Beynəlxalq astronomlar komandası “Large Millimeter Telescope” radioteleskopunun köməyi ilə Böyük partlayışdan az sonra yaranmış, 12.

8 milyard il yaşı olan Qalaktika aşkar ediblər.
Tədqiqatı Massaçusets Universitetinin əməkdaşları və Meksika milli astrofizika institutunun alimləri həyata keçiriblər. LMT radioteleskopunun köməyi ilə onlar tozla dolmuş Qalaktika aşkar edib və ona “G09 83808” ad-işarəsini veriblər. Alimlərin fikrincə, o, Böyük partlayışdan 900 milyon il sonra yaranıb.
Bu, onu Kainatın ən qədim Qalaktikalarından biri edir. Rekord iki il əvvəl “Hubble” və “Spitzer” teleskoplarının köməyi ilə aşkar edilmiş “EGSY8p7” yığcam Qalaktikasına aid idi. Onun yaşı 13.3 milyard il kimi müəyyən edilmişdi. “G09 83808” Qalaktikasını tapmağa spektral radiasiyanın analizi kömək edib.
"Böyük partlayış 13.7 milyard il əvvəl olub və biz bu yeni aşkar etdiyimiz Qalaktikanı 12.8 milyard il əvvəl olduğu halında müşahidə edirik”, - tədqiqatın aparıcı müəllifi Min Yun qeyd edib.

Beynəlxalq astronomlar komandası “Large Millimeter Telescope” radioteleskopunun köməyi ilə Böyük partlayışdan az sonra yaranmış, 12.8 milyard il yaşı olan Qalaktika aşkar ediblər. - 861364666993
Böyük Britaniya milyarderi, “Virgin” korporasiyasının sahibi Riçard Brenson kosmosa müntəzəm reyslər təşkil etməyi planlaşdırır.
Milyarder “Virgin Galactic”in hər gün kosmosa çıxacağına söz verib.
Milyarderin sözlərinə görə, uçuşlar 10-15 dəqiqə davam edəcək. Həmçinin bildirilir ki, kosmosa səfər təxminən 250 min dollara başa gələcək.
Amma korporasiyanın başçısı kosmik gəmilərin məhz hara uçacaqlarını dəqiqləşdirməyib.
Britaniya KİV-inin məlumatına görə, şirkət kosmosa müntəzəm turların operatoru olacaq.
Beynəlxalq astronomlar komandası “Large Millimeter Telescope” radioteleskopunun köməyi ilə Böyük partlayışdan az sonra yaranmış, 12.8 milyard il yaşı olan Qalaktika aşkar ediblər. - 861364770673
Sinqapur Milli universitetinin alimləri “Vocktail” - ona tökülmüş içkinin ətrini və dadını dəyişdirən stəkan yaradıblar.
Adi su, maye stəkana tökülən kimi onun rəngi, dadı və qoxusu təəccüblü dərəcədə dəyişir. Qurğuda qurulmuş işıq diodları içkinin rəngini dəyişdirir, xüsusi boru müxtəlif ətirli qaz buraxır və stəkanın kənarlarındakı elektrodlar içkini şirin, duzlu və ya acı edə bilir.
Bundan başqa, stəkan üçün xüsusi əlavə (App) fikirləşilib ki, bunun vasitəsi ilə istifadəçilər bir-biri ilə kokteyllərin reseptlərini bölüşə biləcəklər.
Beynəlxalq astronomlar komandası “Large Millimeter Telescope” radioteleskopunun köməyi ilə Böyük partlayışdan az sonra yaranmış, 12.8 milyard il yaşı olan Qalaktika aşkar ediblər. - 861365150577
[MM2017] Vocktail: A Virtual Cocktail for Pairing Digital Taste, Smell, and Color Sensations
Digər Avropa ölkələrindən fərqli olaraq İtaliyada nəhs rəqəm 13 yox, 17 hesab olunur.
Əksər İtaliya otellərində 17 rəqəmli nömrə, hündür binalarda 17-ci mərtəbə yoxdur.
Fransanın “Reno” şirkəti məcburən öz R17 modelini R177 adlandırıb. Hesab edilir ki, belə inanc hələ qədim Romadan gəlir, o vaxt XVII rum rəqəmindən ehtiyatlanırdılar, belə ki, onun işarələrinin yerini dəyişdikdə “VIXI” – yəni öz ömrünü yaşayıb, ölüb sözü alınır.
Beynəlxalq astronomlar komandası “Large Millimeter Telescope” radioteleskopunun köməyi ilə Böyük partlayışdan az sonra yaranmış, 12.8 milyard il yaşı olan Qalaktika aşkar ediblər. - 861365517169
Göz insan üçün ən vacib orqanlardan biridir. Təəssüf ki, aramızda qəza nəticəsində və ya anadangəlmə gözdən əlil olan insanlar var. Belə insanlar zaman-zaman müxtəlif problemlərlə üzləşirlər. Görmə ilə bağlı əngəlləri aradan qaldırmaq və problemlərdən əziyyət çəkən insanlara yenidən görmə imkanı yaratmaq məqsədilə bir sıra araşdırmalar aparılır və artıq buna qismən də olsa nail olunub.
ABŞ-ın Kaliforniya Universitetinin alimləri görmə qabiliyyətini itirmiş 30 yaşlı bir qadının beyninə simsiz çip yerləşdiriblər. Belə ki, eynəyə bərkidilmiş videokamera çəkdiyi görüntüləri kiçik cib kompüterinə ötürür. Sonra kompüterdə hazırlanan görüntülər ötürücü üzərindən beyinə göndərilir. Bu, hələlik ilkin sınaq olsa da, artıq bir çox insanlar üçün vacib həyati əhəmiyyət daşımağa başlayıb.
Alimlər ümid edirlər ki, bu yenilik bir çox görmə əngəlli insanlar üçün faydalı olacaq.
Beynəlxalq astronomlar komandası “Large Millimeter Telescope” radioteleskopunun köməyi ilə Böyük partlayışdan az sonra yaranmış, 12.8 milyard il yaşı olan Qalaktika aşkar ediblər. - 861365858417

Комментарии

Комментариев нет.