Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biri, filosof şair, böyük dramaturq, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadə) xatirə günüdür.
24 oktyabr 1882, Naxçıvan – 5 dekabr 1941, Tayşet r. İrkutsk
Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir. Şair həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazıb. “Get”, “Könlümü” rədifli şeirlər, habelə “Hər yer səfalı, nəşəli” şeiri qəzəl formasında, “Xuraman-xuraman” şeiri isə qoşma formasındadır. “Rəqs”, “Uyuyur” və s. şeirlərdə müxəmməs və müsəddəslərin müəyyən əlamətləri müşahidə olunur. Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində yazıb. İlk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir. “Bir ahi-məzlumanə” (1907), “İştə bir divanədən bir xatirə” (1912), “Hübuti-Adəm” (1913), poemalarında epik təsvirlərdən qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapıb. Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema “Azər” əsəridir.
Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb. Bununla yanaşı, qələmə aldığı “Ana faciəsi”, “Maral”, “Şeyda”, “Şeyx Sənan”, “Uçurum”, “Afət”, “Knyaz”, “Xəyyam” əsərləri ilə milli teatr mədəniyyətinin inkişafına qüvvətli təsir göstərib. 1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub, İrkutsk vilayətində dünyasını dəyişib.
АЗЕРБАЙДЖАН ДУША КАВКАЗА🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿
Allah rəhmət eləsin!
Azərbaycan ədəbiyyatı tarixində romantizm ədəbi cərəyanın ən qüdrətli sənətkarlarından biri, filosof şair, böyük dramaturq, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadə) xatirə günüdür.
24 oktyabr 1882, Naxçıvan – 5 dekabr 1941, Tayşet r. İrkutsk
Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir. Şair həm klassik lirika üslubunda qəzəllər, həm də xalq-aşıq şeiri ruhunda qoşma və gəraylılar yazıb. “Get”, “Könlümü” rədifli şeirlər, habelə “Hər yer səfalı, nəşəli” şeiri qəzəl formasında, “Xuraman-xuraman” şeiri isə qoşma formasındadır. “Rəqs”, “Uyuyur” və s. şeirlərdə müxəmməs və müsəddəslərin müəyyən əlamətləri müşahidə olunur.
Şair ilk poemalarını hələ XX əsrin əvvəllərində yazıb. İlk poemaları əsasən lirik-romantik, yaxud romantik-fəlsəfi əsərlərdən ibarətdir.
“Bir ahi-məzlumanə” (1907), “İştə bir divanədən bir xatirə” (1912), “Hübuti-Adəm” (1913), poemalarında epik təsvirlərdən qat-qat çox lirik-romantik düşüncələr öz əksini tapıb. Hüseyn Cavidin yaradıcılığında ideya-sənətkarlıq baxımından ən kamil poema “Azər” əsəridir.
Ömrünün sonrakı illərində Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni mərhələ yaradıb.
Bununla yanaşı, qələmə aldığı “Ana faciəsi”, “Maral”, “Şeyda”, “Şeyx Sənan”, “Uçurum”, “Afət”, “Knyaz”, “Xəyyam” əsərləri ilə milli teatr mədəniyyətinin inkişafına qüvvətli təsir göstərib.
1938-ci ildə repressiya edilərək Sibirə sürgün olunub, İrkutsk vilayətində dünyasını dəyişib.