"Namazin Sözləri Və Tərcüməsi"

FATIHE-SURESI
Bismilləhir-Rahmənir-Rahim. (Rəhmli və mərhəmətli Allahın adı ilə)
Əlhəmdu lilləhi Rabbil aləmin. (Allaha - aləmlərin Rəbbinə həmd olsun)
Ər-Rahmənir-Rahim. (Həmd olsun rəhmli və mərhəmətli olana)
Məliki yauvmiddin. (Haqq-hesab gününün sahibinə)
İyyəkə nəabudu və iyyəkə nəstəin. (Yalnız Sənə ibadət edirik və yalnız Səndən komək diləyirik)
İhdinəs-sıratal mustəqim. (Bizi doğru yola yonəlt)
Sıratal-ləzinə ən-əmtə aleyhim ğayril məğzubi aleyhim valəz-zallin. (Nemət verdiyin kəslərin yoluna, qəzəbə ducar olanların və azanların yoluna yox)
İXLAS_SURESI
Bismilləhir-Rahmənir-Rahim. (Rəhmli və mərhəmətli Allahın adı ilə)
Qul-huvallahu əhəd. (De ki, Allah təkdir)
Allahus-saməd. (Allah mohtac deyildir)
Ləm yəlid va ləm yuləd. (O, nə doğmuş, nə də doğulmuşdur)
Va ləm yəkul-ləhu kufuvən əhəd. (Onun hec bir tayı-bərabəri, bənzəri də yoxdur)
RUKU
Subhanallah. (3 dəfə). (Allah pak və təmizdir.) SECDE
Subhanallah. (3 dəfə). (Allah pak və təmizdir.) QUNUT
Allahummə salli alə Muhammədin və ali Muhamməd.(3 dəfə). (Allahım! Muhammədə və Onun pak Ailəsinə xeyir-dua gondər.) TESBIHATI-ERBEE
Subhanallahi vəl-həmdu lilləhi va lə ilahə illəllahu vallahu əkbər. (3 dəfə). (Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa ilahi yoxdur, Allah (vəsf edilən sifətlərdən) daha boyukdur). TESEHHUD
Əlhəmdu lilləh. (Allaha həmd olsun)
Əşhədu ənla ilahə illəllah, vəhdəhu lə şərikə ləh. (Şəhadət verirəm ki, Allahdan başqa ilahi yoxdur. O, təkdir və şəriksizdir)
Və əşhəu ənnə Muhəmmədən abduhu və rəsuluh. (Şəhadət verirəm ki, Məhəmməd Onun qulu və rəsuludur)
Allahummə salli əla Muhəmmədin və ali Muhəmməd. (Allahım! Muhammədə və Onun pak Ailəsinə xeyir-dua gondər)
SALAMLAR
Əssəlamu aləykə əyyuhən-nəbiyyu və rəhmətullahi və bərəkatuh. (Allahın salamı, mərhəməti və bərəkəti olsun sənə, ey Peyğəmbər!) Əssəlamu aləynə və əla ibadillahis-salihin.
(Allahın salamı olsun bizə və Allahın saleh bəndələrinə!) Əssəlamu aləykum və rəhmətullahi və bərəkatuh. (Allahın salamı, mərhəməti və bərəkəti uzərinizdə olsun)

"Namazin Sözləri Və Tərcüməsi" - 612249490740

Մեկնաբանություններ