İngiltərənin məşhur futbol

dərgilərindən olan "MatcH of the
day" ilin ən yaxşı 100 futbolçusunu
seçib.
Qol.Az-ın məlumatına görə, dərginin
oxucuları arasında aparılan
səsverməyə əsasən, ilk pilləni
Portuqaliya millisinin və "Real"ın
oyunçusu Kriştiano Ronaldo tutub.
Lionel Messi (Argentina,
"Barselona") ikinci, Luis Suares
(Uruqvay, "Barselona") üçüncü
pillədə qərarlaşıb.
Ümumilikdə "ilk 100"ə daxil olan
futbolçunun 39-u İngiltərə Premyer
Liqası, 25-i La Liqa, 20-i Almaniya
bundesliqası, 4-ü isə İtaliya A
seriyasında çıxış edir.
"Bavariya" və "Real"dan 12,
"Barselona"dan 9, "Mançester
Siti"dən 8, "Mançester
Yunayted"dən isə 6 oyunçu ən
yaxşılar sırasında yer alıb.
Bundan başqa, 2014-cü ilin "yeni
qəhrəmanı" Ross Barkley (İngiltərə,
"Everton"), ən yaxşı yarımmüdafiəçi
Eden Hazard (Belçika, "Çelsi"), ən
yaxşı hücumçusu Dieqo Kosta
(İspaniya, "Çelsi"), "stil kralı" isə
Mario Balotelli (İtaliya, "Liverpul")
seçilib.

Комментарии

Комментариев нет.