Muzey ilk dəfə 1963-cü ildə Hişkədərə kənd sakini Tağıyev Rəhim Kərim oğlu tərəfindən yaradılmışdır. Hişkədərə kənd orta məktəbində 15 il ictimai əsaslarla fəaliyyət göstərmişdir. 1976-cı ildə muzey binası tikilmişdir, 1978-ci ildə espanatlar muzey binasına köçürülmüşdür və həmin ildən dövlət muzeyi kimi ( Masallı Tarix Diyarşünaslıq Muzeyi) fəaliyyət göstərir. 2005-ci ildən Muzey onun yaradicisi olan Rəhim Tağıyevin adını daşıyır. Muzeyin fondunda 7000-ə yaxın ekspanat var. Muzeyin ekspozisiyasında eramızdan əvvəl 4-cü minillikdən tutmuş müasir dövrə qədər olan eksponatlar nümayiş olunur.