Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan Gəncə-Qazax düzənliyinin şərq hissəsində yerləşir. Qazax rayonu Şimal-qərbdən Gürcüstan Respublikası ilə 9 km, cənub qərbdən Ermənistanla 168 km sərhəddir. Ərazisi 692 kv.km, əhalisi 92850 nəfərdir. Ərazinin 77 kv.kilometri (11%-i), yəni 7 kəndi işğal altındadır, 5 kəndi isə erməni silahlı birləşmələrinin daim atəşinə məruz qalır. Ulu Öndər Heydər Əliyev 3 dəfə, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları isə 7 dəfə Qazax rayonuna səfər etmişdir. Ulu Öndər Heydər Əliyev Qazağa səfəri zamanı demişdir:“Siz əziz qazaxlılar, burada həm öz torpağınızı qoruyur