Düşər dost-tanışlar yadıma mənim. Bilirəm bir azca çətinə düşsəm, Onlar yetişərlər dadıma mənim. Demə: bu dostların qalıbdır harda, Onlar gözlərimə dəymir nə vaxtdan. Dost dostu sınayar çətində, darda, Dar gündə cıxıblar onlar sınaqdan. Çox dost qazanmışam mən öz elimdə, Elə bilirəm ki, yoxdur düşmənim. Gözüm görməyəndə tutub əlimdən, Dostlarım ağ günə çıxarıb məni. Söz salıb onların məhəbbətindən, Doğrusu bilmirəm bu gün nə deyim. Onların eşqindən, məhəbbətindən, Yüz yol danışsam da qurtaran deyil. Çox adam görmüşəm mən bu yaşımda, Dostu unudanın qiyməti olmaz. Dost-tanış olmasa süfrə başında, Kəsdiyim çörəyin ləzzəti olmaz. Hər gün dostlarımı salıram yada, Dərirəm ömrümün dostluq barını. Yaxşı ki, dostların mən bu dünyada, Qazana bilmişəm etibarını.
╚► ➹❤➷ ÜRƏKDƏ QALAN SÖZLƏR ➹❤➷ ◄╗
:KAMIL Caneliyev
Duman-çən birləşib yolumu kəssə,
Düşər dost-tanışlar yadıma mənim.
Bilirəm bir azca çətinə düşsəm,
Onlar yetişərlər dadıma mənim.
Demə: bu dostların qalıbdır harda,
Onlar gözlərimə dəymir nə vaxtdan.
Dost dostu sınayar çətində, darda,
Dar gündə cıxıblar onlar sınaqdan.
Çox dost qazanmışam mən öz elimdə,
Elə bilirəm ki, yoxdur düşmənim.
Gözüm görməyəndə tutub əlimdən,
Dostlarım ağ günə çıxarıb məni.
Söz salıb onların məhəbbətindən,
Doğrusu bilmirəm bu gün nə deyim.
Onların eşqindən, məhəbbətindən,
Yüz yol danışsam da qurtaran deyil.
Çox adam görmüşəm mən bu yaşımda,
Dostu unudanın qiyməti olmaz.
Dost-tanış olmasa süfrə başında,
Kəsdiyim çörəyin ləzzəti olmaz.
Hər gün dostlarımı salıram yada,
Dərirəm ömrümün dostluq barını.
Yaxşı ki, dostların mən bu dünyada,
Qazana bilmişəm etibarını.