Bir mesaj yazmağa üzün gəlməyib. Özgə birisilə ailə qurmusan, Bir dəfə olsa da üzün gülməyib... Eşitdim yamanca peşman olmusan, Məni terk etdiyin o gündən bəri. Özgə qollarında tənha qalmısan, Unuda bilmirsən mənli günləri... Eşitdim arada gözlərin dolur, Mənli xatirələr düşür yadına. Ürək də, beyin də yadına salır, Ölməz xatirələr çatır dadına... Eşitdim hər sabah məyus olmusan, Gecələr gündüzdən qoparır səni. Bu cavan yaşında yaşa dolmusan, Yuxular uzağa aparır səni... Eşitdim üzünü qırışlar basıb, O mənə etdiyin günahlarındı. Eşitdim, deyəsən lap ağlın çaşıb, Hər günah basqa bir sabahlarındı. Eşitdim bu şeir keçib əlinə, Oxuyan gözlərin dolub nədənsə. Göz yaşın qarışıb qara telinə, Üzündə güllərin solub nədənsə... Bilirəm, oxuyub hey ağlayırsan, Daha istəmirəm ağladım səni. Bilirəm, rəsmimi qucaqlayırsan, Rəsmim tək qoruya bilmədin məni !
MENALI SE'R VE HEKAYELER
:🌟🌟🌟 K A R O L 🌟🌟🌟
Eşitdim dostlardan məni sormusan,
Bir mesaj yazmağa üzün gəlməyib.
Özgə birisilə ailə qurmusan,
Bir dəfə olsa da üzün gülməyib...
Eşitdim yamanca peşman olmusan,
Məni terk etdiyin o gündən bəri.
Özgə qollarında tənha qalmısan,
Unuda bilmirsən mənli günləri...
Eşitdim arada gözlərin dolur,
Mənli xatirələr düşür yadına.
Ürək də, beyin də yadına salır,
Ölməz xatirələr çatır dadına...
Eşitdim hər sabah məyus olmusan,
Gecələr gündüzdən qoparır səni.
Bu cavan yaşında yaşa dolmusan,
Yuxular uzağa aparır səni...
Eşitdim üzünü qırışlar basıb,
O mənə etdiyin günahlarındı.
Eşitdim, deyəsən lap ağlın çaşıb,
Hər günah basqa bir sabahlarındı.
Eşitdim bu şeir keçib əlinə,
Oxuyan gözlərin dolub nədənsə.
Göz yaşın qarışıb qara telinə,
Üzündə güllərin solub nədənsə...
Bilirəm, oxuyub hey ağlayırsan,
Daha istəmirəm ağladım səni.
Bilirəm, rəsmimi qucaqlayırsan,
Rəsmim tək qoruya bilmədin məni !