10 сен 2016

QURBAN BAYRAMI ərəfəsində bunları bilmək yaxşıdır

QURBAN BAYRAMI ərəfəsində bunları bilmək yaxşıdır - 838206641654
HEYVAN KƏSİLƏNDƏ MÜSTƏHƏB OLAN ƏMƏLLƏR:

Fəqihlər (Allah onlara rəhmət eləsin) heyvanın başının kəsilməsində bir neçə şeyi müstəhəbb bilmişlər:
1. Qoyun kəsərkən, iki əl və bir ayağını bağlamaq, o biri ayağını isə sərbəst buraxmaq; İnək kəsərkən dörd ayağını da bağlayıb, quyruğunu sərbəst buraxmaq; Dəvə kəsərkən oturaq halda olsa, iki qabaq ayağını aşağıdan dizə qədər və ya qoltuğunun altında bir-birinə bağlayıb, arxa ayaqlarını sərbəst buraxmaq, əgər ayaq üstə olsa, sol ayağını bağlamaq. Toyuğu, kəsildikdən sonra çırpınması üçün sərbəst buraxılması müstəhəbdir.
2. Heyvanı kəsməzdən əvvəl qabağına su qoymaq.
3. Heyvanı, az əzab-əziyyət çəkəcək şəkildə kəssinlər; məsələn: bıçağı yaxşı itiləsinlər və başını tez kəssinlər.

Qurban kəsərkən yalnız Allahın adını çəkmək (məsələn, «bismillah» demək) vacibdir. Hər hansı başqa duanı oxumaq vacib deyil, müstəhəbdir. Qurban kəsərkən oxunan geniş yayılmış müstəhəb dua belədir:

«Vəccəhtü vəchiyə lilləzi fətərəs-səmavati vəl-ərzə hənifən müslimən və ma əna minəl-müşrikin. İnnə səlati və nüsüki və məhyayə və məmati lillahi rəbbil-aləmin. La şərikə ləhü və bizalikə ümirtü və əna minəl-müslimin. Allahümmə minkə və lək. Bismillahi vəllahü əkbər».

Tərcüməsi: «Tək tanrıya inanan müsəlman şəxs kimi göyləri və yeri yaradana (Allaha) üzümü tuturam. Mən müşriklərdən deyiləm. Mənim namazım, qurbanlığım, həyatım və ölümüm aləmlərin Rəbbi olan Allah üçündür. Onun şəriki yoxdur. Mən buna (yəni iman gətirməyə) əmr olunmuşam və mən müsəlmanlardanam. Allahım, bu qurbanlıq Səndəndir və Sənə görədir. Allahın adı ilə kəsirəm, Allah hər şeydən ucadır». Qurbanı kəsəndən sonra deyilir: «Allahümmə təqəbbəl minni». Tərcüməsi: «Allahım, (bu qurbanı) məndən qəbul et».

Комментарии

Комментариев нет.