27 мар 2021

XIX əsrin II yarısında Abşeronda üç mayak Abşeron, Şüvəlan və Nardaran mayakları tikilir.

Nardaran qəsəbəsində yüksək qayalıq ərazidə inşa olunmuş nardaran mayakı ilk baxışdan yaşayış binasına bənzəyir və mayaklara xas olmayan quruluşu ilə digərlərindən fərqlənir.
Mayaklara xas olmayan bu quruluş sanki bu mayak haqqında olan əhvalatların doğruluğu barədə xəbər verir.
Əhvalata görə bir fransız mesenatı ölüm ayağında olan və son günlərini Xəzər dənizi sahilində keçirmək istəyən qızı üçün burada uca bir ev tikdirir.Burada bir müddət qalan qız dənizin havasından şəfa tapır.
Deyilənə görə hazırki mayakın binası vaxtı ilə mesenatın qızı üçün inşa etdiyi həmin binadır.
Digər əhvalat isə belədir
Fransa hökmdarının qızı ağır xəstələndiyindən. onu gəmi ilə səyahətə çıxarırlar. Sonunda xəzərin Nardaran sahilinə yan alırlar. Burada bir quyudan su içəndən sonra qız özündə gümrahlıq hiss edir. Bir ay ərzində o, sağalır və atasına xəbər göndərirki, artıq xəstə deyil. Atası gələn zaman ondan burada bir sanatoriya tikdirməyi xahiş edir.Və qızının istəyini yerinə yetirən hökmdar sanatoriya yəni hazırkı mayakın binasını tikdirib.
Binanın daxilində, mayakın fənərinin quraşdırıldığı hissədəki lövhədə fənərin
1882-ci ildə parisdə "Barbier& Fenestre" şirkəti tərəfindən istehsal olunması qeyd olunub.
Fənər iki il sonra yəni
1884-cü ildə Bakıya gətirilmiş və bu binada quraşdırılmışdır
Əvvəllər konkret istiqamətə,
1983-cü ildə aparılmış yenidənqurma işlərindən sonra isə dənizə dairəvi şəkildə işıq salmağa başlayıb.
Bu mayakı bəzən Amburan mayakı da adlandırırlar.Bəzən isə bu mayakın səhvən Mərdəkanda olduğunu deyirlər.
Müasir dövrdə naviqasiya sistemlərinin
inkişafı ilə əlaqədar mayaklara ehtiyac azaldığından bu qurğular daha çox dekorativ funksiya daşımağa başlayıb.
Günümüzdə mayaklar artıq tarixi abidə kimi ziyarətçilərin diqqətini çəkir.
#baku
#bakı
#baki
#bakikendi
#bakıkəndləri
#bakikendleri
#abseron
#32kend
#nardaran
#mayak
Bakikendleri.com

Комментарии

Комментариев нет.