Klassik Xalq Cəbhəsi Partiyası idealoji baxımdan Millətçilik idealogiyasının daşıyıcısıdır. KXCP Azərbaycan və Türk dünyası üçün hədəfləri olan partiyadır. Partiyanın ölkəmiz üçün əsas hədəfi ölkədə Demokratiyanın bərqərar edilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq Parlamentli Respublikaya keçməkdir. Partiyanın müdafiə etdiyi əsas prinsip Azərbaycanın ərazi bütövlüyünun təmin edilməsidir. Qarabağın işğaldan azad edilməsi, Güneylə, Quzey Azərbaycanın birləşib Bütöv Azərbaycanın yaradılmasıdır. Partiyanın Türk dünyası üçün planları Turan Evi təşkil edilməsi uğrunda mübarizədir. Turan Evi Türk dövlətlərinin federasiya şəklində birləşdiyi birlikdir. Bu birlik siyasi, iqtisadi, mədən