Mərhum Şeyx Səduq rəvayət edir ki, İmam Sadiqin (ə) səhabələrindən birinin mütə etməyə ehtiyacı var idi. Lakin o, mütə etməkdən çəkinirdi. İmam Sadiq (ə) ona buyurdu: “Zərurət halında ehtiyac duyularsa, insan gərək Allahın əmri, Peyğəmbərin sünnətindən (halal buyurduğu mütədən) istifadə etsin. Çünki mən hər hansı bir kişinin Peyğəmbərin əməl etdiyi sünnətdən istifadə etmədən dünyasını dəyişməsini bəyənmirəm.
O kişi deyir ki, İmam Sadiqdən (ə) soruşdum: "Görəsən Peyğəmbər də müvəqqəti nigahdan istifadə etmişdirmi?”. İmam "Bəli” deyərək, sözünə "Təhrim” surəsinin (3-5-ci ayələrini) “Bir zaman Peyğəmbər öz zövcələrindən birinə (Həfsəyə) gizli bir söz (öz xadiməsi Mariya Qibtiyyə ilə mütə etdiyini) demişdi. (Həfsə) bu sirri (Aişəyə) xəbər verdi (və onlar Peyğəmbər (s.) haqqında xoşagəlməz sözlər danışdılar). Allah-Təala onlara xitab edərək buyurdu: “(Ey iki qadın!) Sizin qəlbləriniz (Peyğəmbər haqqında pis fikirləşdiyinizə görə) günaha meyl edib. Elə isə tövbə edin” ayələrini şahid gətirdi” ("Vəsailüş-şiə”, c. 21, həd. 26389; “Əd-Durrul-Mənsur Suyuti”, c.6, səh.241).
Təbərani və ibn Mərdəveyh ibn Abbasdan rəvayət edirlər ki, o, həmin ayənin təfsirində deyir: “Peyğəmbər Mariyeyi Qibtiyyə ilə müvəqqəti nigah bağlamışdı. Həfsə bu işdən xəbər tutdu. Peyğəmbərin bu işi Həfsənin xoşuna gəlmədi. Peyğəmbər Həfsəyə bu işin aralarında qalmasını, hətta Aişəyə də deməməsini tapşırmışdı. Lakin Həfsə buna məhəl qoymaraq Aişəyə xəbər verdi. Onlar Peyğəmbər barəsində bəyənilməyən sözlər danışdılar. Allah da onlara müraciətlə "Təhrim” 3-5-ci ayələrini nazil etdi”.
İbn Abbas sözünün davamında deyir: “Mən bilirəm ki, Peyğəmbərin mütə etməsindən xoşu gəlməyən iki qadın Həfsə və Aişə idi. Lakin bunu Ömərin dilindən eşitmək mənim üçün daha çox maraqlı idi. Elə buna görə də çalışdırdım ki, bunu Ömərin özündən soruşum. Bir müddət sonra onunla birlikdə həcc səfərinə çıxdıq. Yolda mən və Ömər dəstəmaz almaq üçün camaatdan ayrıldıq. Mən su tökürdüm ki, Ömər əl-üzünü yuyub dəstəmaz alsın. Bu əsnada ondan "Təhrim” surəsinin 3-5-ci ayələrində zikr olunan iki qadının kim olduğunu soruşdum. Ömər mənim sualıma təəccüb edərək dedi: “Əcəb sual verirsən, ibn Abbas!” (Sanki verdiyim sualdan xoşu gəlmədi) Sonra dedi: “O iki qadın Həfsə və Aişədir” ("Təfsirul-kəşşaf”, Zəməxşəri, c. 4, səh. 566; "əl-Mizan”, Təbatəbai, c. 19, səh. 339).
sen deyesen ozuvu alim sayirsan ki Buxariden de ustunsan agziva gelen heteren peteren ifadeleri yigiwdir ve hansisa bir axmaqin yazdiqlari ike baw qatib emellerive haqq qazandirmaga caliwma
böyük alimlərinizdən çoxu məsələn: Daruqutni, İbn Həzəm və Şəhabuddin Əhməd ibn Məhəmməd Qəstalani «İrşadus-sari», Əllamə Əbul-Fəzl Cəfər ibn Sələbi Şafei «Əl-imtafi əhkais – sima» və Şeyx Əbdülqadir ibn Məhəmməd Qureşi Hənəfi «Cəvahirul-İslam Əbu Zəkəriyyə Nəvəvi «Səhihin şərhi»ndə, Şəmsəddin Əlkami «Kəvkəbi munir fi şərhi camiis-səğir»də və İbn Qəyyum «Zadul-məad fi huda xeyrul-ibad» kitabında, xülasə Hənəfi alimlərinin hamısı və əhli-sünnətin digər böyük alimləri açıq-aydın «Səhihi-Buxari» və «Səhihi-Müslim»dəki bəzi hədisləri araşdırıb tənqid etmiş və bu iki kitabda səhih olmayan çox zəif hədislərin mövcud olduğunu etiraf etmişlər. ÇƏünki Buxari və Müslim sadəcə hədis toplamış, lakin onların səhih olub-olmadığına diqqət etməmişlər
Fəzaili-Musa» babında və imam Əhməd ibn Hənbəl «Müsnəd»in II cüzünün 315-ci səhifəsində və digər alimləriniz Əbu Hureyrədən belə nəql edirlər: «Bəni-İsrail arasında belə bir adət vardı: hər kəs hamı ilə birlikdə, övrət yerlərini örtmədən, suya girib, bir-birlərinə də baxırdılar. Belə bir davranış onların arasında eyb sayılmırdı. Lakin həzrət Musa, kimsənin onun övrət yerini görməməsi üçün, tək yuyunurdu.
Bəni-İsrail həzrət Musanın bu davranışına qarşı belə deyirdi: «Həzrət Musanın tək halda suda yuyunması və bizdən uzaq durmasının səbəbi, bədənində bir nöqsan və eybəcərlik olduğuna görədir. Bax, buna görə, bizim onu görməmizi istəmir».
Bir gün həzrət Musa yuyunmaq üçün bir suyun kənarına getdi. Paltarlarını çıxarıb, bir daşın üzərinə qoydu və suya girdi. Daş həzrət Musanın (ə) paltarlarıyla birlikdə qaçdı. Musa da onun ardınca qaçaraq, «Ey daş, paltarım! Ey daş, paltarım!» (Yəni paltarımı hara aparırsan?) deyirdi. Nəhayət, bəni-İsrail həzrət Musanın övrət yerini gördü. Allaha and olsun, «Musanın bir nöqsanı yoxdur» dedilər. Bu əsnada daş yerində durdu. Həzrət Musa paltarlarını götürdü. Daha sonra çubuqu ilə daşı döyməyə başladı. Belə ki, daş altı və ya yeddi dəfə inildədi.»
Fərz elə, belə bir hadisə baş verib. Bu halda bu cür insan Sudan çılpaq vəziyyətdə çıxmaz, paltarlarının gətirilməsini camaatdən istəyər.
Görəsən, insanın ağlı belə bir əməlin Kəlimullah olan həzrət Musa (ə) kimi bir şəxsiyyətdən vücuda gəldiyinə və daşın hərəkət edib, həzrət Musanın (ə) paltarlarını aparmasına insan inana bilərmi?».
Bəni-İsrail həzrət Musanın bu davranışına qarşı belə deyirdi: «Həzrət Musanın tək halda suda yuyunması və bizdən uzaq durmasının səbəbi, bədənində bir nöqsan və eybəcərlik olduğuna görədir. Bax, buna görə, bizim onu görməmizi istəmir».
Görəsən, insanın ağlı belə bir əməlin Kəlimullah olan həzrət Musa (ə) kimi bir şəxsiyyətdən vücuda gəldiyinə və daşın hərəkət edib, həzrət Musanın (ə) paltarlarını aparmasına insan inana bilərmi?».