İlk məhəbbət... unudulmur, sevənlər! Ürək yanır, göz göynüyür, yaş gəlir, İlk məhəbbət unudulmur, sevənlər! Nə sirrdisə oxun daşa tuş atır, Şirinliyi acısına bal qatır, Ömrün boyu yaddaşına daş atır, İlk məhəbbət unudulmur, sevənlər! Yaşında, başında yanır izləri, Bağrının başından sönmür közləri, Qapı, pəncərəndən baxır gözləri, İlk məhəbbət unudulmur, sevənlər! Gəlir bir gün... sən qalırsan arada, Məhəbbət bu tayda, həyat o tayda, Toy günündə gözün qalır qapıda, İlk məhəbbət unudulmur, sevənlər! Ürəyində biri, yanında biri, İkilik daima didər qəlbini, Daim eşidərsən onun səsini, İlk məhəbbət unudulmur, sevənlər! Gecələr gözlərin qalar tavanda, Acını udarsan şirin dadında, Qəlb sevənsə, şirin olur yavan da, İlk məhəbbət unudulmur, sevənlər! Gəzmə onu sevmədiyin qadında! Dadma onu yad dodaqlar dadında! O, yaşayır ürəyinin yadında... İlk məhəbbət unudulmur, sevənlər! Usanarsan sevmədiyin qadından, Perikərsən yatağından, yuvandan İlk öpüştək dadı çıxmaz yadından İlk məhəbbət unudulmur, sevənlər! O xoşlayan ad qoyarsan oğluna, Qızını səslərsən onun adıynan, Ocağın alışar onun oduynan, İlk məhəbbət unudulmur, sevənlər! Bir bulaqdı, bulandımı durulmaz! Bir qaladı, daşı düşdü, qoyulmaz! Bir körpədi, yad anayla olunmaz! İlk məhəbbət unudulmur, sevənlər! İlk məhəbbət - bu dünyanın adıdı İlk məhəbbət - ömrümüzün dadıdı Amma sonu ayrılığa bağlıdı... Axı niyə?! Cavab verin, sevənlər! İlk məhəbbət unudulmur, sevənlər!
╔♥╗╚♥╝ԉюбσвь ú пρεдαϯεԉьcϯвσ╚♥╝╔♥╗
:Добрый Парень
İllər ötür, yaşın üstünə yaş gəlir,
İlk məhəbbət... unudulmur, sevənlər!
Ürək yanır, göz göynüyür, yaş gəlir,
İlk məhəbbət unudulmur, sevənlər!
Nə sirrdisə oxun daşa tuş atır,
Şirinliyi acısına bal qatır,
Ömrün boyu yaddaşına daş atır,
İlk məhəbbət unudulmur, sevənlər!
Yaşında, başında yanır izləri,
Bağrının başından sönmür közləri,
Qapı, pəncərəndən baxır gözləri,
İlk məhəbbət unudulmur, sevənlər!
Gəlir bir gün... sən qalırsan arada,
Məhəbbət bu tayda, həyat o tayda,
Toy günündə gözün qalır qapıda,
İlk məhəbbət unudulmur, sevənlər!
Ürəyində biri, yanında biri,
İkilik daima didər qəlbini,
Daim eşidərsən onun səsini,
İlk məhəbbət unudulmur, sevənlər!
Gecələr gözlərin qalar tavanda,
Acını udarsan şirin dadında,
Qəlb sevənsə, şirin olur yavan da,
İlk məhəbbət unudulmur, sevənlər!
Gəzmə onu sevmədiyin qadında!
Dadma onu yad dodaqlar dadında!
O, yaşayır ürəyinin yadında...
İlk məhəbbət unudulmur, sevənlər!
Usanarsan sevmədiyin qadından,
Perikərsən yatağından, yuvandan
İlk öpüştək dadı çıxmaz yadından
İlk məhəbbət unudulmur, sevənlər!
O xoşlayan ad qoyarsan oğluna,
Qızını səslərsən onun adıynan,
Ocağın alışar onun oduynan,
İlk məhəbbət unudulmur, sevənlər!
Bir bulaqdı, bulandımı durulmaz!
Bir qaladı, daşı düşdü, qoyulmaz!
Bir körpədi, yad anayla olunmaz!
İlk məhəbbət unudulmur, sevənlər!
İlk məhəbbət - bu dünyanın adıdı
İlk məhəbbət - ömrümüzün dadıdı
Amma sonu ayrılığa bağlıdı...
Axı niyə?! Cavab verin, sevənlər!
İlk məhəbbət unudulmur, sevənlər!