Vətən.

Vətən – bir millətin illər uzunu
yaşadığı, adətinin, ənənəsinin,
varlığının, şüurunun, birliyinin
torpağı ilə birləşdiyi məkandır.
Elə bir məkan ki, ana qucağı kimi
isti, ata qoynu kimi əmin və
etibarlıdır.Vətən sadəcə
müəyyən sərhədləri olan coğrafi
bir məkan deyildir. Vətən xüsusi
sevgi və hörmətə layiq
müqəddəs torpaqdır. Biz vətənin
suyunu içir, çörəyini yeyir,
havasını uduruq. Evimiz,
kəndimiz, obamız bu
torpaqlardadır. Baba və
dədələrimiz bu torpaqlarda
uyuyur, ata-anamız bu
torpaqlarda addımlayırlar.Vətən
müqəddəsdir. Ata-babalarımız bu
torpaqlarda yaşamış, onu
becərmiş, qorumuş, onun
uğrunda vuruşmuşlar. Onlar bu
torpaqlar uğrunda canlarından
keçib, şəhidlik rütbəsinə
yüksəlmişlər. Vətəni və
vətəndaşı sevmək böyük bir
əxlaqi keyfiyyətdir. Dinimizin
əmri, Uca Rəbbimizin razı qaldığı
əməldir.Rəvayətlərdən birində
“Vətəni sevmək Allaha
imandandır” buyurulmuş, vətən
sevgisinin əhəmiyyəti ön plana
çəkilmişdir. Qəlbində Allaha imanı
olan hər bir kəsin xalqına və
vətəninə də sevgisi olacaqdır.Bir
hədisdə vətənini qorumağın
əhəmiyyətini bildirən Həzrəti
Peyğəmbərimiz (s.ə.s) belə
buyurmuşdur: “Sərhəd boyunca
vətəni qoruyan gözləri
cəhənnəm atəşi
yandırmayacaqdır, Allahın razılığı
üçün vətən sərhədlərini
qoruyanlara isə daim savab
yazılacaqdır.”

Комментарии

Комментариев нет.