10 окт 2021

Əlilliyini ala bilməyən 2-ci Qarabağ qazisi fəryad edir

Çox xahiş edirik Maksimum dərəcədə paylaşın

1633604876076.mp4

Övladının Əlillik dərəcəsinin imtina edilməsindən şikayət edən Qazi atası.
http://xeberinvar.com/az/2-ci-qarabag-qazisi-fəryad-edir
Xeberinvar.com-xəbər verir ki,Gəncə şəhər A.İmanquliyeva küç,Ev.3a Yat.Mən.134 ünvanında yaşayan İsmayılov Şahlar Firuddin oğlu Qazi övladının Pensiyasının təyinatına imtina gəlməsinə şikayət edərək Bildirdi ki, 1 (Bir) ilə yaxındır ki, övladının 83 B 3-cü qırafasına əsasən Hərbi Xidmətə Sülh dövründə yararsız, Müharibə dövründə məhdud yararlı kimi təxris olmasına baxmayaraq,Əlilliyini almaqda çətinlik çəkir.
Qeyd edək ki, Qazi Atası Əlaqə ünvanları qoyaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub formasında müraciət edib.

Əlaqə Ünvanları: (055)-402-11-21 Atası

(055)-980-00-87 Qazi

Müraciət Belədir:

Hörmətli Sosial Müdafiəsi Nazirliyi və Sosial Müdafiəsi Nazirliyi yanında adiyyatı qurumlar.

Mən İsmayılov Şahlar Firuddin oğlu "N" saylı hərbi xidmətdə MAXE Əsgər kimi xidmət edən,2-ci Qarabağ müharibəsinin qazisi İsmayılov Tural Şahlar oğlunun atasıyam.Oğlum Vətən müharibəsi uğrunda gedən döyüşlərdə Fizuli, Qubadlı, Cəbrayıl və Laçın rayonları istiqamətində 2 dəfə raket partlayışı nəticəsində ağır yaralanaraq qazi olmuşdur.Hal-hazırda.Mən ürək xəstəsi işləmirəm,xadimə işləyən anasının hesabına və oğlumun aldığı aylıq əmək haqqı ilə dolanırdıq.Oğlumun əyaq sümüyü parçalanmış ağciyarında qəlpə daxil olmuş Partlayış travması almışdır.Bədənində qəlpə gəzdirən övladıma, anasının köməyi olmadan evə gələ və qalxa bilmir.Bizim şikaətimiz bundan ibarətdir ki,hal-hazırda övladımın pensiya təyinatına sənəd Verilməsinə baxmayaraq pensiya təyinatından imtina gəlir və əyani baxış keçirilməsinə baxmayaraq təkrar imtina gəlir.Mən kimə şikayət edim kimə deyim dərdimi? sağlam halda həyat sürən övladım yarım canla evə gəlir və hələ də övladım İsmayılov Tural Şahlar oğlu pensiya təyin olmaqdan imtina edilir.Çox xahiş edirəm adiyyatı qurumlar tərəfindən müvafiq qaydada baxılsın və müvafiq qərar qəbul olunaraq,pensiyasına təyinat verilib bir dərəcə ilə sağlamlığa məhdud olması məlum olsun Qazi övladımın haqqı verilsin.

Комментарии

  • 10 окт 2021 14:57
    BU QEYRƏTSİZLİKDİR.
  • 10 окт 2021 17:27
    Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsindən üzərilərinə xatirə olaraq qəlpə və yarım can gətir sonda aqibətin belə olsun paylaşıb dəstək olmaq Bir Vətəndaş kimi borcumuzdur.
  • 10 окт 2021 20:37
    Qaqaşım Allah sənə və digər qazilərimizə şəfa versin
  • 10 окт 2021 20:43
    Güllənin qabağına gedən oğlanlara budur qoyduğunuz hörmət? Bəsdirində yediz haçana qədər yeyəcəksiz kasıbın pulunu? Ayıbdır Vallah
  • 10 окт 2021 21:34
    Bu nə haqsızlıqdır? Bu insan öz canını bu vətənin, bu dövlət üçün güllə qabağına qoyub niyə onu bu cür incidir və əzab verirsiniz? Yəqin Ali baş komandanın bu haqsızlıqdan xəbəri yoxdur! Allah özü kömək olsun bütün Qazilərimizə.