21 сен 2018

Hollandiya yoxsa Niderland?

Bəşər aləminin beynini yoran suallardan biri də budur. Cavab üçün bir az dərinə getmək lazımdır.
Rahat olsun deyə ingiliscə olan terminlərdən istifadə edəcəm. Krallığın rəsmi adı "Kingdom of the Netherlands" gedir. Diplomatik protokolda da bu ad, Fransızca da isə Les Pays-Bas gedir. Hollandcadan Koninkrijk der Nederlanden, ingiliscədən the Netherlands, həm də Pays-Basın tərcüməsi loru dildə desək "aşağı torpaq" gedir və coğrafi olaraq bu ərazinin dəniz səviyyəsindən aşağıda olduğuna işarə edir. Siyasi, coğrafi terminologiyada Niderland Krallığı bizim dilə ən doğru tərcümədi.
Amma bir çox yerdə Niderland yox, Holland(iya) işlədilir. Bunun da səbəbi qədim tarixdən qaynaqlanır. Burdaki 12 əyalətdən iki yer var ki, adlarında Holland ifadəsi var: Noord-Holland və Zuid-Holland (hərfi mənada Şimali və Cənubi Holland) və bu iki əyalət birlikdə Holland olaraq gedirdi. Ölkənin ən önəmli üç şəhəri Amsterdam, Rotterdam və Haaqa bu iki provinsiyada yerləşir.
Orta məktəblərdə tarix kitablarında yazılana görə orta əsrlərdə bu önəmli liman bölgələrindən başqa qitələrə gedənlər özlərini "Holland-dan gəlmişəm" deyə təqdim edirdi. Elə o vaxtdan da bir çox ölkədə Holland(iya) sözü işlək qalıb. Turizm məsələlərində də Holland-a daha çox üstünlük verilir nəinki the Netherlands, həm qısadı, həm də dilə daha çox uyğundur. Ölkənin rəsmi turizm saytı da bu səbəbdən holland.com- gedir.
Yəni belə baxanda həm Hollandiya həm də Niderland doğru variantdı. Özüm həmişə Hollandiya deyirəm. Amma siz siz olun, Xəzər tv-nin etdiyi səhvi etməyin. Hardasa 6-7 il öncə o kanalın reportyorları burdan reportaj hazırlamışdı. Verilişdə euthanasia (xəstənin istəyi ilə onun həyatının həkim tərəfindən sonlandırılması) barədə danışdılar və sonda dedi ki... "Evtanaziya iki ölkədə, həm Niderland həm Hollandiyada leqaldı."
(İsa Yusibovun yazısı)

Hollandiya yoxsa Niderland? - 874937314678
Hollandiya yoxsa Niderland? - 874937314934
Hollandiya yoxsa Niderland? - 874937314422
Hollandiya yoxsa Niderland? - 874937314166
  • Calvin Harris - Promises

Комментарии