31 окт 2015

Cox tesirli bir Dua.

Kumeyl Duasi!Azerbaycan dilinde tercumesi. Heqiqeten de Allah bize Dualarini gonderib ki,biz ondan nese isteye bilek,tovbe ede bilek.Doqru yola gele bilek. Wukurler olsun Rebbimize. Sebrle axira kimi oxusaz bu Duanin sozlerindeki menalari qelbinizin butun kin,qezebini yuyub aparacaq. Bağışlayan və rəhmli Allahın adı ilə! İlahi! Rəhminə görə Sənə üz tuturam. Axı, Sənin rəhmin hər şeyi əhatə edir. Gücünə görə Sənə üz tuturam. Axı, Sənin gücünün qarşısında hər şey sarsılmışdır, hər şey xar olmuşdur, hər şey zəlil olmuşdur. Əzəmətinə görə Sənə üz tuturam. Axı, əzəmətinlə hər şeyə qalib gəldin. Şöhrətinə görə Sənə üz tuturam. Axı, Sənin şöhrətin qarşısında heç bir şey dura bilməz. Böyüklüyünə görə Sənə üz tuturam. Axı, Sənin böyüklüyün hər yeri bürümüşdür. Hökmranlığına görə Sənə üz tuturam. Axı, Sənin hökmranlığın hər şeydən üstündür. Hər şey fani olduqdan sonra baqi olan surətinə üz tuturam. Hər şeyin əsasında olan adlarına üz tuturam. Mən Sənin nuruna üz tuturam. Axı, Sənin surətinin nuru hər şeyi işıqlandırdı. Ey Nur! Ey eybi olmayan müqəddəs! Ey ilkinlərin ilkini! Ey sonuncuların sonuncusu! İlahi! Bağışla günahlarımı. O günahlar ki, ada ləkə gətirir. İlahi! Bağışla günahlarımı! O günahlar bədbəxtlik, əzab-əziyyət gə¬ti¬ri¬r. İlahi! Bağışla günahlarımı. O günahlar nemətləri dəyişdirir. İlahi! Bağışla günahlarımı. O günahlar duanın qarşısını alır. İlahi! Bağışla günahlarımı. O günahlar bəla gətirir. İlahi! Bağışla etdiyim hər günahı, buraxdığım hər səhvi. İlahi! Səni yada salmaqla Sənə yaxınlaşıram, Səndən özümə şəfaət istəyirəm. Səxavətini diləyirəm ki, məni özünə tərəf gətirəsən, Sənə şükr etməyi mənə bəxş edəsən, Səni yada salmaq üçün məni ilhama gətirə¬sə¬n. İlahi! Sənə itaətkar, zəlil, qorxaq bəndə kimi yalvarıram ki, məni ba¬ğışlayıb mənə rəhm edəsən, mənim üçün ayırdığın qismətə məni razı və qane edəsən, hər yerdə məni təvazökar eləyəsən. İlahi! Ehtiyac içində olan, çətin vaxtlarında öz diləyilə Sənə pənah gətirən və Sənə böyük ümid bəsləyən bir şəxs kimi yalvarıram. İlahi! Hökmdarlığın əzəmətlidir, yerin ucadır, tədbirin gizlindir, fərmanın aşkar¬dır, gücün qalibdir, qüdrətin özünü göstərir, Sənin hökmündən qaçmaq mümkün deyil. İlahi! Səndən başqa günahlarımı bağışlayan, yaramaz iş¬lərimin üstünə pərdə çəkən bir kəs, pis əməlimi yaxşı hərəkətlə əvəz edən bir şey tapmıram. Səndən başqa ilahi yoxdur. Sitayiş yalnız Sənə məxsusdur. Mən özümü zəlil etdim, nadanlığım üzündən özümü cürətli sandım. Arxayın oldum ki, Sən məni əvvəldən yad edib xatırlamısan. Bu¬na görə mən xatircəm oldum. İlahi! Ey mənim Mövlam, neçə çirkin işlərin üstünü örtmüsən? Neçə ağır bəladan məni uzaqlaşdırmısan? Neçə büdrəmədən məni qoru¬mu¬san? Neçə xoşagəlməz əməldən məni uzaqlaşdırmısan? Layiq olma¬dı¬ğım neçə gözəl tərifləri mənim adıma yazmısan? İlahi! Bəlalarım böyükdür, pis cəhətlərim çoxdur, əməllərim nöq¬san¬lıdır, dəmir qandallar məni buxovladı, sonsuz arzularım məni yaxşı iş¬lər¬dən saxlayıb həbs etdi, dünya azdırıcı görünüşü ilə, nəfsim isə öz ci¬na¬yəti və xəyanətilə məni aldatdı. Ey mənim Ağam! Şərəfinə and içib Səndən xahiş edirəm ki, pis əmə¬lim və rəftarım duamın Sənə çatmasının qarşısını almasın, gizli sirlərimə bələd olduğun üçün məni rüsvay etməyəsən, xəlvətdə etdiyim pis hə¬rə¬kətimə və davranışıma, həddi aşmağım, cahilliyim, şəhvətimin çoxluğu və qəflətdə olmağım davam etdiyinə görə məni cəzalandırmağa tələs¬məyəsən. İlahi! Şöhrətinin xatirinə həmişə mənə qarşı rəhmli ol, bütün işlə¬rim¬də mənimlə mehriban ol. Ey Allahım, ey Rəbbim! Səndən başqa kimim var ki, ziyanlarımı ləğv etməyi və işimə göz qoymağı ondan istəyim? Ey Allahım, ey Mövlam! Sən mənim üçün hökm verdin, mən isə bu hökmlə nəfsimin əsiri olmaq yolunu tutdum, özümü düşmənimin vəsvə¬sə¬sindən qorumadım. O da məni istədiyi kimi aldatdı. Qəzavü qədər bu işdə ona kömək etdi. Və mənimlə baş verən hadisələrlə Sənin qoyduğun bir sıra sərhədləri aşdım, bir sıra işlərinə qarşı çıxdım. Bütün bu hallarda Sənə şükr etməliyəm. Sənin hökmünlə mənim başıma gələnlər üçün heç bir dəlilim yoxdur. Sənin hökmün və bəlaların mənim boynuma qoyulub. Ey Allahım! Təqsirim olduğu üçün və nəfsimə çox ziyan vurduğuma görə Sənin dərgahına gəlmişəm ki, peşiman, qəlbi qırılmış, günahlarının bağışlanmasını tələb edən, günahdan qayıdan, günahlarını boynuna alan, təsdiq və etiraf edən bir insan kimi Səndən üzr istəyəm. Törətdiyim işlərdən yaxa qurtarmağa nə bir pənahım var, nə sığınmağa bir yerim. Üzrümü qəbul etməkdən və məni geniş mərhəmətinin altına almağından başqa bir çıxış yolu yoxdur. İlahi! Üzrümü qəbul et! Düşdüyüm çətin vəziyyətə görə rəhm et! Məni günahlarımın dolaşıq düyünlərindən xilas et! Ey Rəbbim! Bədənimin zəifliyinə, dərimin incəliyinə, sümüyümün nazikliyinə görə mənə rəhmin gəlsin. Ey məni yaradan, məni unutmayıb tərbiyə edən, mənə yaxşılıq edib məni qidalandıran! Başlanğıcda olan mərhəmətin xatirinə, mənə etdiyin keçmiş yaxşılığın xatirinə bağışla məni! Ey mənim Allahım, ey mənim Ağam, ey mənim Rəbbim! Görəsən, Sənin cəhənnəm odunda əzab çəkməliyəmmi? Axı, Sənin birliyini qəbul etmişəm. Axı, Sənin mərifət nurun qəlbimi bu vəhdətlə tam bürüdükdən sonra dilimdə həmişə Sənin zikrin olmuşdur. Axı, könlüm sənə olan məhəbbətinə görə Sənin birliyinə inanmışdır. Axı günahlarımı etiraf edib Sənin böyüklüyünə acizanə dua edirəm. Bu, Sənin məqamından uzaqdır. Çünki Sən özünün tərbiyə etdiyin bir kəsi zay etməkdən, özünə yaxınlaşdırdığın bir şəxsi özündən uzaq¬laş¬dır¬maqdan, yaxud pənah gətirən bir nəfəri azdırmaqdan, yaxud özünün qoruduğun və rəhm etdiyin bir adamı bəlaya salmaqdan daha kəra¬mət¬li¬sən. Kaş, bunu biləydim. Ey mənim Ağam, Allahım, Mövlam! Sənin əzəmətinə səcdə edən su¬rətləri, sədaqətlə Sənin birliyindən danışan və Səni tərifləyib şükr edən dilləri, Sənin ilahiliyini həqiqətini tanıyan könülləri, Səni tərifləyib şükr edən dilləri, Səni elmlə dərk etmək istəyərək Səndən qorxan ürəkləri, günahlarını boynuna alıb Səndən bağışlanmalarını istəyən və Sənə iba¬dət olunan yerlərə can atan bədənin üzvlərini cəhənnəm odunda yan¬dı¬racaqsanmı? Sənin haqqında güman belə deyildir. Sənin fəzilətin ba¬rə¬də bizə belə xəbər çatmayıb. Ey kərəm sahibi, ey Rəbbim! Sən özün bilirsən ki, onların nəti¬cələ¬ri¬nə və onlardan doğan xoşagəlməyən şeylərə dözməkdə zəifəm. Düz¬dür, bu bəlalar və xoşagəlməyən şeylər çox çəkmir, az qalır və qısa müddətlidir. Bəs, mən axirətin bəlalarına və onun böyük əzablarına necə dözəcəyəm? Axı, onlar elə bəlalardır ki, müddəti uzundur, çox davam edir və get-gedə yüngülləşən deyil. Çünki bu, yalnız Sənin qəzəbindən, intiqamından və acığından gəlir. Bu, elə bir əzabdır ki, ona nə göylər, nə də yer dözər. Ey mənim Ağam! Bəs, mən nə edim? Axı, mən Sənin zəif, zəlil, hə¬qir, yazıq və müti bir bəndənəm. Ey mənim Allahım, Rəbbim, Ağam, Mövlam! Giriftar olduğum hansı işlərdən Sənə şikayət edim? Hansı bəlanın əzabı və şiddətindən, ya hansı bəlanın uzun çəkməyindən və müddətindən şivən qoparıb ağla¬yım? Məni düşmənlərimin əzabına giriftar etsən, məni bəla əhlinə qat¬san, məni dostlarından və övliyalarından ayırsan, necə olar? Ey mənim Allahım, Ağam, Mövlam, Rəbbim! Tutaq ki, əzablarına döz¬düm. Bəs, Səndən ayrılmağıma necə dözüm, necə? Ey Allahım, Ağam, Mövlam, Rəbbim! Tutaq ki, Sənin cəhənnəm odu¬nun yandırıcı hərarətinə dözdüm. Bəs, Sənin bağışlamaq kəramətinə necə göz yumub dözüm? Ya cəhənnəm odu içində necə yaşayım? Bö¬yüklüyünün xatirinə bağışlamağını istəyirəm. Ey mənim Ağam və Mövlam! Sədaqətlə and içirəm ki, əgər orada məni danışmağa qoysan, Sənə üz tutub şivən qoparmaq istəyən cəhən¬nəm əhli arasında mütləq şivən qoparıb bərkdən qışqıracağam. Fəryad ilə nalə edənlər kimi Sənin dərgahına boylanıb hər an nalə edəcəyəm. Harada olsan, Səni çağıracağam. Ey iman gətirənlərin dostu, ey ariflərin arzularının sonu! Ey çarəsizlərin fəryadına çatan! Ey doğru danışanların ürək dostu! Ey aləmlərin Allahı! Ey mənim Allahım! Görəsən, müxalifətinə görə cəhənnəmdə həbs edilən və günahlarına görə oradakı əzabın acısını dadan bir müsəlman bəndəsinin səsini mərhəmətinin sayəsində eşidəcəksənmi? Bu bəndə özünün günahlarına və cinayətlərinə görə cəhənnəm təbəqələri ara¬sında həbs edilmişdir. O, Sənin mərhəmətinə ümid bağlayaraq qışqırıb yalvarır, tovhid əhlinin dililə səni çağırır, Sənin böyüklük dərgahına əl uzadır. Ey mənim Mövlam! O, bu əzab içərisində necə qalar? Axı, o, Sənin keçmiş mehribanlığını görmək istəyir. Yaxud, cəhənnəm odunda necə əzab çəkər? Axı o, Sənin fəzilətinə və rəhminə ümid bəsləyir. Yaxud cəhənnəm odunun alovlu dilləri onu necə yandırar? Axı, Sən onun sə¬si¬ni eşidir və yerini bilirsən. Yaxud cəhənnəm odunun qığılcımı onu necə bürüyəcək? Axı, Sən onun zəifliyini bilirsən. Yaxud o, cəhənnəmin təbə¬qə¬lərində çarəsiz şəkildə necə qalsın? Axı, Sən onun sədaqətini bilirsən. Yaxud, alovun dilləri onu necə qışqırtmağa məcbur etsin? Axı, o, “Aman, ya Rəbb!” – deyə Səni çağırır. Yaxud, necə olsun ki, cəhən¬nəm¬dən azad olmağı üçün Sənin fəzilətini istəyən bir kəsi orada qoyub tərk edirsən? Heyhat, Sənin haqqında güman belə deyil, Sənin fəzilətin belə ta¬nın¬mayıb. Bu, inamlı tovhid əhli ilə yaxşılıq və lütflə etdiyin rəftara oxşamır. Mən qəti şəkildə inanıram ki, həqiqəti inkar edənlərə əzab vermək hökmünü verməsəydin və əbədi düşmənlərinin üstündə hökmranlıq et¬səy¬din, mütləq cəhənnəm odunun hamısını söndürüb sərinliyə və sa¬lamatlığa çevirərdin. Onda cəhənnəm heç kəsin yeri və məskəni olmaz¬d¬ı. Lakin Sənin adların müqəddəsdir və and içmisən ki, oranı bütün cin¬lərdən və insanlardan olan kafirlərlə doldurasan, inadlı düşmənlərini cə¬hənnəmdə həmişəlik saxlayasan. Sən ki böyük və qüdrətlisən, əvvəldən ənamınla və kəramətinlə buyurmusan: “İman gətirən adam günahkar adam kimidirmi? Əlbəttə, bərabər deyil”. İlahi, mənim Ağam! Sənə üz tutub malik olduğun qüdrətinə qə¬tiy¬yət¬li, amiranə və qələbə ilə icra etdiyin hökmünə and verirəm ki, etdiyim bütün pis işləri, yol verdiyim günahları, gizlində etdiyim hər bir nadanlığı, mənə sübutunu buyurduğun və bədənimin üzvləri üçün şahid təyin et¬di¬yin əziz mələklərin yazdığı bütün pis işləri bu gecə, bu saat bağış¬la¬ya¬san. Tərəfimdən edilən hər bir şeyi qeyd edən şahidlərlə yanaşı, Sən özün də onların arxasından nəzərlərindən gizli qalan şeyləri görmək üçün mənə nəzarət etmisən. Sən mərhəmətinlə onları gizli saxladın və fəzilətinlə onların üstünə pərdə çəkdin. Nazil etdiyin hər bir xeyirdən, ya üstün bildiyin yax¬şı¬lıq¬dan, ya yaydığın xeyirxahlıqdan, ya verdiyin ruzidən, ya bağışladığın gü¬nahdan, ya örtdüyün səhvlərdən mənim payımı artıq etməyini diləyirəm. Ya Rəbb, ya Rəbb, ya Rəbb, İlahi, ey Ağam, Mövlam, ey mənim sa¬hi¬bim, ey ixtiyarım əlində olan, ey mənim yoxsulluğumdan və ehti¬yac¬la¬rım¬dan xəbərdar olan! Ya Rəbb, ya Rəbb, ya Rəbb! Haqqının, müqəd¬dəs¬liyinin, əzəmətli keyfiyyətlərinin və adlarının xatirinə Sənə üz tutub yalvarıram ki, gecəli-gündüzlü vaxtım Səni yada salmaqla keçsin, xid¬mə¬tinə qovuşum, əməllərim dərgahında qəbul olsun. Yalvarıram ki, bü¬tün işlərim və sözlərim yalnız bir söz olsun, vücudum daim Sənin xid¬mə¬tində olsun. Ey mənim Ağam, ey arxalandığım və dərgahına əhvalımdan şikayət etdiyim! Ya Rəbb, ya Rəbb, ya Rəbb! Sənə xidmət etmək üçün bədənimin üzvlərinə güc ver, bədənimi bərkit, Sənin qorxun qarşısında mənə ça¬lışmaq səyi bəxş et və xidmətinə çatmaq üçün mənə dəyanət ver. Qoy, yarış meydanlarında Sənə tərəf tez gələ bilim, Sənə doğru can atanlar arasında tələsim, Sənin həvəsində olanlar sırasında şövqlə Sənə yaxın düşüm, sadiq adamlar kimi Sənə yaxınlaşım, möhkəm inamlı şəxslər kimi Səndən qorxum, imanlı insanlarla birgə Sənin dərgahının as¬tana¬sında dayanım. İlahi, pisliyimi istəyən hər kəsin pisliyini istə, məni aldadanı Sən də kələyə düçar et. Səndən ayrılan bir pay kimi məni özünün ən yaxşı bəndələrindən birinə, yeri Sənə yaxın olan kəsə və Sənin dərgahında yük¬sək məqamına görə seçilmiş şəxsə çevir. Həqiqətən, Sənin fəzilətin olmadan buna çatmaq olmaz. Böyüklüyün xatirinə mənə mərhəmət göstər, şöhrətinlə vurğun et, xoş cavabınla mə¬nə minnət qoy, səhvimdən keç, yoldan büdrəyib çıxmağımı bağışla. Axı, bəndələrinə Sənə ibadət etmək hökmü vermisən, Sənə dua et¬məyi onlara buyurmusan, onların duasına cavab verməyə zəmanət ver¬misən. Ona görə, ya Rəbb, üzümü Sənə tutmuşam. Ya Rəbb! Əlimi Sənə tərəf uzatmışam. Səni böyüklüyünə and veri¬rəm ki, duama cavab ver, məni arzuma çatdır, fəzilətindən ümidimi kəs¬mə, məni cin və insanlardan olan düşmənlərimin şərindən saxla. Ey tez razılıq verən Allah! Duadan başqa əlində başqa bir şeyi ol¬mayanı bağışla. Axı, Sən istədiyini edə bilirsən. Ey adı dərman olan, zikr edilib xatırlanması şəfa olan, itaətində dur¬maq zənginlik olan Allah! Sərmayəsi ümid, silahı ağlamaq olan kəsə rəhm et! Ey nemətləri bol olan, ey çətinlikləri dəf edən, ey zülmətdən qorxan ürəklərin nuru, ey heç kəsdən heç nə öyrənməmiş alim! Muhəmmədə və Muhəmmədin nəslinə salam göndər. Mənimlə özünə yaraşan tərzdə rəf¬tar et. Allah Peyğəmbərini və onun nəslindən olan xoşbəxt imamları bə¬yəndi və çox alqışladı.

Cox tesirli bir Dua.Kumeyl Duasi!Azerbaycan dilinde tercumesi. - 811887128685

Комментарии