3 дек 2013

Eyb axtarıb günah gəzmə özgədə, Bu axtarış özü eyib deyilmi?

Bağışlanmaq eşqin əzmə özgədə. Allah rəhmliyəm deyib, deyilmi? Töhmət olur el içində məsləhət, Mərd də namərd olar qovsalar əlbət, Adəm də günaha edib cəsarət, Libasın soyunub, geyib, deyilmi? Quyuya düşəni əvvəlcə çıxart, Sonra bu halına istə izahat, Axı bu insafsız, naməlum həyat, Çox möhkəm belləri əyib deyilmi? Onlar oğru kimi xəlvətcə gəlib, Yaxın sirdaş kimi sirrin öyrənib, Günah sahibindən pis günah edib, Oğru günahkarı soyub, deyilmi? Mən günah oğrusun ifşa eylərəm, O nəfsinə lap çox uyub deyilmi? İşin həqiqətin inşa eylərəm, Millət də qeybətdən doyub deyilmi? 01.12.2013 Albalıq

Комментарии

Комментариев нет.