Gedəndə dedin ki, gəlməyəcəksən,

Məndən yaxşısıyla çıxıb gedirsən.
Yıxılıb,duranda yeriş dəyişir,
Gedəndə sən məni yıxıb getmisən...
Söz qəlbin səsidir,xəyanət edib,
Verdiyim sözümdən dpnən deyiləm.
Sən mənə elə bir od vurubsan ki,
Saxta gülüşünlə sönən deyiləm....
Yaxşının yanına yag balla gedib,
Yamanın yanına yavan gəlmisən.
Vurdugun yaralar çətin sagala,
Tükənib dərmanın,davan gəlmisən.....
Yerişin yolların gözün ovardı,
Yerişin yollardan utanır indi.
Sən həyat yolunda çaşıb durubsan.
Yol duranın deyil,yol gedənindi......
İndi qayıtmısan sel həvəsiylə,
düşünmə sən məni aparacaqsan.
Mən yaxşı bilirdim gunahlarını
Yumaqçün geriyə qayıdacaqsan....
Dayança qarşımda yalvarıram get,
Belə dayanmagın dogmalaşdırlr.
Səni illər ilə ayıran həyat
İndi saniyəylə yaxınlaşdırır..
Eşqimə zərrəcə varsa hörmətin,
Xoş keçən günlərin xatirinə get,
Sevinclə başlayıb, kədərlə bitən,
Nakam sevgilərin xatirinə ,get....
Axı istəmirəm mərhəmət alıb
Sevgiyə ömürlük həsrət qalasan.
Mən səni o zaman bagışlaram ki.
Sən özü özünü bagışlayasan......T
#səbinə

Gedəndə dedin ki, gəlməyəcəksən, - 928148082728

Комментарии