Buna mənəvi təmizlik deyilir. Mənəvi təmizlik olmadan, maddi təmizlik heç bir əhəmiyyət kəsb etməz, çünki hədisi-şərifdə də buyurulduğu kimi, “Allah insanın zahirinə və var-dövlətinə deyil, qəlbinə və əməlinə baxar”. Bununla yanaşı, hər bir müsəlman aşağıdakı hallara da nəzarət yetirməlidir: 1. Saç-saqqal və bığın artığı kəsilməlidir. 2. Saçlara qulluq edilməli, daranmalı, xüsusən də gərək varsa, tez-tez yuyulmalıdır. 3. Qoltuqlar hər gün sabunlanmalı və təmiz saxlanılmalıdır. 4. Dırnaqlar vaxtlı-vaxtında tutulmalıdır. 5. Dişlər fırçalanıb təmizlənməlidir. Bunun üçün ya misvaqdan, ya da diş fırçasından istifadə olunmalıdır. 6. Qoltuq altı və qasıqda bitən tüklər təmizlənməlidir. 7. Corablar tez-tez dəyişilməli, başqasını narahat edəcək qədər iylənməsinə yol verilməməlidir. İmkan daxilində yatmazdan əvvəl ayaqlar yuyulmalı və ya yatmazdan qabaq dəstəmaz alınmalıdır. 8. Yeməkdən əvvəl əllər, yeməkdən sonra isə əllərlə yanaşı, ağız da mütləq yaxalanmalıdır. 9. Cünub (qüslü vacib edən hal) olmasan belə, yeddi gündən bir (ən çoxu 15 gün) çimmək lazımdır. 10. Qüsldən öncə dırnaqlar tutulmalı, qoltuq altında və qasıqda bitən tüklər təmizlənməlidir. 11. Çimdiyin və ya qüsl aldığın yerdən ayaq yolu kimi istifadə edilməməlidir. 12. Çimdikdən sonra dəstəmaz almaq da unudulmamalıdır. 13. Çiməndən sonra təmiz paltar geyilməlidir. Ayaq yolu ədəbi Ayaqyoluna girmədən öncə diqqət olunacaq bir sıra şərtlər vardır ki, bunlara əməl olunmalıdır. Bu şərtləri aşağıdakı şəkildə sıralamaq olar: 1. Üstündə Allah, Məhəmməd kimi ərəb hərfləri ilə yazılı üzük varsa barmaqdan çıxarmaq. 2. Şalvar balaqlarını bükmək. 3. Ayaqyoluna sol ayaqla girmək və sağ ayaqla çıxmaq. 4. İmkan daxilində ayaq yolunda üzü və arxanı qibləyə tərəf tutmamaq. 5. Paltara bir şeyin sıçramamasına diqqət etmək. 6. Kişilər zərurət olmadıqca ayaq üstə kiçik bayıra çıxmamalı. Qeyd: Ayaqyolunda danışmaq, salam vermək, salam almaq, zəruri olmadığı halda, tənasül orqanına baxmaq, azan oxunduğu zaman azan cümlələrini təkrarlamaq olmaz! Ayaq yolunda kiçik və böyük ehtiyacı gördükdən sonra təmizlənmək zəruridir. Kiçik ehtiyacı gördükdən sonra bir az gözləmək lazımdır. Tələsmək lazım deyil. Sidik kanalının tam boşalması üçün öskürmək, yürümək yaxşı nəticə verir. Kanalın tam təmizləndiyinə əmin olduqdan sonra sidik çıxan yeri su ilə təmizləmək lazımdır. Kiçik ayaqyolundan sonra kanalda qalan sidik artıqlarının təmizlənməsinə “istibra” deyilir. Ayaq yolunda təharət işləri sol əllə görülür. Böyük ehtiyacı gördükdən sonra da nəcasət yeri təmiz olana qədər su ilə yuyulmalı və imkan daxilində qurudulmalıdır. Qeyd:İnsan hər yerdən ayaq yolu üçün istifadə edə bilməz! Xüsusən də yol və yol kənarlarından, quyu, bulaq və su kənarlarından, hər kəsin istifadə etdiyi və ya keçdiyi kölgəli yerlərdən ayaqyolu kimi istifadə etmək olmaz! Bu fəsli Peyğəmbərimiz Məhəmməd (sav)-in hədisi ilə yekunlaşdırırıq: “Sidiyin bədəninizə və paltarınıza dəyməsindən çəkinin. Çünki qəbir əzabının çoxu sidikdən (istibra qaydalarına əməl etməməkdən) irəli gəlir. Qüsl Quru bir yer qalmadan bədənin başdan-ayağa yuyulmasına qüsl deyilir. Qüsl etməmiş insana isə cünub deyilir. Qüsl almaq fərz, üzrlü bir səbəb olmadan qüslü gecikdirmək isə günahdır. Cünub olan şəxs: Namaz qıla bilməz, məscidə girə bilməz, Quran oxuya bilməz və ona əl vura bilməz, Kəbəni təvaf edə bilməz. Bütün bu sayılanlar cünub olan insana haramdır. Hansı halda qüsl almaq lazımdır? 1. Harada, nə zaman və necəliyindən asılı olmayaraq kişidən məni (sperma) xaric olarsa. 2. Cinsi əlaqədən sonra. Hətta sperma xaric olmasa belə. 3. Heyz (aybaşı) halı bitən qadınlara. 4. Nifas (zahılıq) halı bitən qadınlara. Qadınlar aybaşı və zahılıq günlərində namaz qılmamaqla yanaşı, oruc da tuta bilməzlər. Lakin bu hal bitdikdən sonra namazın deyil, yalnız tutmadıqları oruc günlərinin qəzasını tutmalıdırlar. Qadınlarla bağlı məsələlər Heyz (aybaşı) qanı: Yetkinlik yaşına çatmış gənc qızlarda baş verən normal fizioloji hadisədir. 9-55 yaş arasındakı qadınlardan hər ayın müəyyən günlərində və müəyyən müddət ərzində gələn qana heyz qanı deyilir. Heyz qanının müddəti ən azı üç gün-üç gecə, ən çox müddəti isə on gün-on gecədir. (İmam Şafiyə görə ən çox müddət 15 gündür). İki aybaşı arasındakı ən az təmizlik müddəti 15 gündür. Bü adətən 26-28 gündən bir təkrarlanır. Heyz qanını zahılıq müddəti sayılan 40 gün ərzində gələn qanla qarışdırmaq olmaz. Həmçinin, uşaqlıqda olan xəstəliklər nəticəsində gələn qan da heyz qanı sayılmır
QURAN
Hər şeydən öncə qəlbin təmiz olmalıdır.
Buna mənəvi təmizlik deyilir. Mənəvi təmizlik olmadan, maddi təmizlik heç bir əhəmiyyət kəsb etməz, çünki hədisi-şərifdə də buyurulduğu kimi, “Allah insanın zahirinə və var-dövlətinə deyil, qəlbinə və əməlinə baxar”. Bununla yanaşı, hər bir müsəlman aşağıdakı hallara da nəzarət yetirməlidir:
1. Saç-saqqal və bığın artığı kəsilməlidir.
2. Saçlara qulluq edilməli, daranmalı, xüsusən də gərək varsa, tez-tez yuyulmalıdır.
3. Qoltuqlar hər gün sabunlanmalı və təmiz saxlanılmalıdır.
4. Dırnaqlar vaxtlı-vaxtında tutulmalıdır.
5. Dişlər fırçalanıb təmizlənməlidir. Bunun üçün ya misvaqdan, ya da diş fırçasından istifadə olunmalıdır.
6. Qoltuq altı və qasıqda bitən tüklər təmizlənməlidir.
7. Corablar tez-tez dəyişilməli, başqasını narahat edəcək qədər iylənməsinə yol verilməməlidir. İmkan daxilində yatmazdan əvvəl ayaqlar yuyulmalı və ya yatmazdan qabaq dəstəmaz alınmalıdır.
8. Yeməkdən əvvəl əllər, yeməkdən sonra isə əllərlə yanaşı, ağız da mütləq yaxalanmalıdır.
9. Cünub (qüslü vacib edən hal) olmasan belə, yeddi gündən bir (ən çoxu 15 gün) çimmək lazımdır.
10. Qüsldən öncə dırnaqlar tutulmalı, qoltuq altında və qasıqda bitən tüklər təmizlənməlidir.
11. Çimdiyin və ya qüsl aldığın yerdən ayaq yolu kimi istifadə edilməməlidir.
12. Çimdikdən sonra dəstəmaz almaq da unudulmamalıdır.
13. Çiməndən sonra təmiz paltar geyilməlidir.
Ayaq yolu ədəbi
Ayaqyoluna girmədən öncə diqqət olunacaq bir sıra şərtlər vardır ki, bunlara əməl olunmalıdır. Bu şərtləri aşağıdakı şəkildə sıralamaq olar:
1. Üstündə Allah, Məhəmməd kimi ərəb hərfləri ilə yazılı üzük varsa barmaqdan çıxarmaq.
2. Şalvar balaqlarını bükmək.
3. Ayaqyoluna sol ayaqla girmək və sağ ayaqla çıxmaq.
4. İmkan daxilində ayaq yolunda üzü və arxanı qibləyə tərəf tutmamaq.
5. Paltara bir şeyin sıçramamasına diqqət etmək.
6. Kişilər zərurət olmadıqca ayaq üstə kiçik bayıra çıxmamalı.
Qeyd: Ayaqyolunda danışmaq, salam vermək, salam almaq, zəruri olmadığı halda, tənasül orqanına baxmaq, azan oxunduğu zaman azan cümlələrini təkrarlamaq olmaz!
Ayaq yolunda kiçik və böyük ehtiyacı gördükdən sonra təmizlənmək zəruridir. Kiçik ehtiyacı gördükdən sonra bir az gözləmək lazımdır. Tələsmək lazım deyil. Sidik kanalının tam boşalması üçün öskürmək, yürümək yaxşı nəticə verir. Kanalın tam təmizləndiyinə əmin olduqdan sonra sidik çıxan yeri su ilə təmizləmək lazımdır. Kiçik ayaqyolundan sonra kanalda qalan sidik artıqlarının təmizlənməsinə “istibra” deyilir. Ayaq yolunda təharət işləri sol əllə görülür. Böyük ehtiyacı gördükdən sonra da nəcasət yeri təmiz olana qədər su ilə yuyulmalı və imkan daxilində qurudulmalıdır.
Qeyd:İnsan hər yerdən ayaq yolu üçün istifadə edə bilməz! Xüsusən də yol və yol kənarlarından, quyu, bulaq və su kənarlarından, hər kəsin istifadə etdiyi və ya keçdiyi kölgəli yerlərdən ayaqyolu kimi istifadə etmək olmaz!
Bu fəsli Peyğəmbərimiz Məhəmməd (sav)-in hədisi ilə yekunlaşdırırıq:
“Sidiyin bədəninizə və paltarınıza dəyməsindən çəkinin. Çünki qəbir əzabının çoxu sidikdən (istibra qaydalarına əməl etməməkdən) irəli gəlir.
Qüsl
Quru bir yer qalmadan bədənin başdan-ayağa yuyulmasına qüsl deyilir. Qüsl etməmiş insana isə cünub deyilir. Qüsl almaq fərz, üzrlü bir səbəb olmadan qüslü gecikdirmək isə günahdır.
Cünub olan şəxs:
Namaz qıla bilməz, məscidə girə bilməz, Quran oxuya bilməz və ona əl vura bilməz, Kəbəni təvaf edə bilməz. Bütün bu sayılanlar cünub olan insana haramdır.
Hansı halda qüsl almaq lazımdır?
1. Harada, nə zaman və necəliyindən asılı olmayaraq kişidən məni (sperma) xaric olarsa.
2. Cinsi əlaqədən sonra. Hətta sperma xaric olmasa belə.
3. Heyz (aybaşı) halı bitən qadınlara.
4. Nifas (zahılıq) halı bitən qadınlara.
Qadınlar aybaşı və zahılıq günlərində namaz qılmamaqla yanaşı, oruc da tuta bilməzlər. Lakin bu hal bitdikdən sonra namazın deyil, yalnız tutmadıqları oruc günlərinin qəzasını tutmalıdırlar.
Qadınlarla bağlı məsələlər
Heyz (aybaşı) qanı: Yetkinlik yaşına çatmış gənc qızlarda baş verən normal fizioloji hadisədir. 9-55 yaş arasındakı qadınlardan hər ayın müəyyən günlərində və müəyyən müddət ərzində gələn qana heyz qanı deyilir. Heyz qanının müddəti ən azı üç gün-üç gecə, ən çox müddəti isə on gün-on gecədir. (İmam Şafiyə görə ən çox müddət 15 gündür). İki aybaşı arasındakı ən az təmizlik müddəti 15 gündür. Bü adətən 26-28 gündən bir təkrarlanır.
Heyz qanını zahılıq müddəti sayılan 40 gün ərzində gələn qanla qarışdırmaq olmaz. Həmçinin, uşaqlıqda olan xəstəliklər nəticəsində gələn qan da heyz qanı sayılmır