Yuxu dənizində batırım deyə. Yuxumsa kölgəni öz kölgəm kimi İzləyir,qısqanıb səni hər şeyə. Yuxum qaçaq düsüb məndən yan gəzir, Yuxum küçələrdə sərgərdan gəzir. Həsrətin asılıb kirpiklərimdən, Yuxumda gəlmir ki, heç olmasa mən Itirim, batırım səni yuxumda. Məndən vəfalıymış sənə yuxum da. Yuxum qaçaq düsüb yatammıram mən, Yuxum qorxub qaçıb fikirlərimdən... Gəzmək istəyirəm... sənsizliyimi Yollarda itirim, unudum tamam. Hara gedirəmsə, xatirən kimi Agır bir yük ilə qarşılaşıram. Səni itirmişəm, neyləyim ancaq Hər zaman, hər yerdə görünür yerin. Yox, dözə bilmirəm, dərd ondadır ki, Özündən ağırdır xatirələrin. Şirin xatirələr bir tikan kimi Yollara səpilib dəstəbədəstə. Xatirən tikandır, cızır qəlbimi, Yoxluğun duz səpir yaramın üstə Yaddaşım elə bir günəş ki, gün ki, Dünəni nur kimi görürəm aydın. Deyirəm,yaddaşım elə olsun ki, Mənə dünənimi xatırlatmasın!
ASQIM
:Vefa Nebiyeva
Yatmaq istəyirəm sənsizliyimi
Yuxu dənizində batırım deyə.
Yuxumsa kölgəni öz kölgəm kimi
İzləyir,qısqanıb səni hər şeyə.
Yuxum qaçaq düsüb məndən yan gəzir,
Yuxum küçələrdə sərgərdan gəzir.
Həsrətin asılıb kirpiklərimdən,
Yuxumda gəlmir ki, heç olmasa mən
Itirim, batırım səni yuxumda.
Məndən vəfalıymış sənə yuxum da.
Yuxum qaçaq düsüb yatammıram mən,
Yuxum qorxub qaçıb fikirlərimdən...
Gəzmək istəyirəm...
sənsizliyimi
Yollarda itirim, unudum tamam.
Hara gedirəmsə, xatirən kimi
Agır bir yük ilə qarşılaşıram.
Səni itirmişəm,
neyləyim ancaq
Hər zaman, hər yerdə görünür yerin.
Yox, dözə bilmirəm, dərd ondadır ki,
Özündən ağırdır xatirələrin.
Şirin xatirələr bir tikan kimi
Yollara səpilib dəstəbədəstə.
Xatirən tikandır, cızır qəlbimi,
Yoxluğun duz səpir yaramın üstə
Yaddaşım elə bir günəş ki, gün ki,
Dünəni nur kimi görürəm aydın.
Deyirəm,yaddaşım elə olsun ki,
Mənə dünənimi xatırlatmasın!