Bakı Dövlət Universitetində oxuyan gənc qız Yevlaxda yaxşı vəzifədə

işləyən atasına zəng edir;
— «Ata, salam. Mən Lalə».
— «Ooooo… Gözəl qızım mənim. Necəsən? Nə var nə yox?».
— «Heç soruşma atacığım. Heç kefim yoxdu vallah».
— «Xeyirdir? Bir problem var?».
Qız ağlamaya başlayır və atası isə qızının ağlamaq səslərini eşidir və
çox narahat olur;
— «Nooldu qızım? İzah etsənə!!!».
— «Murad evi tərk etdi. Boşanmaq istəyirmiş».
— «Nə evi azzz? Nə boşanmağı? Sən nə vaxt evləndin ki indi də
boşanırsan???».
— «Xatırlayırsan, sənin heç xoşuna gəlməyən narkoman oğlan var idi
ee mən onunla evləndim».
— «Böyük qələt elədin, tərbiyəsiz!!! Nəysə, artıq edəcək bir şey yox!
Versin məhkəməyə, dərhal boşanın».
— «Boşanaq ee amma məndən 1 milyon manat istəyir. Əgər
verməzsəm, münasibətimiz yaxşı olan vaxtlarda çəkdiyi çılpaq
şəkillərimi internetdən hər kəsə göndərəcəyini söylədi».
— «Alçaq qızı alçaq!!! Çılpaq fotoşəkil də çəkdirdin, eləmi?».
— «Amma atacığım, o vaxt o mənim ərim idi. Nə biləydim belə bir
hərəkət edəcəyini».
— «Yaxşı day… Olan olmuş artıq. Sabah göndərərəm pulu günortadan
sonra banka gedib götürərsən verərsən o utanmaz narkoman ərinə!
Sonra da alarsan ondan bütün çılpaq şəkillərini yandırarsan hamsını
bir-bir».
— «Sağ ol ata… Ata bir də ki, abort etdirmək üçün 100 min manata
ehtiyacım var».
Qızın atasının vəziyyəti əməlli başlı pisləşdi.
— «Abort??? Hamiləmi qaldın o narkoman oğlandan sən?».
— "Əslində ondan deyil… Tanıdığım zənci bir oğlan vardı, ondan hamilə
qalmışam...Elə buna görə boşanmaq istəyir də sənin narkoman
dediyin oğlan məndən...".
Yazıq kişi huşunu itirmək üzrədir. Nəbzi yüksəlir, təzyiqi düşür, artıq
inləyərək danışmaqdadır;
— «Biz səni oraya oxumağa göndərmişdik. Sən nə işlərlə məşğul
olmusan?!». Allahım nədir bu başımıza gələnlər… Universiteti bitirər
bitirməz Yevlaxa qayıt, yoxsa ayaqlarını qıraram sənin!".
— "İstəsən dərhal dönə bilərəm atacığım. Mən keçən il universitetdən
qovuldum çünki".
Kişi əsəbindən stolun üzərindəki soyuq su dolu stəkanı başından
aşağıya tökür və ancaq bu şəkildə danışmağını davam etdirə bilir;
— «Univesitetdən qovuldun??? Bəs mən səni orda boşuna
oxutdururdum??? Sənin Hüquq fakültəsində təhsil alman üçün nə
qədər əziyyət çəkmişdim bilirsən heç sən??? Sən bir Yevlaxa gəl mən
sənə neynəyəcəm bilirəm! İlk istəyənlə də evləndirəcəm səni!».
— «Evlənmək işi bir az çətin məsələ olacaq ata. Özün də bilirsən indi
moda olub, artıq evlənmədən əvvəl oğlan və qız bir-birlərindən
sağlamlıq haqqında kağız istəyirlər. Mən çox yaxşı bir sağlamlıq
haqqında kağız təqdim edəcəyimi zənn etmirəm».
— «Allahım, dəli olacam!!! Bir də cinsi xəstəliklərə yoluxmusan,
həə???.. 100% o zəncidən keçib sənə!».
— «Yox, onun çox murdar yoldaşları vardı. Bilməm artıq onların
hansından keçib».
Birdən bərkdən səs gəldi. Sanki nəsə yerə düşdü. Sən demə yazıq kişi
bu sözləri eşidən kimi telefonun dəstəyi əlindən düşdü. Yenidən özünü
toparladı kişi və danışağa davam elədi:
— «Dərhal bu axşam dayını göndərirəm oraya səni götürüb gələcək.
Ünvanını ver tez!».
— "İndi mən Polis Şöbəsindəyəm ata. Dayıma deyersən gələndə özü ilə
50 min manata yaxın pul gətirsin".
— «Nəə Polis Şöbəsi?! Bir də Polis Şöbəsinə düşmüsən azzzz????
Hansı qələti eləmisən?».
— «Dünən çox əsəbləşdim getdim bara xeyli içdim, çox sərxoş idim…
Gecə avtomobil kirayəyə götürüb gəzməyə çıxmışdım. Zövq üçün
sürəti artırdım bir az. Hər halda sərxoş olduğuma görə yolun
qırağındakı bir türk restoranına çırpıldım. Maşın yaman günə düşdü.
Restorana da ziyan dəydi. Amma yaxşı ki kimsə ölmədi. Restoran
sahibi və kirayə avtomobil firması deyirlər ki bizə dəyən zərəri ödə biz
də səndən şikayətçi olmayaq».
Kişinin vəziyyəti çox pisləşdi. Hətta pisləşmək nə sözdür ee sanki qəhr
olmuşdu yazıq kişi. Telefonda qısa bir səssizlik yarandı. Qız atasının
ağır vəziyyətdə olduğun görsə də danışmağa davam edir:
— «Atacığım qətiyyən kədərlənmə bütün bunlar bir zarafat idi. Mən
yalnız imtahandan kəsildiyimi sənə demək üçün zəng eləmişdim».
Bunu eşidən kimi kişi sevinclə və xoşbəxtliklə qışqırdı:
— «Canın sağ olsun mənim gözəl qızım, boş veeerrr. Bir imtahan nədir
ki? Heç mühüm deyil, canın sağ olsun mənim şipşirim qızım»...:)))

Комментарии

Комментариев нет.