14 окт 2016

«TƏCAVÜZÇÜ HEYDƏR ƏLİYEV»

heyder - eliyev (2)
(Oxuyun və paylaşın!)
...Bu barədə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş, məşhur jurnalist və publisist, Azərbaycanın Milli Qəhrəmanı Osman Mirzəyev də «Aydınlıq» qəzetində (6 iyul 1989-cu il) dərc etdirdiyi «Imam Mustafayev» adlı məqaləsində məlumat vermişdir. O yazır: «Bir dəfə DTK-nın cavan bir zabitinin etikaya və xidmət borcuna uyğun gəlməyən kobud bir hərəkətini müzakirə edirdilər. Onu partiyadan çıxarmaq məsələsi qoyulmuşdu. Mustafayev təklifə tərəfdar çıxmır. Məsələni ilk partiya təşkilatına göndərirlər. Uzun illərdən sonra həmin cavan zabit özü MK-nın birinci katibi, Siyasi Büro üzvlüyünə namizəd seçildi. Hətta Siyasi Büronun üzvü oldu. Respublikada çox işlər gördü, çoxlarının başına oyun da açdı.»
Heydər Əliyevin amoral həyat tərzi sürməsi aşağıdakı faktlarla da təsdiqlənir. Moskvada çıxan«Kommersant vlast» jurnalının 22-28 dekabr 2003-cü il tarixli sayında «Kim bilirdi ki, o, sonradan Siyasi Büro üzvü olacaq?» başlıqlı məqalə dərc olunmuşdur. Bu məqalənin tərcüməsi «Yeni Musavat» gəzetində (2 fevral 2004-cü il) dərc edilmişdir. Məqalənin müəllifi Yevgeni Jirnov vaxtilə Heydər Əliyevlə birlikdə işləmiş insanların xatirələrini oxuculara çatdırır:«Heydər Əliyevin hakimiyyətə yüksəlişi heç nə ilə seçilməyən adi bir hadisədən başlayıb. Moskvadan Bakıdakı həmkarlarını yoxlamağa gəlmiş DTK /KGB/ generalları çox vacib əməliyyatların iştirakçıları ilə görüşəndən sonra öz təəssüratlarını bölüşürlər.
SSRI DTK-nın 2-ci idarəsinin keçmiş rəisi Yevgeni Ritevranovun dediklərindən: «Əməliyyatların mahiyyətindən danışmaq, əlbəttə ki, olmazdı. Ancaq Eytinqon mənə dedi ki, iranlılara qarşı yaxşı işləyən gənc əməliyyatçı Əliyevə diqqət yetir.
Əliyevin hansı keyfiyyəti ilə seçildiyi məlum deyil. Ancaq Meksikada Lev Trotskinin aradan götürülməsinə rəhbərlik etmiş general Eytinqonun sözləri böyük əhəmiyyət daşıyırdı. Pitevranova gəldikdə, o, tezliklə H.Əliyevlə yaxından tanış olmaq imkanı qazanır: «Kadrlar idarəsindən yanıma 7-8 nəfər göndərdilər ki, mən onların irəli çəkilməsi barədə rəy verim. Bu adamların hamısı müsəlman respublikalarını təmsil edirdi. Onlardan biri olan H.Əliyev mənə hazırlıqlı kadr təsiri bağışladı.»
heyder_eliyevH.Əliyevin çekist üçün lazım olan bütün keyfiyyətlərə, o cümlədən adı insan üçün mənfi sayılan xüsusiyyətlərə malik olduğunu görən Pitevranov onun Azərbaycanda əks-kəşfiyyata rəhbərlik edə biləcəyi barədə rəy verir və o, bu vəzifəni alır. Sonradan hər dəfə Moskvaya gələndə Əliyev cənublulara xas tərzdə bu adama hörmət-izzət göstərir. Ancaq bu tanışlıq Əliyevə az müddətə kömək edə bilir. 1951-ci ildə Lubyankadakı növbəti təmizləmə zamanı Pitevranovu həbs edirlər. Bir müddət sonra Əliyev də xoşagəlməz halla qarşılaşır, belə ki, onu amoral həyat tərzi keçirməkdə günahlandırırlar.»
Moskvada nəşr olunan Rusiyanın ən nüfuzlu «Nezavisimaya qazerta»da Yekatirina Şvartsın dərc etdirdiyi, tərcüməsi isə «Hürriyyət» qəzetində verilmiş (23 oktyabr 2002-ci il) «Heydər Əliyev kürd xanları nəslindəndir» başlıqlı yazıda da Heydər Əliyevin milliyyətinin türk deyil, kürd olmasını bildirməklə bərabər, onun əxlaqsız həyat sürdüyünü, qanundankənar uşaqlarının olması da göstərilir. O cümlədən, indi dünyasını dəyişmiş, Azərbaycan Respublikası Ali Soveti sədrinin sabiq müavini Afiyyəddin Cəlilovun da onun qanundankənar oğlu olduğunu qeyd edir.
Bütün bu yuxarıdakılara baxmayaraq, Heydər Əliyev öz amoral və əxlaqsız əməllərindən nəinki əl çəkmir, əksinə, davam etdirir. Belə ki, 1959-cu ilə qədər Sov.IKP MK-nın ittifaq respublikalarının partiya orqanları üzrə şöbənin müdiri olmuş, 1959-cu ilin avqust ayından Bakıya gəlib 2 il 4 ay Azərbaycan SSR KP MK-nın 2-ci katibi vəzifəsində işləmiş və bu vəzifədən sonra SSRI DTK-nın sədri vəzifəsinə irəli çəkilmiş V.E.Semiçastnıy 2002-ci ildə Moskvanın «Vaqrius» nəşriyyatında dərc etdirdiyi «Narahat ürək» adlı kitabında, bir çox dövlət xadimlərilə yanaşı, Heydər Əliyev barədə də məlumatlar verməklə yanaşı, onun amoral, əxlaqsız və pozğun həyat tərzi sürməsinə də toxunur. O yazır: «Heydər Əliyevlə tanışlığım 1960-cı ilə təsadüf edir. Azərbaycan DTK-nın Əks-kəşfiyyat idarəsinin şöbə rəisi vəzifəsi mənim kurasiyamda idi. Bu vəzifəyə ən real namizəd kimi Heydər Əliyevin sənədləri stolumun üstünə gələndə onun özünü də qəbul etdim. Zahirən pis oğlana oxşamırdı. Ancaq həmin vaxt bir anonim məktub aldıq ki, Heydər Əliyev bir qadınla kəbinsiz yaşayıb və hətta ondan bir uşağı da var. Onu uşaqla atıb, heç bir köməklik də göstərmir. O, mənəvi cəhətdən pozğun adamdır. Məsələni araşdırmalı olduq. Heydər Əliyev o qadınla əlaqədə olduğunu etiraf etdi. Lakin uşağın ona məxsusluğunu inkar etdi. Qadın isə onun uşağın atası olmasını da israrla təkid edirdi. Mən seçim qarşısında idim. Ya yeni qurulmuş ailənin /Heydər Əliyevin ailəsi nəzərdə tutulur./ dağılmasına səbəb olmalı, ya da fakta göz yummalı idim. Mən ikinci yolla getdim.» /səh.153/.
haydar_eliyevHeydər Əliyevin Azərbaycan DTK-nın sədr müavini vəzifəsinə irəli çəkilməsində isə Vladimir Andropovun rolu olmuşdur. 1956-cı ildə V.Andropov SSRI-nin Macarıstanda səfiri olduğu vaxtda dövlət çevrilişinə cəhd baş verməsilə yanaşı dəhşətli qanlı faciələr də olur. Və eyni zamanda da V.Andropovun oğlu əsir götürülür. SSRI Təhlükəsizlik Komitəsi tərəfindən bu qiyamın yatırılmasına Heydər Əliyev komandir təyin olunur. O, macar xalqına qarşı xüsusi amansızlıq, qəddarlıq göstərərək, bu qiyamın qarşısının alınmasına və B.Andropovun oğlunun əsirlikdən azad olunmasına nail olur. Həmin vaxtdan o, V.Andropovla xoş münasibətdə olur. 1963-cü ildə L.I.Breоnevin bacanağı Semyon Kuzmiç Sviqun Azərbaycan DTK-na sədr təyin olunur. S.Sviqun bir müddət sonra V.Andropovun məsləhətinə əsasən Heydər Əliyevi özünə müavin götürür.
B.Tahirbəyov yuxarıda göstərilən «Qorest» qəzetində dərc etdirdiyi məqaləsində yazır: «Irəvan quberniyasının Sisian qəzasının Urut kəndindən olan, erməni Sataniklə evlənmiş kürd-yezidi Əli (o, onu Sato çağırırdı) Sisian rayonunun Comərd kəndindən dörd azyaşlı uşağı ilə – iki oğlu, bir qızı və qucağnda olan körpə ilə – gələcək generalla Naxçıvana köçür».
Iki ayrı-ayrı mənbədən mənə məlumat çatdı ki, 1976-cı ildə Yerevanda və Xankəndində Stepan Şaumyanın anadan olmasının 100 illiyi ilə keçirilən təntənəli yığıncaqlarda Heydər Əliyev öz çıxışında böyük fəxrlə deyib ki, Stepan Şaumyanın əmdiyi ananın südündən mən də əmmişəm. Bunu dəqiqləşdirmək üçün həmin dövrün qəzetlərini nəzərdən keçirdim. Qəzetlərdə azərbaycan və rus dillərində dərc olunmuş «AzərTAcın materialında qeyd olunmuşdur ki, Heydər Əliyevin çıxışı ixtisarla çap olunur. Orada Heydər Əliyevin belə söz deməsinə rast gəlmədim. Lakin professor D.Cəfərov yuxarıda göstərilən «Müxalifət» qəzetinə verdiyi müsahibəsində bu məsələyə aydınlıq gətirib demişdir: «Stepan Şaumyanın 100 illiyində Heydər Əliyev özü dedi, mən fəxr edirəm ki, erməni südü əmmişəm.»
Rusiyanın «Komsomolskaya pravda» (KP) qəzeti 2003-cü ilin yanvarında Heydər Əliyev haqqında diqqətçəkən bir xəbər dərc edib. Bu xəbəri «Yeni Müsavat» qəzeti 10 oktyabr 2003-cü il sayında dərc etmişdir. Qəzetdə yazılanı olduğu kimi aşağıda verirəm:
eliyev ailesi ile 1968-ci il«MDB dövlət başçılarının Soçi sammitində baş verən bu hadisəni «KP»nin müxbirinə Rusiyanın məşhur yumor ustası Gennadi Xazanov danışıb. Xazanovun sözlərinə görə, şam yeməyindən əvvəl prezidentlər üçün konsert verilib. Konsertdə Xazanovla yanaşı Rusiyanın tanınmış incəsənət ustaları Puqaçova, Rotaru, Vaykule də çıxış ediblər. Gənc müğənni Vitasın növbəsi çatanda, o, üzünü Heydər Əliyevə tutaraq deyib: «Mən xüsusi olaraq erməni qonaqlar üçün oxumaq istəyirəm». Vitasın bu sözlərinə Qazaxıstan prezidenti Nursultan Nazarbayev gülərək «o (yəni Vitas) hədəfə vurdu» deyib. Azərbaycanın dövlət başçısının həmin vaxt hansı vəziyyətə düşdüyünü təsəvvür etmək çətin olsa da, Xazanov gərginliyi aradan qaldırıb. O, yenidən səhnəyə qayıdaraq, «Vaxtilə biz «Politbüro» üzvlərini üzdən tanıyırdıq, amma Vitas gəncdir. Yəqin bundan sonra onları kürəklərindən də tanımağı öyrənəcək» deyib».
Bu məlumata əlavə şərh vermədən, yalnız bir məqama diqqət yetirmək istərdik. Qazaxıstan prezidenti keçmiş «Politbüro» üzvlərindəndir və şübhəsiz ki, Heydər Əliyevi yaxşı tanıyır. Belə olmasaydı, Nazarbayev müğənninin «hədəfə vurduğunu» niyə deyərdi?
1941-ci ildə Heydər Əliyevin haradan olması barədə müxtəlif versiyalar göstərilir. ASE-də tələbə, Sov.IKP Nəzarət Komitəsinin arayışında – xəstə, «Soverşenno Sekretno qəzetində (1989-cu il, №4) – Naxçıvanda kuryer, «Zaqovorşiki v Kremle» kitabında (Moskva, 1991-ci il, səh. 208) –Iranda agent, Azərbaycan televiziyasının 9 may 2001-ci il tarixli «Axşam» verilişində – Böyük Vətən Müharibəsində siyasi komandir. Bunların hansı düzdür?
Göründüyü kimi, Heydər Əliyevin nəinki 1922-ci ildə, hətta 1923-cü ildə doğulması da şübhə doğurur. Sov.IKP Nəzarət Komitəsi tərəfindən aparılan yoxlamanın nəticəsindən göründüyü kimi, Naxçıvanda doğulan uşaqların siyahısında onun adı yoxdur. A.Troşin «Profil» jurnalında yazır ki, Heydər Əliyev əsrin əvvəlində Ermənistan ərazisində kürd ailəsində doğulub, sonradan Naxçıvana köçüblər. Azərbaycan DTK sədri Teymur Yaqubovun 1953-cü ildə MK-ya göndərdiyi arayışdan görünür ki, Heydər Əliyev Böyük Vətən Müharibəsi illərində ordu sıralarında xidmət etməkdən yayınmaq məqsədilə, saxta sənədlərin əsasında yaşını 4 ildən artıq azaltmışdır. Həmçinin B.Tahirbəyov «Qorets» qəzetində yazır ki, Əliyevlər ailəsi Erməniatandan Naxçıvana köçən vaxt Heydər Əliyev anasının qucağında imiş. Adının hallanmasını istəməyən, hal-hazırda yaşayan, Heydər Əliyevin qardaşı Həsən Əliyevlə yaxşı münasibətdə olmuş qocaman partiya işçilərindən biri deyir ki, Həsən Əliyevlə onların ailəsi barədə söhbət zamanı o bildiridi ki, ailələri imkansız olub. 1917-ci ildə atası Bakıya neft mədənlərində işləməyə gəlib. Uzun müddət Bakıda qalmasına baxmayaraq, atasının bu səfəri uğursuz olub. Sonra onlar 1920-ci ilin sentyabr ayında Ermənistandan Naxçıvana köçüblər. Və o vaxt Heydər Əliyev balaca uşaq idi.
Heydər Əliyev repressiyasının qurbanlarından biri olan respublikanın sabiq baş prokuroru Qambay Məmmədov Ermənistanın Sisian rayonunda olub, oranın arxivində saxlanılan yeni doğulan uşaqların adları qeyd olunan kitabdan dəqiqləşdirmişdir ki, Heydər Əliyev nə 1922-ci ildə, nə də 1923-cü ildə deyil, 1919-cu il martın 18 də doğulmuşdur. Bu da DTK sədri T.Yaqubovun MK-ya ünvanlanan arayışı ilə tam üst-üstə düşür. Bununla da sübut olunur ki, Heydər Əliyev ordu sıralarından yayınmaq məqsədilə yaşını nə az və nə də çox, düz dörd il bir ay 22 gün azaltmışdır.
Heyder-Eliyev-1990Naxçıvanın yaşlı adamlarının hamısı yaxşı bilir ki, Heydər Əliyevin atası Əlirza Naxçıvana gələndən ömrünün sonuna kimi uzun müddət hamamda camadar – kisə çəkən işləyib. Indi isə Heydər Əliyev atasının camadar işləməsini özünə təhqir sayaraq, o, atası dünyasını dəyişəndən sonra onun peşəsini dəyişib, dəmiryolçu etmişdir.
Heydər Əliyev də uşaqlıqda özünə «Sato» ləqəbi götürüb, qonşu həyətlərin hasarlarını aşıb, meyvə oğurlamaqla, it və xoruz döyüşdürmək kimi azart oyunlardan zövq almaqla keçirib.
Budaq Budaqov «Akademik Həsən Əliyev» adlı kitabında (Bakı, 1995-ci il, səh. 40) yazır ki, Əliyevlər ailəsinin əsli Qaradağdandır. Sonradan Ermənistana köçüblər.
Əbülfəz Haşiminin Həsən Əliyev haqqında yazdığı «Işıqlı bir ömrün səhifələrindən» adlı kitabının (Bakı, 1977-ci il) 34-cü səhifəsində isə müəlliflə Həsən Əliyev arasında belə bir dialoq verilmişdir:«Həsən müəllim, nə üçün Qaradağın adını xüsusi qeyd edirsiniz? – Əbülfəz, rəhmətlik atam danışardı ki, bizim babalarımız dörd qardaş olublar. Onların əsli Arazın o tayından, Cənubi Azərbaycanın Qaradağ mahalından imiş».
Sonra Həsən Əliyev söhbətində bildirir ki, Ibrahim xanın dövründə Cənubi Azərbasycandan Qarabağa gəlib, Qarabağdan da Ermənistanın Sisian rayonuna, nəhayət, oradan da Naxçıvana köçüblər.
Bütün bunlar da tam sübut edir ki, Heydər Əliyevin atası Əlirzanın əsli Cənubi Azərbaycanın Qaradağ mahalındandır.
Dissident Nadir Ağayev yazır: 1999-cu ildə mən Bakının Səbasil Rayon Məhkəməsində Heydər Əliyevə qarşı keçmiş Sovet quruluşu dövründə siyasi baxışlarımla bağlı vurduğu ziyanın ödənilməsi barədə iddia qaldırdım. Işə baxmaq hakim Ələddin Cəfərova (Hazırda Bakının Nəsimi Rayon Məhkəməsinin sədridir.) həvalə olundu. Məndən asılı olan bütün sənədləri məhkəməyə təqdim etdim. Hakim dedi ki, cavabdeh Heydər Əliyev üçün iddia ərizəsini və çağırış vərəqini Prezident Aparatına deyil, qeydiyyatda olduğu ünvana göndərmək istəyirəm. Bu barədə «Yeni Müsavat», «Hürriyyət», «Üç nöqtə», «Zerkalo», «Novoye vremya» və s qəzetlərdə materiallar dərc edilmişdir. Hakim Ə.Cəfərov Heydər Əliyevin Azərbaycandakı qeydiyyat ünvanını nə qədər axtardısa da, tapa bilmədi. Ona görə ki, Heydər Əliyev Azərbaycanda pasport qeydiyyatında deyildir. O, bu günə kimi Moskvada onun adına olan, Aleksey Tolstoy küçəsindəki beş otaqlı mənzilində pasport qeydiyyatındadır. Oğlu Ilham Əliyev isə ailəsi ilə birlikdə Moskvanın mərkəzində öz adına olan başqa bir mənzildə pasport qeydiyyatındadır.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev «memarı» olduğu Azərbaycan Respublikası Konstitusiyasının 100-cü maddəsində öz əliylə yazmışdır: «Azərbaycan Respublikasının ərazisində 10 ildən artıq daimi yaşayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Azərbaycan Respublikasının vətəndaşı heyder aliyev-kommunistAzərbaycan Respublikasının prezidenti seçilə bilər». Bu da onu sübut edir ki, Heydər Əliyev Azərbaycan Respublikasının vətəndaşı olmaya-olmaya, qeyri-qanuni olaraq iki dəfə Azqərbaycan Respublikasının prezidenti seçilmişdir.
1998-ci ildə Azərbaycan Respublikasının prezidentliyinə namizəd Əşrəf Mehdiyev Televiziya ilə çıxışında dedi ki, respublika prezidentinin tərcümeyi-halı şəffaf olmalıdır. O, A.Troşinin «Profil» jurnalında dərc olunmuş məqaləsinə istinad edərək bildirdi ki, Heydər Əliyev milliyyətcə türk yox, kürddür. Ə.Mehdiyevin televiziya vasitəsilə ictimaiyyətə Heydər Əliyevin milliyyətcə kürd olduğunu deməsini Heydər Əliyevin özü, qardaşı Cəlal və Aqil Əliyevlər və böyük qardaşı Həsənin oğlu Rasim Əliyev özlərinə qarşı təhqir sayıb, bununla əlaqədar Bakı şəhər prokurorluğu vasitəsilə Ə.Mehdiyevə qarşı Səbail Rayon Məhkəməsində «Şərəf və ləyaqətlərinin təhqir olunması barədə» iddia qaldırdılar. Ə.Mehdiyevin 20 dəfədən artıq Səbail Rayon Məhkəməsinə və Ağır Cinayətlər üzrə Respublika Məhkəməsinə çağırılmasına baxmayaraq, o vaxtdan bu günə kimi məhkəmə prosesi axıra çətdırılmamışdır. Əvəzində ədliyyə polisləri 1998-ci ilin oktyabr ayında Ə.Mehdiyevin iş yerinə gəlib, onu məcburi surətdə ANS televiziyasına apardılar ki, o, Heydər Əliyevə kürd dediyinə görə canlı efir vasitəsilə ondan üzr istəsin. Aparıcının təkidlərinə baxmayaraq, Ə.Mehdiyev üzr istəmək əvəzinə, respublika ictimaiyyətinə bəyan etdi ki, «Mən Heydər Əliyevə şərəf gətirib, ona millətini tanıtdırdığıma görə üzr istəyirəm.»
Çox təəssüf ki, Ə.Mehdiyevin Heydər Əliyevə şərəf gətirib, ona millətini tanıtdırmasını bəzi iqtidar nüməyəndələri bu gün də bunu Heydər Əliyevə ləkə sayırlar. Məsələn, «Naxçıvan» qəzeti 19 iyul 2002-ci il tarixli 16-cı sayında yazır: «Hətta Qeyrət Partiyasının idraksız sədri Əşrəf Mehdiyev də ölkə prezidentinə ləkə yaxmaq üçün onu kürd əsilli eləmişdi.»
Avropa Şurasının Azərbaycan üzrə təmsilçilərinin arayışında göstərilir: «Əgər Ə.Mehdiyev Heydər Əliyevə kürd deyil, ingilis və yaxud fransız desəydi, görəsən onda nə baş verərdi?!»
Sual olunur nə üçün Heydər Əliyev kürd millətinə mənsub olmasını ictimaiyyətdən gizlədir? Bunun bir cavabı var: ona görə ki, Heydər Əliyev türkləri məhv etmək üçün onların içərisinə atılmış kürddür.
Şamil Saleh «Qızılbaş» qəzetində (14 aprel 1993-cü il, № 14) Heydər Əliyevin fəaliyyəti ilə bağlı «Xainin mənşəyi olmaz, xainin əsli sorulmaz» adlı oçerkində yazır: «bir şeyə qəti əminəm və sizi də buna inandırmaq istəyirəm ki, Heydər Əliyev Azərbaycana öz xoşuna və öz arzusu ilə, öz doğma xalqına xidmət məqsədilə gəlməyib. Onu Azərbaycana xüsusi gizli tapşırıqla, azərbaycan xalqının fiziki qətlini başa çatdırmaq üçün qatılə kömək məqsədilə göndəriblər… O, özünü «türk» yox, «kürd» bilir. Elə kürd-türk ədavətinin qızışdırılmasında onun da barmağı var. Kürd-türk ədavətini alovlandırmaq da Moskva tərəfindən onun qarşısında qoyulmuş əsas «gizli vəzifələrdən» biridir və «Azərbaycanın şanlı oğlu» Heydər Əliyev də naxçıvanizm kampaniyası arxasında qatil Moskvanın, DTK-nın bu gizli qərarını «çox mühüm vəzifə», «ümumdövlət əhəmiyyətli» bir tapşırıq kimi yerinə yetirmək əzmindədir.»
heyder eliyevTürkiyədə və Azərbaycanda tanınmış politoloq Fərman Dəmirkol 2002-ci ildə Istanbulda nəşr etdirdiyi «Diktatorları yuxu tutmaz» adlı kitabında Heydər Əliyevin PKK-nın yaradıcısı olması barədə məlumat verməklə bərabər, bildirir ki, Imralada PKK lideri Abdullah Öcalanın məhkəməsi zamanı mənim xahişimlə şəhid analarının vəkili ona belə bir sual verdi: « PKK-nın Azərbaycanda ən böyük dəstəyi kimlər olmuşdur, Əliyev ilə ilişkiniz nasıl idi?» – Abdullah Öcalan belə cavab vermişdir: « PKK olaraq ən güclü təşkilatımız – Azərbaycandadır.» Bunun anlamı budur: Türkiyədə tökülən hər şəhid qanında Əliyev iqtidarının barmağı var. – PKK kimi bir təşkilata dəstək verən hər iqtidar eyni götürülməlidir. Bu konuda Iran, Suriya, Yunanıstan və ya bir başqası ilə Azərbaycandakı Əliyev iqtidarı da eyni götürülməlidir.» Eyni zamanda Fərman Dəmirkol bildirir ki, Heydər Əliyev ana tərəfdən erməni, ata tərəfdən isə kürddür. (səh.255)
V.Solovyov və Y.Klepnikova 1991-ci ildə «Moskovskiy sentr iskusstv» nəşriyatında çap etdirdikləri «Zaqovorşiki v Kremle» kitabında Heydər Əliyevi kosmopolit adlandırırlar (səh.207). Kosmopolit sözünün mənası «Rusca-Azərbaycanca lüğət»də belə şərh edilmişdir:«Vətənpərvərlik hissini itirərək öz vətəninin mənafeyi ilə maraqlanmayan, öz xalqına yad olan adam.»
Azərbaycan Respublikası Prokurorluğunun dövlət təhlükəsizlik orqanları istintaqı üzrərində nəzarət şöbəsinin rəisi, böyük ədliyyə müşaviri Aleksandr Çudin 1990-cı ildə Heydər Əliyevin cinayət əməlləri ilə bağl Azərbaycan KP MK-nın ikinci katibi V.P.Polyaniçkonun adına yazdığı arayışda (27.01.1990-cı il, № 13/8186. 43-cü səhifədə bu arayışın başlanğıcı və sonu verilmişdir.) göstərir: «20 yanvar 1990-cı il tarixli dövrdə, istintaq briqadasının qısa müddətli gərgin əməyi nəticəsində Heydər Əliyevin 70-80-ci illərdə, Azərbaycan KP birinci katibi və Sov.IKP MK Büro üzvlüyünə namizəd olduğu dövrdə vəzifəsindən sui-istifadə etməklə əlaqədar 116 fakt üzrə cinayət işi qaldırılmışdır… Habelə, Heydər Əliyevin öz anket göstəricilərini saxtalaşdırması subut edir: onun (Heydər Əliyevin) anası milliyyətcə ermənidir».
Əlirza Əliyevin ailəsinin türk millətinə mənsub olmaması yuxarıda verdiyim tarixi şəkildən də açıq aydın görünür. Şəkildə ortada Əlirza Əliyevdir. Onun dizinin üstündə oturan Aqil Əliyevdir. Yanında oturan Əlirzanın üçüncü arvadı Izzətdir, qucağındakı körpə isə Cəlal Əliyev. Soldan sağa ayaq üstə Izzətin qızı Surədir (onu Izzət xanım Əlizra ilə evlənərkən özü ilə gətirib). Surənin yanında dayanan qonşuları Xurşud xanımdır. Onun yanındakı Izzət xanımın qardaşı qızı Məsmədir. Ön cərgədə ayaq üstə dayanan uşaq Heydər Əliyevdir. Heydər Əliyev Əlirzanın ikinci – erməni arvadından olan uşaqdır. Şəkildə sonuncu şəxs isə Əlirzanın birinci arvadından olan Əliyevlər ailəsinin böyük oğlu Hüseyn Əliyevdir. Fotodan açıq-aydın görünür ki, bir qonşu Xurşud xanımdan başqa, digər qadınların baş örtükləri türk adət-ənələrinə uyğun bağlanmayıb. Səbəb isə aydındır – qeyri- türk millətinə mənsub olmaları.
«Virtualnıy monitor» jurnalının internet saytında 02.06.2002-ci ildə I.Şeyxzadə «Heydər Əliyev. Diktatorun psixoloоi portreti» adlı məqaləsində yazır: «Heydər Əliyev doğulanda vicdanı öldü. Həm də o, nəinki ancaq uşaqda, hətta sonralar onunla ilgisi olan hər kəsdə öldü.»
Moskvada ingilis dilində çıxan «Moskva Tayms» qəzetinin müxbiri Klo Arnold qəzetin 26 fevral 2002-ci il tarixli sayında «Əliyevin sağlığına erməni konyakı» başlıqlı yazısında, Qarabağa səfər təəssüratlarını qələmə almışdır. Bu yazının tərcüməsi «Yeni Müsavat» qəzetində (6 mart 2002-ci il, № 61) dərc olunmuşdur. K.Arnold yazır: «Şuşada analıq yaşında olan Regina adlı bir qadın mənə müharibə zamanı bir azərbaycanlı öldırdüyünü və «bu torpağın heç zaman Azərbayucana qaytarılmayacağını» dedi: Əgər belə etməsək, onda niyə mən qardaşımı və oğlumu müharibədə itirmişəm»» Sonra K.Arnold yazır: «Heydər Əliyevin yaşının 80-ə yaxınlaşması ilə bağlı xüsuisilə də Ermənistanda belə bir narahatlıq var ki, siyasi səhnəyə ondan daha güzəştsiz şəxs gələ bilər. Odur ki, Iosif «elə bilirəm biz Azərbaycan prezidentini azərbaycanlılardan da çox istəyirik» – deyəndən sonra biz qədəhlərimizi onun sağlığına toqquşdurduq.»
Mərhum akademik I.Mustafayev Heydər Əliyevin təkrarən respublika rəhbərliyinə gələndən sonra yaramaz kadr siyasətini və qisasçılıq əməllərini yenidən təkrar etdiyini, o biri tərəfdən də şəxsiyyəti haqqında yeni məlumatların üzə çıxdığını, üstəlik, Heydər Əliyevin qardaşı Cəlal Əliyevin ona qarşı ədalətsizliklərini görüb vaxtında Heydər Əliyevə arxa olub, onun işdən qovulmasının qarşısını aldığına, vəzifə pillərinə qalxmasına lazımi köməklik etdiyinə görə peşiman olduğunu söyləmiş, həm də Azərbaycan xalqı qarşısında özünü günahkar sayıb, buna görə mənəvi əziyyətlər çəkdiyini bildirmişdir.
heyderYuxarıda göstərilən rəsmi sənədlər tam sübut edir ki, biz Rusiya parlamentinin üzvü V.Jirinovskidən heç də narazı olmamalıyıq. O, bizi yuxudan ayıltmaq üçün demişdir ki,«Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev dünyanın ən xoşbəxt ölkə başçısıdır ki, onun yeddi milyon qoyunu var.» biz azərbaycanlılar da Heydər Əliyevin kimliyi ilə maraqlanaq. Heydər Əliyev haqda olan rəsmi sənədlərdən göründüyü kimi, o, yetgin yaşlarından saxtakarlıqla, dələduzluqla və əxlaqsızlıqla məşğul olmaqla bərabər, hətta milliyətini də danır. Gözəl atalar sözü var: «Əslini danan haramzadədir.» Azərbaycan xalqının Heydər Əliyevə göstərdiyi etibardan və sədaqətdən sui-istifadə edərək, o, Azərbaycan xalqını sözün əsl mənasında qoyun yerinə qoyub, vəzifə səlahiyyətindən sui-istifadə edərək, istintaq və məhkəmə orqanlarından şəxsi mənafei üçün istifadə etməklə Azərbaycan xalqına qarşı kefi istədiyi dözülməz və repressiv əməlləri edib və üstəlik də Azərbaycvan xalqını ələ salaraq deyib ki,«Azərbaycan xalqı dözümlü xalqdır.» Halbuki, Heydər Əliyevin damarlarından türk qanı deyil, kürd və erməni qanları axıb. O, «Ömrümün qalan hissəsini öz xalqıma borcluyam» – deyəndə, kürd və erməni millətlərini nəzərdə tutub.
1. https://m.ok.ru/dk?st.cmd=altGroupMediaThemeComments&st.groupId=53646124056675&st.themeId=65300538884195&_prevCmd=altGroupEditMediaTheme&tkn=481 2. https://m.ok.ru/dk?st.cmd=altGroupMediaThemeComments&st.groupId=53646124056675&st.themeId=65300578599011&_prevCmd=groupPhotoTopic&tkn=4072

«TƏCAVÜZÇÜ HEYDƏR ƏLİYEV» - 838726106979

Комментарии