"Real"la müqaviləsi başa çatan Sami

Xedira karyerasını "Yuventus"da
davam etdirəcək.
Qol.Az-ın klubun rəsmi saytına
istinadən verdiyi məlumata görə,
almaniyalı futbolçu Turin təmsilçisi
ilə 4 illik müqavilə imzalayıb.
Avropanın bir sıra klublarının maraq
dairəsində olan Xedira sonda
"Yuventus"u seçib. Zədə səbəbindən
ötən mövsümün böyük hissəsində
oynaya bilməyən 28 yaşlı futbolçu
"Real"ın heyətində La Liqanı,
Çempionlar Liqasını, UEFA
superkubokunu və iki dəfə İspaniya
kubokunu qazanıb.
Qeyd edək ki, Xedira 2010-cu ildə
"Ştuttqart"dan "Real"a transfer
olunub.

Комментарии

Комментариев нет.