Səhəri yuxudan ayılan qadın pəncərəyə yaxınlaşaraq, paltar sərən qonşusunu gördü. Üzünü həyat yoldaşına tutaraq dedi: - Bir bax, guya paltar yuyub! Hamısı çirklidir. Yəqin pis sabundan istifadə edir. Gərək bir dəfə imkan tapıb ona məsləhət verim. Beləcə bir neçə gün davam etdi. Hər dəfə qonşu paltarları ipdən asanda, qadın deyinirdi. Nəhayət günlərin birində arvad razı qaldı: - Hə, bu başqa məsələ! İndi paltarlar təmizdir. Yəqin, nəhayət ki, paltar yumağı öyrənib. Bu dəfə qadının əri dilləndi: - Yox. Sadəcə olaraq bu gün mən yuxudan bir qədər tez ayılıb pəncərəmizi yumuşam. Məntiq: Heç vaxt kiminsə ünvanına ittiham yağdırmağa tələsməyək, xüsusən də, iman məsələlərində ehtiyatlı olaq. Başqasının gözündə saman çöpü axtarmağa başımız qarışar, öz gözümüzdəki tirdən qafil olarıq. Qəlbləri bilən Allahdır. Allah heç kimə Allahlıq iddiasına düşmək qədər zəlillik nəsib etməsin!
MENALI SE'R VE HEKAYELER
:CEYHUN KAMALOV
Ərlə arvad yeni evə köçdülər.
Səhəri yuxudan ayılan qadın pəncərəyə
yaxınlaşaraq, paltar sərən qonşusunu gördü. Üzünü həyat yoldaşına
tutaraq dedi:
- Bir bax, guya paltar yuyub! Hamısı çirklidir. Yəqin pis sabundan
istifadə edir. Gərək bir dəfə imkan tapıb ona məsləhət verim.
Beləcə bir neçə gün davam etdi. Hər dəfə qonşu paltarları ipdən
asanda, qadın deyinirdi.
Nəhayət günlərin birində arvad razı qaldı:
- Hə, bu başqa məsələ! İndi paltarlar təmizdir. Yəqin, nəhayət ki, paltar
yumağı öyrənib.
Bu dəfə qadının əri dilləndi:
- Yox. Sadəcə olaraq bu gün mən yuxudan bir qədər tez ayılıb
pəncərəmizi yumuşam.
Məntiq: Heç vaxt kiminsə ünvanına ittiham yağdırmağa tələsməyək,
xüsusən də, iman məsələlərində ehtiyatlı olaq. Başqasının gözündə
saman çöpü axtarmağa başımız qarışar, öz gözümüzdəki tirdən qafil
olarıq. Qəlbləri bilən Allahdır. Allah heç kimə Allahlıq iddiasına düşmək
qədər zəlillik nəsib etməsin!