27 июл 2017

Bakıda pulsuz "Vay-Fay" artıq bu yeni ərazilərdə də olacaq

Artıq Bakının "Qış parkı" və "Zabitlər parkı" ərazisində də "Vay-Fay"a ödənişsiz giriş təmin olunacaq.
Bunu telekommunikasiya bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, işlər "ictimai Vay-Fay" layihəsi çərçivəsində aparılıb.
Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də "Axundov", "Sabir" və "Xaqani" bağlarında ödənişsiz "Vay-Fay" təmin olunub.
Yaxın vaxtlarda ödənişsiz "Vay-Fay"ın paytaxtın "Hüseyn Cavid" və "Dədə Qorqud" parklarında da təmin edilməsi planlaşdırılır.

Bakıda pulsuz "Vay-Fay" artıq bu yeni ərazilərdə də olacaq - 856937193059

Комментарии

Комментариев нет.