımasız, əzabı sonsuz,
Mən çox darıxıram, bədbəxtəm onsuz,
O da düşünürmü görəsən məni?
Onu unutmağı öyrənim necə?
Ağlımda, fikrimdə o var sadəcə,
Onu düşünürəm hər gün, hər gecə,
O da düşürmü görəsən məni?!