19 апр 2014

[19.

04.2014]
Dieqo Simeone: "Artıq xal itirə bilmərik"
"Atletiko" (Madrid) klubunun baş məşqçisi Dieqo Simeone "Elçe" ilə görüşdən sonra fikirlərini bölüşüb.
Qol.Az-ın məlumatına görə, "AS" qəzetinə danışan argentinalı mütəxəssis bundan sonra xal itirmək şanslarının olmadığını bildirib:
"Elçe" ilə görüşdə xarakter nümayiş etdirdik. Futbolçularım meydanda çox iş gördülər. Bundan sonra xal itirə bilmərik. Artıq Çempionlar Liqasının yarımfinal mərhələsində qarşılaşacağımız "Çelsi" ilə oyuna hazırlaşmalıyıq".
Qeyd edək ki, "Elçe"yə 2:0 hesabı ilə qalib gələn "Atletiko" liderliyini davam etdirir.

Комментарии

Комментариев нет.