10 дек 2015

Avtomobil haqqında qənaət barədə doğru və mif

1. Avtomobil köhnəldikcə daha çox yanacaq sərf edir.
Bu da yanlış yanaşmadır. Belə ki, avtomobilinizi vaxtında texniki baxışdan keçirsəniz və ona müntəzəm qulluq göstərsəniz “dəmir atınız” illər sonra da eyni miqdarda yanacaq sərf edəcək.
2. Neytralda saxlamaq daha sərfəlidir.
Sürücülər var ki, avtomobil hərəkətdə ikən onun sürət qutusunu neytral vəziyyətə gətirir və ətalətlə idarə edirlər. Bununla da onlar yanacağa qənaət etdiklərini düşünürlər. Əvvəla, bu, olduqca təhlükəlidir. İkincisi, sürət qutusu neytral halda olarkən belə avtomobil saatda 1-2 litr yanacaq sərf edir. Bundan başqa yenişlərdə və böyük sürətdə neytral vəziyyətdə kəskin tormozlama risklidir və bu zaman əyləc sistemi tez sıradan çıxır.
3. Kiçik avtomobil daha az yanacaq yandırır.
Düzgün yanaşma deyil. Əgər sizin dizel mühərrikli, turbo sistemli, injeksiyalı və ya hibrid mühərrikli avtomobiliniz varsa narahat olmağa dəyməz. Standart ölçülü bu cür avtomobillər yanacağı elə kiçik ölçülü avtomobillər qədər yandırır.

Комментарии

Комментариев нет.