26 авг 2015

Bəzən elə olur ki,

nə ağlamaq istəyir,
nə gülmək istəyirəm...
Uzadıb ayağımı,
yana salıb əlimi,
yıxılıb bir kənarda,
eh,ölmək istəyirəm...
Ancaq düşünəndə ki,
yüz söz deyəcək hərə...
Bəs kim cavab verəcək,
o yalan deyənlərə?....
Deyəcəklər,bədbəxtin
kredit borcu vardı-
onu fikir apardı,
onu bu dərd apardı...
Deyəcəklər,sözünü
eşitmədi uşağı...
ona görə qalmışdı
yazıq başıaşağı...
Yüz söz deyəcək hərə,
min söz deyəcək hərə...
Bəs kim cavab verəcək,
o yalan deyənlərə?...
Yaşamaq da çətindi,
müşkülə dönüb hər iş...
Ancaq,qardaş,dünyada
elə ölmək özü də,
vallah,asan deyilmiş!

Bəzən elə olur ki, - 804635705779

Комментарии

Комментариев нет.