Başına gələn bir bəlaya görə özünə ölüm arzulamaq.
Kateqoriya: Əqidə / Qəza və qədərə iman | Müəllif: Muhamməd ibn Saleh əl-Üseymin Sual: Həyatımda o qədər çətinliklərlə üzləşmişəm ki, məndə həyata qarşı nifrət oyanıb. Hər dəfə Allaha üz tutmuşam, Ona yalvarmışam ki, məni dərhal öldürsün. Hələ indiyə qədər (ölümü arzulamaq) mənim arzumdur. Çünki problemlərin həllinə ölümdən başqa çarə görmürəm. Bu cəzadan məni yalnız ölüm xilas edə bilər. Bu cür davranış qadağandırmı? Cavab: İnsan başına gələn bir bəladan dolayı özünə ölüm arzulayırsa, o insan Peyğəmbərin sallallahu aleyhi və səlləm buyurduğu kimi etsin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: “Başına gələn bir bəlaya görə sizdən heç kəs özünə ölüm arzulamasın. Belə bir şeyi arzulayırsa, o zaman belə söyləsin: “Ey Allahım! Həyatım mənim üçün xeyirlidirsə mənə həyat ver. Ölümüm mənim üçün xeyirlidirsə mənim canımı al”.[1] Ona görə də düçar olduğu müəyyən bəla, zərər, çətinlik və yaxud əziyyətə görə ölüm istəmək qadağandır. Əslində o səbirli olmalı və məruz qaldığı şeylərə görə Allahdan mükafat ümid etməlidir. O, həmçinin gəlməkdə olan asanlığı gözləməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Bil ki, qələbə səbirlə, kömək (asanlıq) sıxıntıdan sonra, rahatlıq isə çətinlikdən sonra gəlir”.[2] Başına fəlakət gələn bir insan bilməlidir ki, o bəla və fəlakətlər onun etdiyi günahların bəzilərini yuyub aparır (kəffarədir). Hər hansı bir sıxıntı, hüzn və yaxud ağrıya düçar olan elə bir mömin yoxdur ki, Allah bunların səbəbi ilə onun günahlarını silməsin. Hətta tikan batması belə onun günahlarını silir. İnsan səbir etdikdə və Allahdan mükafat ümid etdikdə səbirlilər məqamına çatır. Bu dərəcə çox uca bir məqamdır. Allah-Təala səbir edənlər haqqında buyurur: 155-“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver! 156 – O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər”.[3] Sözügedən qadın düşünür ki, onun problemlərinin həlli üçün yeganə çarə ölümdür. Mən düşünürəm ki, bu yanlış bir fikirdir. Ölüm heç bir problemi həll etmir. Əslində müsibət daha da ağırlaşa bilər. Nə qədər insanlar var ki, ağrı və problemlərə düçar olduqları halda ölmüşlər. Lakin onlar yalnız özlərinə zülm etmişdirlər və günahlarından əl çəkməmiş, Allaha tövbə etməmişdirlər. Elə isə onun ölümü sadəcə cəzasının tezləşməsi ilə nəticələnir. Əgər o insan sağ qalsaydı, ola bilsin ki Allah-Təala onu tövbə etməyə, bağışlanma istəməyə, səbirli olmağa, problemlərə sinə gərməyə və rahatçılığı ümid etməyə hidayət etmiş olardı. Bütün bunlar onun üçün xeyir olacaqdı. Ona görə də, ey sual verən kəs, siz səbirli olmalısınız və Allahdan asanlıq, rahatlıq gözləmələsiniz. Allah-Təala Öz Kitabında buyurur: “5-Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!) 6 – Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)”.[4] Peyğəmbər sallallahu aleyhi və səlləm səhih rəvayətdə buyurur: “Bil ki, qələbə səbirlə, kömək (asanlıq) sıxıntıdan sonra, rahatlıq isə çətinlikdən sonra gəlir”. Qadınlara dair İslami fətvalar-Darussalam səh.48-50 [1] İmam Buxari və İmam Müslim rəvayət etmişdir. [2] (Şeyx Albani hədisi səhih deyə təsnif etmişdir. Bax: Şeyx əl-Albani Sahih əl-Cami əl-Sağir, cild 2, səh.1151. [3] əl-Bəqərə,155-156) [4] əl-Şərh,5-6.
Allahı Razı Salacaq Əməllər
:☝ Allah is the greatest ☝
Başına gələn bir bəlaya görə özünə ölüm arzulamaq.
Kateqoriya: Əqidə / Qəza və qədərə iman | Müəllif: Muhamməd ibn Saleh əl-Üseymin
Sual: Həyatımda o qədər çətinliklərlə üzləşmişəm ki, məndə həyata qarşı nifrət oyanıb. Hər dəfə Allaha üz tutmuşam, Ona yalvarmışam ki, məni dərhal öldürsün. Hələ indiyə qədər (ölümü arzulamaq) mənim arzumdur. Çünki problemlərin həllinə ölümdən başqa çarə görmürəm. Bu cəzadan məni yalnız ölüm xilas edə bilər. Bu cür davranış qadağandırmı?
Cavab: İnsan başına gələn bir bəladan dolayı özünə ölüm arzulayırsa, o insan Peyğəmbərin sallallahu aleyhi və səlləm buyurduğu kimi etsin. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: “Başına gələn bir bəlaya görə sizdən heç kəs özünə ölüm arzulamasın. Belə bir şeyi arzulayırsa, o zaman belə söyləsin: “Ey Allahım! Həyatım mənim üçün xeyirlidirsə mənə həyat ver. Ölümüm mənim üçün xeyirlidirsə mənim canımı al”.[1]
Ona görə də düçar olduğu müəyyən bəla, zərər, çətinlik və yaxud əziyyətə görə ölüm istəmək qadağandır. Əslində o səbirli olmalı və məruz qaldığı şeylərə görə Allahdan mükafat ümid etməlidir. O, həmçinin gəlməkdə olan asanlığı gözləməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur: “Bil ki, qələbə səbirlə, kömək (asanlıq) sıxıntıdan sonra, rahatlıq isə çətinlikdən sonra gəlir”.[2]
Başına fəlakət gələn bir insan bilməlidir ki, o bəla və fəlakətlər onun etdiyi günahların bəzilərini yuyub aparır (kəffarədir). Hər hansı bir sıxıntı, hüzn və yaxud ağrıya düçar olan elə bir mömin yoxdur ki, Allah bunların səbəbi ilə onun günahlarını silməsin. Hətta tikan batması belə onun günahlarını silir. İnsan səbir etdikdə və Allahdan mükafat ümid etdikdə səbirlilər məqamına çatır. Bu dərəcə çox uca bir məqamdır. Allah-Təala səbir edənlər haqqında buyurur:
155-“Əlbəttə, Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal, can (övlad) və məhsul qıtlığı ilə imtahan edərik. (Ya Rəsulum! Belə imtahanlara) səbr edən şəxslərə müjdə ver!
156 – O kəslər ki, başlarına bir müsibət gəldiyi zaman: “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyirlər”.[3]
Sözügedən qadın düşünür ki, onun problemlərinin həlli üçün yeganə çarə ölümdür. Mən düşünürəm ki, bu yanlış bir fikirdir. Ölüm heç bir problemi həll etmir. Əslində müsibət daha da ağırlaşa bilər. Nə qədər insanlar var ki, ağrı və problemlərə düçar olduqları halda ölmüşlər. Lakin onlar yalnız özlərinə zülm etmişdirlər və günahlarından əl çəkməmiş, Allaha tövbə etməmişdirlər. Elə isə onun ölümü sadəcə cəzasının tezləşməsi ilə nəticələnir. Əgər o insan sağ qalsaydı, ola bilsin ki Allah-Təala onu tövbə etməyə, bağışlanma istəməyə, səbirli olmağa, problemlərə sinə gərməyə və rahatçılığı ümid etməyə hidayət etmiş olardı. Bütün bunlar onun üçün xeyir olacaqdı.
Ona görə də, ey sual verən kəs, siz səbirli olmalısınız və Allahdan asanlıq, rahatlıq gözləmələsiniz.
Allah-Təala Öz Kitabında buyurur: “5-Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! (Asanlıq yalnız çətinliklə hasil olar!)
6 – Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr! (Buna görə də çətinliklərə səbirlə dözmək lazımdır!)”.[4]
Peyğəmbər sallallahu aleyhi və səlləm səhih rəvayətdə buyurur: “Bil ki, qələbə səbirlə, kömək (asanlıq) sıxıntıdan sonra, rahatlıq isə çətinlikdən sonra gəlir”.
Qadınlara dair İslami fətvalar-Darussalam səh.48-50
[1] İmam Buxari və İmam Müslim rəvayət etmişdir.
[2] (Şeyx Albani hədisi səhih deyə təsnif etmişdir. Bax: Şeyx əl-Albani Sahih əl-Cami əl-Sağir, cild 2, səh.1151.
[3] əl-Bəqərə,155-156)
[4] əl-Şərh,5-6.