"GECƏLƏR YADIMA DÜŞÜRSƏN HƏRDƏN"

Gecələr yadıma düşürsən hərdən,
Sanki ruhum bezib cismimi sıxır.
Gözümdə varlığın yer alır,birdən
Düşür damla-damla üzümə axır.
Ağlamaq kişiyə yaraşmaz axı,
Bu həyat səninlə sınayır məni.
Əl atıb damlanı sildiyim zaman,
Bil ki, qəlbimdən də silirəm səni.
Gecələr yadıma düşürsən hərdən,
Səssizlik içində boğuluram mən.
Yatıram,elə bil ölürəm,səhər,
Başqa insan kimi doğuluram mən.
Bir dəftər,bir qələm götürürəm mən,
Ürəyim yerindən sökülür mənim.
Mən şeir yazmıram,bil ki şeirlər,
Gözümdən yaşlarla tökülür mənim.
Sən indi anlaya bilmərsən məni,
Məni anlamağın bir az gec olar.
Sevgimi şeirlə təsvir etməsəm,
Bütün yaşananlar hamısı heç olar.
Vaxt gələr yeni bir həyat qurarsan,
Sənin də bir oğlun gələr dünyaya.
Bir qız oğurlayar onun qəlbini,
O da dərd çəkərək düşər sevdaya.
Onunçün ayrılıq yelləri əsə,
Gəl oğlum bu eşqdən vaz keç deyərsən.
O isə cavabında sevirəm desə,
Onu da mənim tək tərk eyləyərsən?
Fikrə gedəcəksən sən həmin anda,
Bəlkə də oğlunu danlayacaqsan.
Övladın o qıza şeir yazanda,
Məni xatırlayıb anlayacaqsan...

Комментарии

Комментариев нет.