“Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil.

Siz onlara vətəni tanıdın, özləri sevəcəklər.” Bu sözlərin müəllifi Azərbaycan elm və ictimai-siyasi xadimi, professor, AMEA-nın müxbir üzvü, Geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədova məxsusdur.
Böyük alimdən gətirdiyimiz sitatdan da görünür ki, o təkcə elmlə yox, ideologiya ilə də məşğul olurdu. .
Yaddaşlarda böyük alim kimi qalan Xudu Məmmədovu bir daha xatırlayaq.
Məmmədov Xudu Surxay oğlu 1927-ci ildə Qarabağda – Ağdamın Mərzili kəndində dünyaya göz açıb. Atası Surxay kişi tanınmış ziyalılarımızdan biri olub. Leninqrad Tikinti Akademiyasını bitirmişdi. Anası Yaxşı xanım evdar qadın idi. Ailədə üç övlad olublar : Xudu, Oqtay və Məhbub.
Mərzilidə 7 illik məktəbi bitirdikdən sonra yeniyetmə Xudu rayon mərkəzindəki orta məktəbdə təhsil alır.
1946-cı ildə O, Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olur. Ali təhsilini başa vuranduqdan sonra Azərbaycan EA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başlayır. Çox keçmir ki, O, dəqiq elmlər üzrə nəinki respublikamızda, keçmiş ittifaq məkanında ən istedadlı tədqiqatçı kimi tanınır. Kəşfləri, ixtiraları, samballı elmi məqalələri maraqla qarşılanır, müəllifinə şöhrət gətirir, nüfuz qazandırır.
Dünyanın elm nəhəngi ingilis Con Bernal 1953-cü ildə Moskvada keçirilən elmi konfransda öz “dahi tələbəsi” haqda guya söz tapa bilməyən rus akademikinin fikrinə belə qüvvət verib: “Bizdəki və sizdəki “pensioner” kristalloqrafların həll edə bilmədiklərini sizin 25 yaşlı “pioner” tələbəniz – cənab Xudu Məmmədov həll etmişdir!”
Beləliklə, Xudu Məmmədov 25 yaşında böyük alim titulu verdilər.
Böyük əl-Biruni, Şopenhayer, Kristli, Lomonosov, Fersman, Qubkin və digər qüdrətli dünya mineroloqlarının öhdəsindən gələ bilmədikləri ağır bir işin altına girərək kristalların iç quruluşlarının kəşfini gerçəkləşdirən də məhz Xudu Məmmədov oldu.
Xudu Məmmədovun kristalloqrafiyadakı böyük kəşfindən sonra Sovet İttifaqında süni almaz, yaqut, rubin, zümrüd, füruzə, yaşma, sürmə və digər qiymətli daşlar alınmasıyla ölkəyə milyardlarla gəlir gətirilmişdi. Buna görə də nəhəng alimə kimya üzrə Nobel mükafatına təqdimatı haqqında söz-söhbət gəzməyə başladı.

Комментарии

  • 14 окт 2019 13:14
    Allah Xudu müellime rehmet etsin .Bele insanlari unutmaq olmaz .Amm bele insanlarin qedrini sagliginda bilmek lazimdir