Göygöl

2003-2013: hədəflər, İnkİşaf, nətİcələr
Azərbaycan dünyaya günəş kimi doğacaq.
Heydər Əliyev
Bizim iqtisadi göstəricilərimiz dünya miqyasında
ən gözəl göstəricilərdir. Bizim iqtisadi inkişafımız
dünya miqyasında ən sürətlidir. Təkcə son 10 ilin
yekunlarına baxmaq kifayətdir. Azərbaycanda
yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə
edilir – həm siyasi, iqtisadi, həm energetika,
mədəniyyət sahələrində.
İlham Əliyev
8
2003-2013: hə dəflər, İnkİşaf, nətİcələr
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bölgələrə səfərləri zamanı əhali
ilə görüşlərində dəfələrlə bəyan etmişdir ki, biz ölkəmizi hər cəhətdən müasirləşdirməliyik.
Azərbaycan sözün əsl mənasında inkişaf etmiş ölkəyə çevrilməlidir, bu, bizim məqsədimizdir.
Azərbaycan bu məqsədə doğru inamla irəliləyir. İndi ölkəmiz başdan-başa quruculuq meydanına
çevrilmişdir. Həyata keçirilən dövlət proqramları şəhərlərin, qəsəbələrin, kəndlərin simasını
dəyişir. Bu dəyişiklikləri Göygöl rayonunun timsalında da aydın görmək olar. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Göygölə 2 dəfə səfər etmiş, rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 4 sərəncam imzalamışdır.
Ərazisi – 916,74 km2
Şəhər – 1
Qəsəbə – 6
Kənd – 38
İnzibati ərazi dairəsi – 27
Bələdiyyə – 25
Əhalisi – 60,1 min nəfər.
Göygöl 10 İldə
9
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi regionların sosialiqtisadi
inkişafı Dövlət proqramlarının uğurlu icrası nəticəsində Göygöl rayonu üzrə
nəzərdə tutulan tədbirlər yerinə yetirilmiş və əsas makroiqtisadi göstəricilərdə artım
əldə edilmişdir
• Ümumi məhsul istehsalı 4,7 dəfə, sənaye məhsulu istehsalı 1,4 dəfə, kənd təsərrüfatı istehsalı
2,1 dəfə, pərakəndə ticarət dövriyyəsi 3,1 dəfə, əhaliyə göstərilən pullu xidmətlərin
həcmi 4,2 dəfə, iaşə dövriyyəsinin həcmi 6,3 dəfə artmışdır.
• Sahibkarlıq subyektlərinin sayı 3 dəfə, o cümlədən fərdi sahibkarların sayı 3,6 dəfə çoxalmışdır.
• Orta aylıq əməkhaqqı 6,3 dəfə, pensiyaların orta məbləği 5,7 dəfə yüksəlmişdir.
• 5242-si daimi olmaqla 7546 yeni iş yeri açılmışdır.
• Sahibkarlığa Kömək Milli Fondu və Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi
tərəfindən 449 sahibkara 10,6 milyon manat məbləğində güzəştli kredit verilmişdir.
• Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət tərəfindən 3,7 milyon manat məbləğində
yardım edilmişdir.
• Dozular kəndində torpaq sürüşməsi nəticəsində zərər çəkmiş 42 ailə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin 2007-ci il 17 avqust tarixli Sərəncamına əsasən
tikilmiş yeni evlərlə təmin olunmuşdur.
• Mənzil fondunun ümumi sahəsi 23,8% artmışdır. Qarabağ müharibəsi əlilləri və şəhid
ailələri üçün 52 mənzilli 2 yaşayış binası və 540,4 kvadratmetrlik 7 fərdi ev tikilmiş, ümumi
sahəsi 89 min kvadratmetr olan fərdi evlər istifadəyə verilmişdir.
• Su, qaz, kanalizasiya sistemi ilə təchiz edilmiş yaşayış sahələri müvafiq olaraq 10, 2,1 və
5,4 dəfə artmışdır.
• ATS-lərin sayı 1,6 dəfə, ümumi nömrə tutumu 1,7 dəfə çoxalmışdır.
• İnternet istifadəçilərinin sayı 5,5 dəfə, internetə çıxışı olan evlərin sayı 4,2 dəfə, kompyuter
istifadəçilərinin sayı 4 dəfə, mobil telefon abunəçilərinin sayı 12,8 dəfə artmışdır.
10
11
Bütövlükdə Göygöl rayonunun
inkişafı son illər uğurla gedir.
Yaxşı işlər görülür, müəssisələr
tikilir, şəhər abadlaşır.
İlham Əliyev
12
13
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
tapşırığına əsasən 151
çarpayılıq Rayon Mərkəzi
Xəstəxanası yenidən tikilmişdir
• Xəstəxananın tikintisinə 2006-cı ilin
dekabr ayında başlanmış, 2009-cu ildə
başa çatdırılmışdır. Prezident İlham
Əliyev 2008-ci il martın 4-də Göygölə
səfəri zamanı xəstəxana binasında
tikinti işlərinin gedişi ilə tanış olmuşdur.
Dövlətimizin başçısı 2009-cu il mayın
25-də növbəti səfəri zamanı Göygöl
Rayon Mərkəzi Xəstəxanasının açılışını
etmişdir. Xəstəxanada terapiya, bərpamüalicə,
doğum, cərrahiyyə, ginekologiya,
reanimasiya, rentgen, laboratoriya,
uşaq xəstəlikləri, yoluxucu xəstəliklər
şöbələri və poliklinika fəaliyyət göstərir.
• Son illərdə iki kənd sahə xəstəxanası, iki
tibb məntəqəsi əsaslı təmir olunmuş, üç
kənddə yeni tibb məntəqəsi yaradılmışdır.
14
15
16
17
18
19
İndi bu xəstəxana demək olar ki, dünyanın ən yüksək standartlarına cavab verir.
Burada quraşdırılmış avadanlıq ən qabaqcıl şirkətlər tərəfindən təmin edilibdir.
İlham Əliyev
20
21
22
23
24
Nəriman Nağdəliyev,
rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri:
– Azərbaycan inkişaf etdikcə əhalinin sağlamlığının qorunmasına diqqət artır, yeni
müalicə ocaqları tikilir, mövcud xəstəxanaların maddi-texniki bazası möhkəmləndirilir.
Son illər Göygöl rayonunda da müalicə müəssisələrinin geniş şəbəkəsi yaradılmış, əhaliyə
göstərilən tibb xidmətinin keyfiyyəti yüksəldilmişdir. Rayon Mərkəzi Xəstəxanası
göygöllülərə dəyərli töhfədir. Xəstəxana binasının tikintisinə 2006-cı ildə başlanmış,
möhtərəm Prezidentimiz İlham Əliyev 2008-ci ildə rayonumuza səfəri zamanı tikinti
işlərinin gedişi ilə tanış olmuş, 2009-cu ildə Göygöldə növbəti səfərdə olarkən müalicə
ocağının açılışını etmişdir. Son illərdə Göygöldə iki kənd sahə xəstəxanası, iki tibb məntəqəsi
əsaslı təmir olunmuş, üç kənddə yeni tibb məntəqəsi yaradılmışdır.
Əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi istiqamətində işlər davam etdirilir. Bu,
belə də olmalıdır. Azərbaycan rifah ölkəsidir. Rifahın bir göstəricisi də sağlamlıqdır.
25
26
27
28
29
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
tapşırığına əsasən yeni məktəb
binaları tikilmiş və əsaslı təmir
edilmişdir
• Son 10 ildə 3864 şagird yerlik 17 məktəb,
o cümlədən Heydər Əliyev Fondunun
“Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsi çərçivəsində 200 şagird yerlik 2
məktəb binası, 5 məktəbdə isə 455 şagird
yerlik 26 əlavə sinif otağı tikilmişdir.
• 4240 şagird yerlik 19 məktəb binası
əsaslı təmir olunmuşdur.
30
31
32
33
34
35
36
Heydər Əliyev Mərkəzi
yaradılmışdır
Azərbaycanın bütün bölgələri kimi,
Göygölün də inkişafına daim yüksək diqqət
və qayğı göstərmiş Ulu Öndərin həyat
və fəaliyyətinin, zəngin dövlətçilik irsinin
öyrənilməsi məqsədilə Heydər Əliyev
Mərkəzi yaradılmışdır. Mərkəzin yeni
binasında Ümummilli Liderin həyat və
fəaliyyətini əks etdirən qiymətli eksponatlar
nümayiş etdirilir. Burada müasir konfrans
zalı, müxtəlif kurslar, dərnəklər, studiyalar
fəaliyyət göstərir.
37
38
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il martın 4-də Göygöldə Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş yaşayış binasının istifadəyə verilməsi
mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı bina ilə tanış olmuş, yeni mənzil alanları
təbrik etmişdir.
39
40
Abdulla Qasımov,
rayon Ağsaqqallar Şurasının sədri:
– Azərbaycanın sürətli inkişafı biz ağsaqqalları çox sevindirir. Bu sevinci ölkəmizdə və
rayonumuzda görülmüş işlər, həyata keçirilmiş layihələr yaratmışdır.
Respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da emal müəssisələri yaradılır,
yeni iş yerləri açılır, quruculuq işləri geniş vüsət almışdır. Bu infrastruktur layihələri
həqiqətən mühüm əhəmiyyətə malikdir. Bu layihələr həyatımızın ən müxtəlif sahələrinə aid
olmuşdur. Bunların sırasında yeni müəssisələr, məktəblər, müalicə ocaqları, idman qurğuları,
turizm obyektləri, yollar və s. vardır.
Bu böyük inkişaf bizim gözlərimiz önündə baş verdiyindən bəzən fərqinə varmırıq.
Ancaq Göygölə gələn qonaqlar, turistlər bu yerlərin təbiətinin gözəlliyi kimi, şəhərimizin,
qəsəbələrimizin və kəndlərimizin inkişafına da heyran qaldıqlarını vurğulayırlar.
Göygölün bu günü gözəldir, sabahı daha da gözəl olacaqdır.
41
42
43
44
Bayraq Meydanı yaradılmışdır
İndi Göygölün ən gözəl məkanlarından
biri də Bayraq Meydanıdır. Sahəsi 5,5 hektar
olan Bayraq Meydanında Azərbaycanın
dövlət rəmzləri muzeyi də yaradılmışdır.
Meydanın yerləşdiyi ərazidə abadlıq işləri
aparılmış, yaşıllıqlar salınmışdır.
45
46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına
əsasən Göygölün mədəniyyət ocaqları yenidən qurulmuşdur
• 1982-ci ildə yaradılan və 2008-ci ildə əsaslı təmir olunmuş alman lüteran kilsəsinin binasında
fəaliyyətini davam etdirən Tarix-Diyarşünaslıq Muzeyində 2 mindən çox eksponat
vardır.
• Prezident İlham Əliyev 2009-cu il mayın 25-də Göygölə səfəri zamanı şəhər mədəniyyət
və istirahət parkında aparılmış yenidənqurma işləri ilə tanış olmuşdur. Prezidentin tapşırığına
əsasən parkın ərazisi 5 hektara yaxın genişləndirilmişdir. Parkda Gənclər mərkəzi,
Uşaq əyləncə mərkəzi, açıq klub tikilmiş, ətrafdakı binalarda təmir-bərpa işləri görülmüşdür.
• Azərbaycan Prezidentinin 2008-ci il 1 aprel tarixli Sərəncamı ilə 12755 hektar sahəsi
olan Göygöl Milli Parkı yaradılmışdır. Biomüxtəlifliyin qorunub saxlanması, təbii resurslardan
səmərəli istifadə edilməsi, ekoturizmin inkişafı, təbii irsin geniş miqyasda təbliği
məqsədilə yaradılan bu park dövlətimizin başçısının milli sərvətlərimizin qorunmasına
yüksək diqqət və qayğısının daha bir göstəricisidir.
47
48
49
50
51
52
53
54
55
56
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı
ilə Göygölün idman infrastrukturu yenilənməkdədir
• 2010-cu ildə Göygöl şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə başlanmış,
2013-cü ildə başa çatdırılmışdır. Kompleksə 1500 tamaşaçı yeri olan stadion, mini futbol,
voleybol, tennis, boks, güləş, trenajor zalları, üzgüçülük hovuzu, mehmanxana və 4 kottec
daxildir.
• 2004-cü ildə mərkəzi şəhər stadionu yenidən qurulmuş, 2008-ci ildə isə əsaslı təmir edilmiş,
tamaşaçılar üçün 600 plastik oturacaq quraşdırılmış, mini futbol, basketbol və voleybol
meydançaları, xidmət binaları yenilənmişdir.
• Son 10 ildə Göygöldə idman qurğularının sayı 49-a çatmışdır.
57
58
Cavid Əsgərov,
idmançı, karatenin aşihara növü üzrə dünya çempionatının gümüş
və bürünc mükafatçısı:
– Artıq dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda son 10 ildə müasir idman
qurğuları tikilmiş, Olimpiya hərəkatı geniş vüsət almışdır. Yaradılmış müasir infrastruktur
Azərbaycan idmançılarına Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında
möhtəşəm qələbələr qazandırmışdır.
Bu istiqamətdə Göygöl rayonunda həyata keçirilən tədbirləri də uğurlu saymaq olar. Ötən
10 ildə Göygöldə yeni idman qurğularının sayı 49-a çatdırılmışdır. Bunların içərisində ən
möhtəşəmi Olimpiya İdman Kompleksidir. Kompleksdə idmanın müxtəlif növləri ilə məşğul
olmaq üçün geniş imkan yaradılmışdır. Göygölün mərkəzi stadionu da əsaslı surətdə yenidən
qurulmuşdur. Yaradılan yüksək şərait nəticəsində rayon idmançıları ölkə çempionatlarında və
beynəlxalq yarışlarda fərəhləndirici uğurlar qazanmışlar.
İdman sahəsində görülən böyük işlər ölkəmizin gələcəyinə hesablanmışdır. Çünki idmanla
əsasən gənclər məşğul olurlar. Gələcəyin qurucuları isə sağlam ruhda böyüyən gənclərdir.
59
60
61
62
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı
ilə Göygölün turizm infrastrukturu müasirləşdirilir
• Füsunkar təbiəti olan Göygöl rayonu turistlərin çox sevdikləri məkanlardan biridir. Son
illərdə bu rayonda yeni turizm obyektləri, mehmanxanalar, istirahət mərkəzləri yaradılmışdır.
Göygöl şəhərində beşulduzlu otel inşa edilir.
• Hazırda Göygölün turizm şəbəkəsinə 17 yeni mehmanxana və istirahət mərkəzi daxildir.
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin
tapşırığına əsasən Göygöl
şəhərində su təchizatı və
kanalizasiya sistemi yenidən
qurulur
Göygölün su təchizatı və kanalizasiya
sisteminin yenidən qurulması layihəsi
çərçivəsində şəhərə Kürəkçay çayından
25 kilometr uzunluğunda yeni magistral
su kəməri çəkilmişdir. Şəhərin kanalizasiya
şəbəkəsinin və supaylayıcı sisteminin
yenidən qurulması işləri uğurla davam etdirilir.
80
81
82
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində
Göygöldə yeni istehsal və emal müəssisələri açılmışdır
• Prezident İlham Əliyev 2008-ci il martın 4-də Göygöl rayonuna səfəri zamanı “Göygöl
şərab zavodu” ASC-nin açılışında iştirak etmişdir. 550 işçinin çalışdığı müəssisədə
müxtəlif növ spirtli içkilər istehsal olunur. Zavodda sutkalıq istehsal gücü 12 min butulka
olan limonad və süfrə suyu sexləri tikilmişdir.
• Sutkada 3 min dekalitr spirt istehsal edən zavod istismara verilmişdir.
83
84
85
86
87
88
89
90
Ceyhun İsmayılov,
“Göygöl şərab zavodu” ASC idarə heyətinin sədri:
– Azərbaycanda özəl bölmənin inkişafı üçün yaradılmış çox əlverişli şərait düşünülmüş
dövlət siyasətidir. Bu, həm iqtisadi inkişaf, həm də sosial təminat deməkdir. Eyni zamanda,
işsizliklə, yoxsulluqla mübarizədir, iqtisadiyyatın şaxələndirilməsi, ölkəmizin
gücləndirilməsidir. Qarşımızda duran əsas hədəflərdən biri əhalinin tələbatını yerli məhsullar
hesabına təmin etməkdir. Sahibkarlar yaradılmış imkandan səmərəli istifadə etməklə bu
vəzifəni layiqincə yerinə yetirməyə çalışırlar.
Biz də Göygöl şərab zavodunda müasir texnologiya əsasında məhsul hazırlayan istehsal
xətləri yaradarkən qarşımıza bu məqsədi qoymuşduq. 2008-ci il martın 4-də möhtərəm Prezidentimiz
İlham Əliyev müəssisəmizin açılış mərasimində iştirak etmiş, gördüyümüz işləri
yüksək qiymətləndirmişdir. Bu, kollektivimizi daha yaxşı işləməyə ruhlandırmışdır. Son illər
müəssisəmizdə 700 iş yeri açılmışdır ki, bunun da 550-si daimidir. İşçilərimizin rifahının
yüksəldilməsini, sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlayırıq.
91
92
93
94
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncam
və tapşırıqları ilə rayonda avtomobil yolları yenidən qurulur
• 8 min nəfər əhalisi olan 6 yaşayış məntəqəsini birləşdirən 10,5 kilometrlik Xaqani-
Haçaqaya avtomobil yolu tikilmişdir.
• Şəhər, qəsəbə və kəndlərdə daxili yolların bərpası işləri davam etdirilir.
95
96
Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

Комментарии

Комментариев нет.