Bəsirət gözünü açan zikr

İnsanın həqiqi munisi və məhbubu – Allahdır. Allah insanın bütün
çətinliklərini aradan qaldıra bilər. Dua - peyğəmbərlərin silahıdır və
Quran peyğəmbərlərin etdiyi bir çox duaları bəyan etmişdir. (Tebyan)
Bu zikrlərdən biri də Həzrət Yunusun (ə) balığın qarnında etdiyi duadır:
"Lə iləhə illə ənt subhənəkə inni kuntu minəz-zalimin".
Bu duada Həzrət Yunus (ə) ilk olaraq Allahın vahid olduğunu bəyan edir,
buyurur ki, Ondan başqa Məbud və Söykənəcək yoxdur. Sonrakı mərhələdə
Allaha həmd edir və bildirir ki, mənim başıma gələn bu müsibətin səbəbi
Sən deyilsən. Mən özüm günahkar və təqsirkaram. Öz rəftarımla özümə zülm
etmişəm.
Sonrakı ayədə Allah buyurur: “Biz möminlərə bu cür nicat veririk”.
(“Ənbiya” 88). Bu ayə onu göstərir ki, Həzrət Yunusun (ə) başına
gələnlər xüsusi bir hal deyildir, müəyyən mərhələləri keçərək hamıya
şamil olur. Bizim başımıza gələn müsibətlərin bir çoxunun səbəbi –
günahlarımızdır. Əgər insan günah edən zaman Həzrət Yunusun (ə) diqqət
etdiyi o üç nöqtəyə diqqət edərsə, nicat tapar.
İslam Peyğəmbəri (s) buyurur: “Allahın elə adı vardır ki, hər kəs Onu bu
adla çağırsa, duası yerinə yetər. Nə zaman onunla bir şey istəsə, ona
verər. Bu, Yunusun (ə) duasıdır”. Bir nəfər soruşur: “Ya Rəsulallah! O,
Yunusa (ə) məxsus idi, yoxsa müsəlman cəmiyyətinə də şamil olur?”.
Həzrət (s) buyurur: “Həm Yunusa (ə) aiddir və həm də bütün möminlərə.
Məgər Allahın Qurandakı kəlamını eşitməmisinizmi: “Biz möminlərə bu cür
nicat veririk”. Hər kim belə dua edər, Allah yerinə yetməsini zəmanət
etmişdir”.
Allah Təala bu ayə ilə möminlərə müjdə verir ki, bu zikrin vasitəsilə
nicat tapa bilərlər.
İmam Sadiq (ə) buyurur: “Təəccüb edirəm o kəsə ki, qəm və qüssəyə düçar
olmuşdur, ancaq bu zikrə (Yunusiyyə zikrinə) pənah aparmır. Allah onun
ardınca buyurmuşdur: “Biz möminlərə bu cür nicat veririk””.
Mərhum Kuleyni nəql edir ki, bir nəfər xorasanlı kişi İmam Sadiqə (ə)
deyir: “Qurabının olum, mənim indiyə qədər övladım olmur. Nə edim?”.
Həzrət (ə) buyurur: “Nə zaman vətəninə qayıtsan, (Ənbiya” 87) ayəsini
oxu. İnşəallah övlad sahibi olarsan”.
Qeyd etmək lazımdır ki, bu zikr həqiqi tövbə məqamına malikdir. Əgər
xaliscəsinə yerinə yetirilsə, heyrətləndirici təsirlər qoyar.
Mərhum Ayətullah Kəşmiridən soruşurlar ki, bir salih üçün hansı ibadət
daha yaxşıdır? Buyurur:“Ən yaxşısı – səcdədir ki, Yunusiyyə zikrini
deyəsən. Yunusiyyə zikri ruhlara qoşulmağa və bəsirət gözünün açılmasına
səbəb olar”.

Bəsirət gözünü açan zikr - 870284569403

Комментарии

Комментариев нет.