Xeberinvar.com
30 дек 2022

Şəhid Daşdəmirov Rəvan Məzahir oğlu

Показать ещё

Daşdəmirov Rəvan Məzahir oğlu 6 mart 1994-cü ildə Gəncə şəhərində doğulmuşdur.

2000-ci ildə Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdur.
2011-2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə təhsil almışdır.
2015-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Nizami Rayon Şöbəsindən hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidməti borcunu yerinə yetirmişdir.
2020-ci ilin sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılmışdır.
27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən Müharibəsində iştirak etmişdir. Füzuli, Zəngilan və Qubadlı rayonlarının azad olunması uğrunda vuruşmuşdur.
27 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalmışdır.
29 oktyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Daşdəmirov Rəvan Məzahir oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Subay idi.

Комментарии

Комментариев нет.