Duanın yerinə yetməsinin şərtlərindən biri də budur ki, başqaları sizin üçün dua etsin. Belə ki, Qüdsi hədisdə oxuyuruq: “Allah Təala Musaya (ə) vəhy edir: “Ey Musa! Məni o dillə çağır ki, hansı ilə günah etməmisən”.
Musa (ə) deyir: “Allahım! O dili haradan tapım?”.
Xitab gəlir: “Başqalarının dili ilə mənə dua et!””.
Bu Qüdsi hədisi iki cür təfsir edirlər. Birinci təfsir budur ki, insan özü dua etsin və başqaları da ona “Amin!” desinlər. Misal üçün, desin ki, “Allahım bizi bağışla!”. Yaxud: “Allahım, aqibətimizi xeyirli et!”, digər insanlar da ona “Amin!” desinlər.
İkinci təfsir budur ki, başqalarından istəyəsən ki, sənin üçün dua etsinlər. Tarixdə oxuyuruq ki, möminlər Həzrət Peyğəmbərə (s) müraciət edərdilər ki, Rəsuli-Əkrəm (s) onlar üçün dua etsin və məğfirət istəsin.
Beləliklə deyə bilərik ki, iltimasi-duanın həqiqəti budur ki, insan o dillə dua etmək istəyir ki, onunla heç bir zaman günah etməmişdir. İltimasi-dua – yəni kimdənsə iltimas, xahiş edirsən ki, sənin üçün dua etsin.
Həmin dil Allah qarşısında pak və pakizədir. Ona görə də deyirlər ki, başqalarının sənin barəndə etdiyi dua - yerinə yetən duadır. İnsan bu yolla hacətinə çata bilər və duası həyata keçə bilər. (Beytutə)
Hz.ƏBƏLFƏZL ABBAS (Hacətlər Qapısının) Aşiqləri
İltimasi-duanın mənası nədir?

İltimasi-dua!
/Deyerler.org/