9 фев 2016

Rəssam,sevgilimin rəsmini gəl çək

Sevgilim gözəldir,sən də gözəl çək
Nazına çatanda fırçadan əl çək
Qoy onun nazını mən özüm çəkim
Çək onun qaradan qara telini
Çək,rəssam,çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim
Çək tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını sağı-solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim

Rəssam,sevgilimin rəsmini gəl çək - 815787226291

Комментарии

Комментариев нет.