Ömür kimi axan bir çaya baxdım. Sənin yaratdığın dünyaya baxdım, Sən də dönüb mənə baxdın, İlahi... Mən suyundan içdim, havanı uddum, Şeytana yox dedim, şəri unutdum. Dar gündə, gen gündə adını tutdum, Nur olub könlümə axdın, İlahi... Hər şey yox olanda yoxdan var oldun, Mən sənə inandım, mənə yar oldun. Yamacda gül açdın, dağda qar oldun, Göydə şimşək kimi çaxdın, İlahi... Həyatsan - baharın pöhrəsində sən, Ruzusan - ağacın bəhrəsində sən. Yaxşı adamların çöhrəsində sən, Hər yerdə qarşıma çıxdın, İlahi... Bu qoca dünyadan bac alanları, Şeytandan, İblisdən güc alanları, Allahlıq eşqiylə ucalanları, Bircə nəfəsinlə yıxdın, İlahi... Son pənah yerimdi - o adın mənə, Məni bağışladın sən dönə-dönə. Cəhənnəm odunu qıymadın mənə, Eşq verib odlara yaxdın, İlahi...
MENALI SE'R VE HEKAYELER
:CEYHUN KAMALOV
Təzəcə doğulan bir Aya baxdım,
Ömür kimi axan bir çaya baxdım.
Sənin yaratdığın dünyaya baxdım,
Sən də dönüb mənə baxdın,
İlahi...
Mən suyundan içdim, havanı
uddum,
Şeytana yox dedim, şəri unutdum.
Dar gündə, gen gündə adını
tutdum,
Nur olub könlümə axdın, İlahi...
Hər şey yox olanda yoxdan var
oldun,
Mən sənə inandım, mənə yar
oldun.
Yamacda gül açdın, dağda qar
oldun,
Göydə şimşək kimi çaxdın, İlahi...
Həyatsan - baharın pöhrəsində
sən,
Ruzusan - ağacın bəhrəsində sən.
Yaxşı adamların çöhrəsində sən,
Hər yerdə qarşıma çıxdın, İlahi...
Bu qoca dünyadan bac alanları,
Şeytandan, İblisdən güc alanları,
Allahlıq eşqiylə ucalanları,
Bircə nəfəsinlə yıxdın, İlahi...
Son pənah yerimdi - o adın mənə,
Məni bağışladın sən dönə-dönə.
Cəhənnəm odunu qıymadın mənə,
Eşq verib odlara yaxdın, İlahi...