Kange Çində və Şərqi Asiyanın və Cənub-şərqi Asiyanın bəzi bölgələrində kütləvi alçaldılma və bədən cəzası üçün 20-ci əsrə qədər istifadə olunan alətdir.
Tipik kange böyük və ağır bir lövhədən və həmin lövhənin ortasında açılmış, insanın boynunun keçə bilməsi üçün kifayət edəcək deşikdən ibarət idi. Lövhə iki hissədən ibarət idi. Bu hissələr məhbusun boynunun ətrafında açılırdı, sonra isə qıfıllar və məngənələr vasitəsilə kənarlardan bağlanırdı. Mərkəzdəki deşik məhbusun nəfəs alması və qida qəbul etməsi üçün bəs edəcək qədər böyük, başını çıxara bilməsi üçün isə olduqca kiçik idi. Məhbuslar cəza tədbiri olaraq müəyyən müddət ərzində kangeyə salınırdılar. Kangenin ölçüsü və xüsusilə də çəkisi cəzanın ağırlığından asılı olaraq dəyişirdi. Şəkil Con Tomson tərəfindən təxminən 1870-1872-ci illərdə Çində çəkilib.
Axı dünya fırlanır
Kange Çində və Şərqi Asiyanın və Cənub-şərqi Asiyanın bəzi bölgələrində kütləvi alçaldılma və bədən cəzası üçün 20-ci əsrə qədər istifadə olunan alətdir.
Tipik kange böyük və ağır bir lövhədən və həmin lövhənin ortasında açılmış, insanın boynunun keçə bilməsi üçün kifayət edəcək deşikdən ibarət idi. Lövhə iki hissədən ibarət idi. Bu hissələr məhbusun boynunun ətrafında açılırdı, sonra isə qıfıllar və məngənələr vasitəsilə kənarlardan bağlanırdı. Mərkəzdəki deşik məhbusun nəfəs alması və qida qəbul etməsi üçün bəs edəcək qədər böyük, başını çıxara bilməsi üçün isə olduqca kiçik idi.
Məhbuslar cəza tədbiri olaraq müəyyən müddət ərzində kangeyə salınırdılar. Kangenin ölçüsü və xüsusilə də çəkisi cəzanın ağırlığından asılı olaraq dəyişirdi.
Şəkil Con Tomson tərəfindən təxminən 1870-1872-ci illərdə Çində çəkilib.