28 янв 2014

Hadise sahidleri ADNA

Ölkədə fəaliyyət göstərən informasiya
agentliklərindən birinin jurnalisti olan
Tamella xanımın oğlu Anar Əzizov 30
aprel günü Neft Akademiyasına qanlı
hadisə haqqında material hazırlamaq
üçün gəlmişdi. Həmin an Tamella xanım işdə olmamalıydı. Lakin hadisə vaxtı
anasının işdə olduğunu bilməsinə və
ona etdiyi aramsız zənglərin cavabsız
qalmasına baxmayaraq, Anar yenə də
hadisə yerinə bir jurnalist kimi
gəlmişdi. Son bir ümid… Bəlkə əli silahlı olan şəxs heç beşinci mərtəbəyə qədər
qalxa bilməyib? Anar Əzizov: "O an tələbələri içəridən
çıxarırdılar. 4-cü mərtəbədə jurnalistlər
var idi. Qan izləri gördüm. Onların
kafedrası ilə üzbəüz Ramizin meyidi
var idi. Onu hələ götürməmişdilər.
Onların kafedrası bir az içəri tərəfdədir. Qapının ağzında, 2-3 metr qalmış yerdə
vurulmuş vəziyyətdə idi". Ölümündən bir neçə gün əvvəl isə
Tamella xanım Anarın avqust ayında
olacaq ad gününü təbrik edərək
hədiyyə veribmiş. O, ömür-gün yoldaşını
da Neft Akademiyasında tapmışdı.
Tamella xanım Çingiz Əzizovla bir neçə il eyni yerdə çalışıblar. Çingiz müəllim
xanımının 17 yaşından Neft
Akademiyasında, ayrı-ayrı kafedralarda
işlədiyini deyir. Hadisə baş verən gün
isə Çingiz Əzizov bölgələrdə
ezamiyyətdə olubmuş. Çingiz Əzizov: "Zəng elədim ki, gəlirəm.
Soruşdu ki, sənin üçün nə bişirim,
dedim nə istəyirsən bişir. Bufet
yeməklərindən canım qurtarsın". Ezamiyyətdən evinə tələsən Çingiz
Əzizovu yolda oğlunun qəfil zəngi
sarsıdır. Mamanı güllə ilə vurublar… Çingiz Əzizov: "Elə bir arxa itirmişəm ki,
onun yerini doldurmaq mümkün deyil.
Rusların bir məsəli var, «vremya leçit»,
amma yox, daha da pisləşir…" (Ağlayır) Dekan Qasım Məmmədov: "Biz çox
dəyərli bir alimi itirdik…" Atılan güllələrdən biri də
Akademiyanın professoru, Neft qaz
istehsalı və emalı texnikası
kafedrasının müdiri Abdullayev Ramiz
Xəlil oğluna dəyib. Ramiz Abdullayev ali
təhsilini elə can verdiyi Azərbaycan Dövlət Neft Akademiyasında alıb.
Həyatının ən gözəl illərini də elə bu ali
təhsil müəssisəsində keçirmişdi. Amma
ölümün onu məhz burada
yaxalayacağını bəlkə də heç vaxt ağlına
belə gətirməyib. Yaxınlarının dediklərinə görə, ali təhsilini başa
vurandan sonra 1980-ci ilə qədər
Akademiyada ixtisası üzrə iş
fəaliyyətini davam etdirib. Daha sonra
isə mərhum prpofessor Sumqayıt
Sənaye İnstitutunda işləyib. Burda da kafedra müdiri, prorektor vəzifələrində
çalışan Ramiz Abdullayev 2003- cü ildə
yenidən Azərbaycan Dövlət Neft
Akademiyasının rəhbərliynin təkidi ilə
köhnə iş yerinə qayıdıb. Və ömrünün
son anlarına qədər Akademiyda çalışıb. Onu sonuncu dəfə görən isə dekan
Qasım Məmmədov olub. Həmin gün
Ramiz müəllim imtahanda iştirak
etməliymiş. Lakin diş ağrıları onu
fakultə dekanə Qasım müəllimdən
icazə almağa məcbur edib və onlar birlikdə dəhlizə çıxıblar… Qasım Məmmədov: "Şaqqıltı səsləri
gəlirdi, çox çətinliklə eşidilirdi. Ramiz
müəllim bir anlıq duruxdu və dedi ki,
hardasa elə bil dəmir vərəqələri yerə
atırlar. Nə səs olduğunu heç cür başa
düşə bilmədik". Ramiz Abdullayev Qasım müəllimlə
vidalaşıb bir neçə addım atandan sonra
isə Fərda ilə üz-üzə gəlib və
terrorçunun onun baş nahiyəsindən
atdığı bir güllə nəticəsində dünyasını
dəyişib. Qasım Məmmədov: "Güllə Ramiz
müəllimin başını o dərəcədə dağıtmışdı
ki, o, tanınmaz haldaydı. Biz onu
çətinliklə tanıdıq". Ramiz müəllimdən sonra elə həmin
mərtəbədə qətlə yetirilən
Akademiyanın dosenti Vahidov Məcnun
Abdulvahid oğlu olub. O, liftdən çıxıb iş
otağına gedən zaman güllələnib.
Terrorçu onu da başından vurub. Məcnun Vahidov ali təhsilini dünyasını
dəyişdiyi Azərbaycan Dövlət Neft
Akademiyasında alıb. Onun şahmat
üzrə etüdləri dünyanın 36 ölkəsində çap
olunub. Məcnun Vahidovun elm sahəsi
ilə yanaşı incəsənətdə də öz rolu olub. Ekran üzü görən isə ssenari müəllifi
olduğu "Yarımştat" teletamaşasıdır. Məcnun Vahidovun ömrü kimi bir çox
əsərləri də yarımçıq qaldı. Çoxlu sayda
kitab və məqalələrin müəllifi olan
Məcnun Vahidovun həyat yoldaşı Maisə
Vahidova ömür-gün yoldaşının ölüm
xəbərini ilk olaraq ANS-dən eşidib. Maisə Vahidova: "Birdən ANS kanalı
dedi ki, ADNA-da atışma olub. Dedilər
ki, müəllim, professor, heyəti
güllələnib. Ondan sonra yadımda deyil.
Həyəcanlandım. (Ağlayır…) Başa
düşdüm ki, Məcnun müəllim yoxdur artıq. Məcnun müəllim, nə isə belə…"

Комментарии

Комментариев нет.