“20 Yanvar şəhidi” Ülvi Bünyadzadənin şeirlərini təqdim edirik. QOCALMAZ, SEVGİ QOCALMAZ Sevgi dolu, kədər dolu, Aylar, illər ötür keçir. Özümüz də heç bilmədən, Ömrümüzdən ömür keçir. Cavanlaşır balacalar, Qocalansa cavanlardı. Bu dünyada qocalmayan, Eşq yolunda yananlardı. Qocalmaz, sevgi qocalmaz, Ürək, ümid qocalmasa. Qocalmaz, sevgi qocalmaz, Onu qocaldan olmasa. **** HEYİF Kİ... Ürəyim sevməyir, sevməyir səni, Günahı gözümdə görürəm yalnız. Hər dəfə qarşıma çıxanda, məni İzinsiz özümdən alırsan, ay qız. Ürəyim deməyir gözüm deyəni, Baxma ki, eşqini gözündən alıb. Bəlkə də sevərdim, ay gözəl, səni, Heyf ki, ürəyim erkən ovlanıb. *** Mən düşdüyüm oda bir gün, Sən də düşüb yanasan. Dönüb bir ağ göyərçinə, Çiynim üstə qonasısan. Gənclik idi mənim lə'lim, İndi gümüş olub telim. Sən heç kəsin deyil, gülüm, Öz əlimin xınasısan. Dedim: "Sonam, getmə dayan", Dedim: "Bəxtim, yatma oyan". Dedim: "Köçsəm bu dünyadan", Köks ötürüb anasısan. Qayıdıbdı sevda dəmim, Ürək həmin, arzu həmin, Sən heç kimin, heçcə kimin, Tək Ülvinin sonasısan. **** OLAYDIM KAŞ... Qönçə idin pardaxlandın, Elə qönçə qalaydın kaş. Dönüb bir ağ göyərçinə, Çiynim üstə qonayd ın kaş. Günəş oldun yolum üstə, Ay günüzlü, boyu bəstə. Sən də olub mən həvəsdə Sorağımı alaydın kaş. Gül verərdim gülərdin sən, Niyə üzün döndü birdən. Səni canım bilirdim mən, Mən də sənin olaydım kaş. **** MƏN GÖRÜŞƏ TƏLƏSƏNDƏ Bir adətmi, yoxsa nədir? Ay buludda düşür bəndə. Göylər baxır, qəh-qəh çəkir, Mən görüşə tələsəndə. Qəlb döyünür, qol usanır, Bir tutqunluq görcək səndə. Elə bil ki, yol uzanır, Mən görüşə tələsəndə. Sığal çəkib qara telə, Gəl dayanma, məndən gendə. Pıçıldaşır sular belə, Mən görüşə tələsəndə. Nəfəsinlə isinirəm, Dan yerindən bad əsəndə. Bir dünyayam, bir aləməm, Mən görüşə tələsəndə. **** BU QIZ GÖRƏN HARA GEDİR? Nəğmə Baxışları sirli nağıl Gözlərindən alov yağır. Tez-tez sola-sağa baxır, Bu qız görən hara gedir? Dabanları asfalt dəlir, Birdən durur, birdən gülür. Bu qız görən hardan gəlir? Bu qız görən hara gedir? Elə bil ki, dağ çayıdı, Çay nədir ki, selə taydı. Kaş xatası çıxmayaydı, Bu qız görən hara gedir? MƏNİ TƏNTİTMƏYİN Məni təntitməyin yemək yeyəndə; Ay anam, ay bacım, bir dözün axı, bir axşamçağı bir parça uşağı Niyə təntidirsiz, axı bu qədər? Guya bir qismət artıq yemək Məni yekəldib pəhləvan edər? Bilirəm məni çox istəməkdən danlayırsız yer-yerdən: «Tez ol, pendir götür, Lavaşdan kəs. Xörək də soyudu, Ay bala, Meyvə kasada qaldı, bəs». Siz allah, qoyun udum ağzımdakı tikəni, - Sonra yığın başıma bütün bu ölkəni. Məni təntitməyin yemək yeyəndə, Onsuz da qabaqda çox təntiyib Ora-bura vurnuxacağam. Siz deyəntək yeyənlərə Gendən durub heyran-heyran baxacağam. hələ bunlar harasıdı… Torpaq yeyən, dağ-daş yeyən əcdahalar var deyirlər. Deyirlər ki, adamların ürəyini yeyirlər. Arzusunu, diləyini yeyirlər, Şirin-şirin danışdırıb qılıqlayıb əvvəl-əvvəl şam aşını yeyirlər. Doymayanda ev-eşiyi, üz-başını yeyirlər. Məni təntitməyin yemək yeyəndə; Qoyun fikirləşim Nə olacam bu yeməklə. Yox, əl çəkin, Yeməyəcəm hər deməklə. Özüm bilən kimi çörəyimi yeyəcəm, Sonda göyə üz tutub Allah, sənə çox şükür, min-min şükür deyəcəyəm.
HƏDƏF TURAN
20 Yanvar şəhidinin şeirləri .
“20 Yanvar şəhidi” Ülvi Bünyadzadənin şeirlərini təqdim edirik.
QOCALMAZ, SEVGİ QOCALMAZ
Sevgi dolu, kədər dolu,
Aylar, illər ötür keçir.
Özümüz də heç bilmədən,
Ömrümüzdən ömür keçir.
Cavanlaşır balacalar,
Qocalansa cavanlardı.
Bu dünyada qocalmayan,
Eşq yolunda yananlardı.
Qocalmaz, sevgi qocalmaz,
Ürək, ümid qocalmasa.
Qocalmaz, sevgi qocalmaz,
Onu qocaldan olmasa.
****
HEYİF Kİ...
Ürəyim sevməyir, sevməyir səni,
Günahı gözümdə görürəm yalnız.
Hər dəfə qarşıma çıxanda, məni
İzinsiz özümdən alırsan, ay qız.
Ürəyim deməyir gözüm deyəni,
Baxma ki, eşqini gözündən alıb.
Bəlkə də sevərdim, ay gözəl, səni,
Heyf ki, ürəyim erkən ovlanıb.
***
Mən düşdüyüm oda bir gün,
Sən də düşüb yanasan.
Dönüb bir ağ göyərçinə,
Çiynim üstə qonasısan.
Gənclik idi mənim lə'lim,
İndi gümüş olub telim.
Sən heç kəsin deyil, gülüm,
Öz əlimin xınasısan.
Dedim: "Sonam, getmə dayan",
Dedim: "Bəxtim, yatma oyan".
Dedim: "Köçsəm bu dünyadan",
Köks ötürüb anasısan.
Qayıdıbdı sevda dəmim,
Ürək həmin, arzu həmin,
Sən heç kimin, heçcə kimin,
Tək Ülvinin sonasısan.
****
OLAYDIM KAŞ...
Qönçə idin pardaxlandın,
Elə qönçə qalaydın kaş.
Dönüb bir ağ göyərçinə,
Çiynim üstə qonayd ın kaş.
Günəş oldun yolum üstə,
Ay günüzlü, boyu bəstə.
Sən də olub mən həvəsdə
Sorağımı alaydın kaş.
Gül verərdim gülərdin sən,
Niyə üzün döndü birdən.
Səni canım bilirdim mən,
Mən də sənin olaydım kaş.
****
MƏN GÖRÜŞƏ TƏLƏSƏNDƏ
Bir adətmi, yoxsa nədir?
Ay buludda düşür bəndə.
Göylər baxır, qəh-qəh çəkir,
Mən görüşə tələsəndə.
Qəlb döyünür, qol usanır,
Bir tutqunluq görcək səndə.
Elə bil ki, yol uzanır,
Mən görüşə tələsəndə.
Sığal çəkib qara telə,
Gəl dayanma, məndən gendə.
Pıçıldaşır sular belə,
Mən görüşə tələsəndə.
Nəfəsinlə isinirəm,
Dan yerindən bad əsəndə.
Bir dünyayam, bir aləməm,
Mən görüşə tələsəndə.
****
BU QIZ GÖRƏN HARA GEDİR?
Nəğmə
Baxışları sirli nağıl
Gözlərindən alov yağır.
Tez-tez sola-sağa baxır,
Bu qız görən hara gedir?
Dabanları asfalt dəlir,
Birdən durur, birdən gülür.
Bu qız görən hardan gəlir?
Bu qız görən hara gedir?
Elə bil ki, dağ çayıdı,
Çay nədir ki, selə taydı.
Kaş xatası çıxmayaydı,
Bu qız görən hara gedir?
MƏNİ TƏNTİTMƏYİN
Məni təntitməyin yemək
yeyəndə; Ay anam,
ay bacım,
bir dözün axı,
bir axşamçağı
bir parça uşağı
Niyə təntidirsiz, axı
bu qədər? Guya
bir qismət
artıq yemək
Məni yekəldib pəhləvan edər?
Bilirəm məni çox istəməkdən
danlayırsız yer-yerdən:
«Tez ol, pendir götür,
Lavaşdan kəs.
Xörək də soyudu,
Ay bala,
Meyvə kasada qaldı, bəs».
Siz allah,
qoyun udum ağzımdakı tikəni,
- Sonra yığın başıma
bütün bu ölkəni.
Məni təntitməyin yemək
yeyəndə, Onsuz da
qabaqda çox təntiyib
Ora-bura vurnuxacağam.
Siz deyəntək yeyənlərə
Gendən durub heyran-heyran baxacağam.
hələ bunlar harasıdı…
Torpaq yeyən,
dağ-daş yeyən əcdahalar var deyirlər.
Deyirlər ki, adamların
ürəyini yeyirlər.
Arzusunu, diləyini yeyirlər,
Şirin-şirin danışdırıb qılıqlayıb
əvvəl-əvvəl
şam aşını yeyirlər.
Doymayanda ev-eşiyi,
üz-başını yeyirlər.
Məni təntitməyin yemək
yeyəndə; Qoyun fikirləşim
Nə olacam bu yeməklə.
Yox, əl çəkin,
Yeməyəcəm hər deməklə.
Özüm bilən kimi
çörəyimi yeyəcəm,
Sonda göyə üz tutub Allah,
sənə çox şükür,
min-min şükür deyəcəyəm.