HƏLƏ DƏ SEVİRƏM MƏN SƏNİ, ZALIM!

( İqbal Nehmət )
.
Bəxtim dilənçi tək dayanıb tində,
Donmuşam bu soyuq sevda içində,
Gözlərim yolunda, adın dilimdə,
Hələ də sevirəm mən səni, zalım.
.
Payız qapınıza dayanıb sizin,
Nəğmələr oxuyur küləklər həzin,
Solubdu rəngləri pəncərəmizin,
Hələ də sevirəm mən səni, zalım.
.
Mən həmin torpağam, həmin vətənəm,
Bir qərib yolçuyam yoldan otənəm,
Gözündən yaş axsa bil ki o mənəm,
Hələ də sevirəm mən səni, zalım.
.
Məndən İqbalımı alıb getmisən,
Bir ömür arzu tək qalıb, getmisən,
Bütün ümidləri qırıb getmisən,
Hələ də sevirəm mən səni, zalım.
.
Neynirəm baharı sənsiz gəldisə,
Mən bildim, sən bildin, çoxu bildisə,
Baş aça bilmirəm özüm nə isə,
Hələ də sevirəm seni,zalim

HƏLƏ DƏ SEVİRƏM MƏN SƏNİ, ZALIM! - 851577950327

Комментарии

Комментариев нет.