İdeal kişinin 10 keyfiyyəti - 945377148230
gif

İdeal kişinin 10 keyfiyyəti - 945377147974
gif

İdeal kişinin 10 keyfiyyəti

1. Güclü ünsiyyətçil vərdişlərə malikdir
Uğurlu nikahın vacib hissəsi istəklər, tələbatlar və münaqişələr barədə söhbətlərdir və tədqiqatlar bunu sübut edir.
Qayğıkeş ər olmaq istəyən adam sizinlə danışmalıdır. O, sizinlə danışmağı istəməli, sizi dinləməyə və sizin nöqteyi-nəzərinizi anlamağa cəhd etmək üçün zaman ayırmalıdır.
2. Sizə sadiqdir
Sədaqət, demək olar ki, ideal həyat yoldaşının necə olması barədə suala başlıca cavablardan biridir. Tədqiqatlara görə, sədaqət xoşbəxt nikahın fundamental aspektlərindən biridir.
Xəyanətkar ideal tərəf-müqabili deyil, ona görə də ərin yalnız sizə sadiq olması vacibdir. İdeal tərəf-müqabili anlayır ki, dünyanın gözəl qadınlarla dolu olmasına rəğmən, onun həyatında yalnız qəlbinə və ruhuna yatan bir qadın varsa, o da sizsiniz.
3. Sizə bərabər hüquqlu tərəf-müqabili kimi baxır
Yaxşı ər və uğurlu nikahın daha bir mütləq şərti tərəf-müqabilinizin sizi özünə bərabər hesab etməsidir. O, sizi özündən aşağı tutmamalı və ya özündən daha az vacib hesab etməməlidir.
Qadınları özünə bərabər tərəf-müqabili hesab edən və onunla ev qayğılarını bölüşən kişilər münasibətlər keyfiyyətinə xeyli tövhə vermiş olur.
Sizin tərəf-müqabiliniz anlamalıdır ki, sizin hər ikinizin həm güclü, həm də zəif tərəfləriniz var. O, həmçinin sizin fikirlərinizə qulaq asmalıdir.
4. Sizin kim olduğunuzu anlayır
Daha bir vacib keyfiyyət anlamaqdır. Sizin ideal tərəf-müqabiliniz sizin kim olduğunuzu, nəyə dəyər verdiyinizi, nəyin sizi narahat etdiyini və məyus etdiyini anlamalıdır. Siz hiss etməlisiniz ki, o, sizi bütün mənalarda anlayır.
5. Sizinlə birlikdə keçirdiyi zamandan zövq alır
Əgər sizin tərəf-müqabiliniz ideal həyat yoldaşıdırsa, o, sizinlə zaman keçirməyi istəyəcək. Sizin onun diqqətini cəlb etmək üçün nəsə qeyri-adi bir şey etməyinizə lüzum olmayacaq.
Sizinlə istənilən məşğuliyyət, hətta sizin sevimli şounuza baxmaq və ya ərzaq mağazalarını gəzmək lazım gəlsə belə, həqiqətən onun xoşuna gələcək. Siz birlikdə olan müddətdə o, zamanını yaxşı keçirəcək.
6. Siz birlikdə tez-tez gülür və gülümsəyirsiniz
Əgər siz özünüzə "Mənim üçün ideal ər necə olmalıdır?" sualını verirsinizsə, bunun cavabının bir hissəsi ondan ibarətdir ki, bu adam sizi həmişə gülməyə və gülümsəməyə vadar edir.
Həyatı yaşamaq üçün yumor zəruridir, ona görə də ideal tərəf-müqabiliniz sizin əhval-ruhiyyənizi yüksəltməyi və ya lazımi anda zarafat etməyi bacara biləcək.
İdeal həyat yoldaşı ağır iş günündən və ya rəfiqənizlə mübahisədən sonra sizə ürək-dirək verməyi bacaracaq. O, sizin özünüzü daha yaxşı hiss etməyiniz üçün nə etməyi dəqiq bilir.
7. Siz hiss edirsiniz ki, o, sizin bir nömrəli tərəfdarınızdır
İşdə qarşınıza məqsəd qoyduqda və ya nəsə yeni bir şeyi sınaqdan keçirəndə sizin ideal tərəf-müqabiliniz sizə dəstək verəcək.
O, həyatın yüksəliş və enişlərində sizin söykənə biləcəyiniz insan olacaq və o, hətta sizin özünüzə və ya öz imkanlarınıza inanmadığınız zaman sizə dəstək olacaq.
8. İdeal tərəf-müqabili öz səhvlərini etiraf etməyə hazırdır
Biz zaman-zaman səhvlərə yol veririk, məsələn, tərəf-müqabilimizi təqsiri olmayan nədəsə ittiham edirik və ya vədimizə əməl etmirik. Səhv etmək normaldır, onları etiraf etmək isə yaxşı həyat yoldaşı olmaq deməkdir.
Sizi ittiham etməkdənsə və ya problemi görməzdən gəlməkdənsə, o, öz səhvlərini etiraf edəcək və onları aradan qaldırmağa cəhd edəcək.
9. Onun başlıca vəzifələrdən biri sizi müdafiə etməsidir
Sizin əsas müdafiəçiniz olmaq ərinizin sizi sevdiyinin əlamətlərindən biridir. İdeal həyat yoldaşı sizi müdafiə etməli və sizin fiziki və emosional vəziyyətinizin qayğısına qalmalıdır.
Siz səyahət edəndə o, təyinat yerinə sağ-salamat çatdığınıza əmin olmaq üçün sizə zəng edəcək.
O, qaranlıq düşəndən sonra sizin təkbaşına harasa getməyinizi və təhlükəyə məruz qalmağınızı istəməyəcək.
10. Həyatınızın incəliklərinə diqqət edir
Sizin ideal tərəf-müqabiliniz həmçinin onunla bölüşdüyünüz detallara diqqətli olacaq. O, hər şeyi xatırlamaya bilər, lakin sizin sevimli uşaqlıq xatirələriniz, yaxın dostlarınız və ya sevimli qidanız kimi incə məqamları yadda saxlayacaq. Qayğıkeş tərəf-müqabiliniz sizin üçün vacib olanlara böyük əhəmiyyət verir.
Kimisə ideal tərəfdaş edən nəsnələr nəticə etibarilə sizin şəxsi prioritetlərinizdən, subyektiv fikrinizdən və həyat tərzinizdən asılı olacaq, lakin sadalanan keyfiyyətlər ideal həyat yoldaşın necə olduğunu göstərən ümumi cəhətlərdir.
Müəllif: Samir Süleyman

Комментарии

Комментариев нет.