Övladlarımız üçün Dua edək!

Əməli saleh və xeyirli övlad yetişdirmək çətindir amma həm dünya, həm axirət səadətinə vəsilə olacaq bir vəzifədir. Saleh övladın yetişməsindəki addımların ilki isə onlar üçün dua etməkdir.
Araşdırmalar, hər keçən gün narkotik və spirt istifadə edənlərin yaşının aşağı düşdüyünü, gənclərin ana-atalarına qarşı şiddətlərinin artdığını göstərir. Mütəxəssislər maraq, sevgi kimi müxtəlif həll yolları təqdim etsə də "Uşaqlarımızın axırı necə olacaq?" cümləsini hər gün bir az daha çox istifadə edər hala gəlirik. Valideyn kimi bir çoxumuz bu barədə kiçik bir detalı unuduruq: uşağımıza dua etmək... Amma necə?!
Hədisi şərifdə, "Üç dua vardır ki, heç bir şübhə yoxdur ki qəbul edilir: Məzlumun duası, qonağın duası və ana-atanın uşaqlarına duası." deyə buyurulur. Bir az düşündüyümüzdə canımızı verəcək qədər çox sevdiyimiz övladlarımız üçün dua etmək ağılımıza az qala çox az gəlir.
Dua etdiyimiz zamanlarda da təəssüf ki, onlar adına dünyəvi istəklərdən ötrü dua edirik. Universiteti qazanmaları, yaxşı bir iş sahibi olmaları, sonra da yaxşı bir həyat yoldaşı tapıb, evlənmələri, oğul-uşaqğa qarışmaları az qala bütün niyazımızdır.
Əslinə baxsaq bu və bənzəri diləklərimiz, övladımız daha ana bətnində olandan başlayır. Bir çoxumuz uşağımızın qız yaxud oğlan, sarışın, mavi gözlü olması üçün Allaha dəfələrlə əl açırıq. Hətta bəzi ana namizədləri saatlarla körpə fotoşəkillərinə baxır. Belə etsə eynilə o fotoşəkildəki kimi bir uşağının olacağını düşünür. Halbuki peyğəmbərlərin və böyük şəxsiyyətlərin həyatlarına baxdığımızda ana-atalarının, daha övladları doğulmadan xeyirli və saleh, yəni Qurani-Kərimin nümunə göstərdiyi qullardan olmaları üçün dua etdiyini görürük. Məsələn Hz. Zəkəriyyə (ə.s) Cənabı Haqqa, "Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et. Həqiqətən, Sən duaları eşidənsən." (Al-i İmran, 3) deyə dua edincə nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olan Hz. Yahya (ə.s) dünyaya gəlir.
"Mən babam İbrahimin duasıyam!"
Valideynlərin etdiyi dualar, nəsillər üzərində də təsirini göstərir. Hz. İbrahim (ə.s), oğlu Hz. İsmail (ə.s) Kəbəi Muazzamanı inşa edərkən Allaha belə yalvarır: "Ey Rəbbimiz! Bizi Sənə boyun əyən qıl! Nəsilimizdən Sənə itaət edən bir ümmət çıxar. Bizə ibadət qaydalarımızı göstər və tövbələrimizi qəbul et, çünki tövbələri qəbul edən, çox mərhəmətli olan, ancaq Sənsən! " (Bəqərə, 2). Bu duanın qəbulu olaraq da nəsillərindən Peyğəmbərimiz Hz. Məhəmməd (sallallahu əleyhi və səlləm) gəlir. Rəsulullah da "Mən babam İbrahimin duasıyam." buyurur.
Uşaq dünyaya gəldikdən sonra da onun gələcəyi üçün sığınılacaq tək qapı Allah Təaladır. Övladımızın irəlidə şeytanın tələlərinə düşüb həm dünyasını, həm də axirətini pərişan etməsindən qorxuruq. məhz bu qorxunu Hz. Məryəmin anası da ta iliklərinə qədər hiss edir və dünyaya gözlərini yeni açmış balası üçün belə dua edir: "Rəbbim!.. Ona Məryəm adını verdim. Qovulmuş şeytana qarşı onu və onun nəslini Sənin qorumağını diləyirəm."
Yatmazdan əvvəl başı üstündə uşağımıza dua oxuya bilərik...
Uşaqlara xeyr-duada, Məhəmməd (s.ə.v) bir əxlaqdır. Çünki Peyğəmbərimiz, həm öz övladları və nəvələrinə, həm də ümmətinin övladlarına dua edərdi. "Sizi hər cür şeytandan, zəhərli heyvanlardan, bütün kəm gözlərdən Allahın əksiksiz sözlərinə ısmarladım." duası bunlardan biri misaldır...
Bizlər də ana-ata olaraq namaz sonraları və yatarkən əllərimizi açıb övladlarımız üçün dua-niyaz edə bilərik. Yatmazdan əvvəl onların başı üstündə edəcəyimiz dualar ya da oxuyacağımız surə və ayələrlə (Fatihə, Ayetəl Kürsi, Amenerresulü, İxlas, Fələq və Nas surələri kimi) həm özümüzün, həm də onların hər cür pislikdən qorunmasını dua edə bilərik.
Xeyirli övlad, ən böyük nemətlərdən biridir. Onlar sayəsində biz öldükdən sonra da əməl dəftərimiz bağlanmayacaq, inşAllah savab qazanacağıq. Çünki hədisi-şərifdə "Adəm oğlu öldüyü zaman, bütün əməllərinin savabı da sona çatar. Bu üç şey bundan müstəsnadır: Sədəqei cariyə, istifadə edilən elm, özünə dua edən xeyirli övlad." deyə buyurulur.
Təbii övladlarımızı saleh bir insan olaraq yetişdirmək üçün yalnız dua etməmiz yetməz. Bunun üçün halal loxma yeməyə, mənəvi həyatda sabitlik təmin etməyə və hər cür haramdan uzaq dayanmağa diqqət göstərməliyik...
Övladlarımız üçün edə biləcəyimiz dualar
"Rəbbi! Hebli mines-salehin."
Ey Rəbbim! Mənə salehlərdən olan (bir övlad) bəxş et!
"Rabbicalnı mükimes-Salat və min zürriyyeti Rəbbəna və tekabbel Du'a."
Ey Rəbbim! Məni də, nəslimdən olanları namazını doğru qılan et! Ey Rəbbimiz! Duamı qəbul et!
"Rəbbi hebli milledünke zürriyyeten tayyibeten innəkə semi'uddü'ai."
Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir soy ehsan et, şübhəsiz Sən duanı eşidənsən!
"Vəlləzinə yekülüne rabbəna heb ləna min ezvaciea və zurriyyatina kurrete a'yunin vec'alna lil muttəkinə imama (imamen)."
Və onlar ki: 'Ey Rəbbimiz, lütfünlə bizlərə zövcələrimizdən, övladlarımızdan göz aydınlıqlar lütf elə və bizi müttəqilərə imam et!" deyərlər.
"İz kaleti-mraetu 'imrane rəbbi inni nezertu ləkə ma fi batni muharraran fetekabbel Minni (s) innəkə əntə-ssemi'u-l'alim"
Hecə ki, İmranın arvadı, "Rəbbim! Bətnimdəkini Sənə xidmət etmək üçün nəzir edirəm. Məndən qəbul et. Həqiqətən, Sən eşidənsən, Bilənsən!." demişdi....

Övladlarımız üçün Dua edək! - 770576051350

Комментарии